2. ÜMumi DİLÇİLİk II indd


TUKYUY DİLLƏRİ YARIMQRUPU



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə87/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   83   84   85   86   87   88   89   90   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

5. TUKYUY DİLLƏRİ YARIMQRUPU
Müəyyən linqvistik xüsusiyyətləri nəzərə alaraq türk 
dilləri qrupunun tukyuy dilləri yarımqrupuna aşağıdakı 
müasir dilləri daxil etmək olar: xakas dili, şor dili, tofa dili, 
tuva dili  yakut dili.
1. XAKAS DİLİ
Xakas dili xakas xalqına məxsusdur. Hazırda xakas-
lar, əsasən, Xakas Muxtar Vilayətində yaşayırlar. Bunlar 
çox qədim tarixə malik xalqdır. Hələ uzaq keçmişdə Çin 
mənbələrində “xaqias” (xakas) adı işlənmişdir
1
. XVIII–XIX 
əsrlərdən başlayaraq bunlara “Abakan tatarları”, “Minusinsk 
tatarları”, “Xakas türkləri”, “Abakan türkləri”, “Yenisey türklə-
ri” də demişlər.
Xakaslar XVIII əsrdən xristian dinini qəbul etmiş və 
ona inamla yanaşmağa başlamışlar.
Xakas dili lap uzaq keçmişdə qədim uyğur və qədim 
qırğız dilləri ilə bağlı olmuşdur. Bu dil zaman-zaman inkişaf 
yolu keçərək müxtəlif proseslərdə bir çox dillərlə qarşılaşmış-
dır. Müasir xakas danışıq dilinin iki dialekt qrupu vardır:
1
В.Г.Карпов. Хакасский язык. Языки народов СССР, т. II. Тюркские языки. M., 1966, с. 428.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
153
1) Saqay-beltir dialektləri;
2) Kaçin-koybal-kızıl dialektləri.
XX əsrin əvvəllərindən formalaşan xakas ədəbi dilinin 
əsasını birinci qrupdan saqay və ikinci qrupdan kaçin di-
alekti təşkil edir. Son illərdə xakas dilinin ədəbi normaları 
inkişaf edib təkmilləşmişdir. Xakas ziyalıları bu dildə bir 
çox nailiyyətlər əldə edə bilmişlər.
Xakas yazısı XX əsrin 20-ci illərində yaranmışdır. Bu 
dilin ilk əlifbası Kirill qrafikası əsasında olmuşdur. 1929-cu 
ildən həmin əlifba latın qrafikası ilə əvəz edilmişdir. 1939-cu 
ildən isə xakaslar yenidən Kirill qrafikalı əlifbaya keçmişlər.
2. ŞOR DİLİ
Şor dili şor xalqının doğma dilidir. Bunlar Şimali Altay və 
Kuznetsk Alatau bölgəsində, Xakas və Dağlıq Altay Muxtar 
Vilayəti ilə həmsərhəd olan Tom çayı sahillərində yaşayırlar.
Şor xalqı ayrı-ayrı zamanlarda müxtəlif adlarla -”şorlar”, 
“ahakir”, “mrasstlılar”, “abinlər”, “kondomlular, “qara tatarlar”, 
“Mrast tatarları”, “Kondom tatarları”, “Kuznetsk tatarları”, “Tom-
sk-Kuznetsk tatarları” və başqa etnonimlərlə adlandırılmışlar
1

Şor dili xakas dilinə çox yaxındır. Buna görə də bəzi tədqiqatçı-
lar şor dilini xakas dilinin dialekti hesab etmişlər. Bu fikir doğ-
ru deyildir. Ona görə ki, şor ünsiyyət vasitəsi bütün linqvistik 
əlamətləri ilə müstəqil dil olduğunu aydınca göstərir. Bu dilin 
bir neçə dialekti və onlarca şivəsi mövcuddur.
Müasir şor dilinin başlıca dialektləri bunlardır:
1. Mras dialekti. Bu dialektə “z” dialekti də deyilir.
2. Kondom dialekti. Bu “y” dialekti də adlanır.
Bunlardan birincisi – Mras dialekti şor ədəbi dilinin 
əsasını təşkil etmişdir.
1
Г.Ф.Бабушкин, Г.И.Донидзе. Шорский язык. Языки народов СССР, т. II. Тюркские 
языки. M., 1966, с. 467.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
154
Şor xalqının yazısı XX əsrin əvvəlində, yəni 1927-ci ildə 
kiril qrafikası əsasında yaradılmış əlifba ilə başlanmışdır. Bu 
əlifbadan 1929-cu ilə kimi istifadə edilmişdir. 1929–1938-ci il-
lərdə latın qrafikası əsasında hazırlanmış əlifba işlənilmişdir.
Onlar 1938-ci ildən yenidən Kirill əsaslı əlifbaya 
qayıtmışlar.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə