2. ÜMumi DİLÇİLİk II indd


TÜRK DİLLƏRİNİN QARLIQ YARIMQRUPU



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə85/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   81   82   83   84   85   86   87   88   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

4. TÜRK DİLLƏRİNİN QARLIQ YARIMQRUPU
Qarlıq yarımqrupuna aşağıdakı dillər aiddir: qədim 
dillər – qarlıq-xarəzm dili, cağatay dili; müasir dillər – öz-
bək dili, uyğur dili, salar dili.
Qarlıq dilləri türk dillərinin başqa yarımqruplarından 
qıpçaq yarımqrupuna daha yaxındır.
1. ÖZBƏK DİLİ
Özbək dili özbəklərin milli dilidir. Özbəklər qarlıq və 
qıpçaq qəbilələrinin qovuşmasından əmələ gəlmiş və XV 
əsrdə xalq kimi formalaşmışdır.
Özbəklər Orta Asiyanın yerli sakinlərindəndir. Onlar 
hazırda, əsasən, Özbəkistan Respublikasında yaşayırlar. 
Respublikanın sərhədlərindən kənarda – Qazaxıstanda, 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
149
Qırğızıstanda, Tacikistanda, Türkmənistanda, Çində və 
Əfqanıstanda da özbək vardır.
“Özbək” adı XX əsrin əvvəllərindən özbək xalqının 
rəsmi adı olmuşdur. Qədimlərdə özbəklər özlərini türk 
adlandırmışlar. Özbək dilinin mürəkkəb yaranma tarixi 
vardır. Bu dil XI–XIV əsrlər müddətində qarlıq tayfa itti-
faqlarının və oğuz, qıpçaq qruplarının dili əsasında forma-
laşma yolu keçmişdir.
XV əsrdə ümumxalq dili əsasında bu dilin ədə-
bi forması yaranmışdır. XV əsrdən etibarən özbək dili 
qədim özbək dili adlanır.
1
Bunun banisi Əlişir Nəvai 
(1441–1501) hesab olunur. Qədim özbək dili XVI–XVIII 
əsrlərdə daha da inkişaf edib zənginləşmişdir. XX əsrin 
I rübünə kimi bu dil davam etmişdir. XX əsrin əvvəllə-
rində qədim özbək dilini yeni özbək dili əvəz etmişdir. 
Hazırda müasir özbək ədəbi dili Özbəkistan Respubli-
kasının dövlət dilidir. Özbək dilinin formalaşması pro-
sesində bir sıra müxtəlif qəbilə, tayfa və tayfa ittifaqla-
rı iştirak etdiyi üçün müasir özbək danışıq dilində bir 
çox ləhcə, dialekt və şivə mövcuddur. Özbək dilinin bu 
əlamətləri hələ tam dəqiqləşdirilmədiyinə görə dilçilik 
əsərlərində çox müxtəlif qruplaşdırmaya və təsniflərə 
təsadüf olunur. Bununla belə özbək danışıq dili daha 
çox aşağıdakı kimi üç ləhcəyə bölünür:
1) Oğuz ləhcəsi;
2) Qıpçaq ləhcəsi;
3) Qarlıq-çiqil-uyğur ləhcəsi.
Bu ləhcələrin hər biri müəyyən dialekt kompleksinə 
və çoxsaylı şivələrə malikdir.
Müasir özbək ədəbi dilinin əsasını Daşkənd-Fərqanə 
şivələri təşkil edir ki, bunlar da üçüncü qrup ləhcəyə aiddir.
1
Qədim özbək dilinə cağatay dili də deyilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
150
Özbək ədəbi dili qədim yazı ənənəli dildir. Bu dildə 
zəngin bədii ədəbiyyat, müxtəlif üslublarda elmi əsərlər 
yaradılmışdır. Özbək yazısında 1927-ci ilə qədər ərəb qra-
fikası əsasında yaradılmış əlifbadan, 1927–1939-cu illərdə 
latın qrafikalı qrafemlərdən istifadə olunmuşdur. 1939-cu 
ildə Kirill qrafikası üzərində qurulmuş əlifba qəbul edil-
mişdir. 1990-cı illərdə Özbəkistanda mərhələli olaraq latın 
qrafikalı əlifbaya keçilmişdir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə