2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə86/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   82   83   84   85   86   87   88   89   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. SALAR DİLİ
Salar dili salar xalqının dilidir. Bu xalq Çində (Syunxua 
və Teinxay) yaşayır. Çinin xaricində Türkmənistanda da 
salardilli əhali vardır.
Salar dilini uyğur dilinin bir dialekti hesab edənlər 
yox deyil
1
. Lakin bir sıra alimlər bu dilin müstəqil olduğu-
nu göstərirlər
2
.
Salarlar qaraman və akman qəbilələrinin birləşməsin-
dən yaranmışdır. Bunlar indi yaşadıqları əraziyə XIV əsrdə 
Orta Asiyadan getmişlər.
Salar dili özünəməxsus linqvistik xüsusiyyətlərə malik-
dir. Bu dilin lüğət tərkibində qədim türk sözləri ilə yanaşı alın-
malar, o cümlədən monqol, çin, Tibet sözləri də xü susi yer tu-
tur. Belə bir cəhət onun yad dillərlə əhatə olun ması ilə bağlıdır.
Müasir salar dili danışıq dilindən ibarətdir. Bu dilin 
özünə aid yazı sistemi formalaşmamışdır.
3. UYĞUR DİLİ
Uyğur dili (yeni uyğur) uyğur xalqının dilidir. Müa-
sir uyğurlar, əsasən, Çinin Uyğur Muxtar Vilayətində 
yaşayırlar.
1
Н.А.Баскаков. Введение в изучение тюркских языков: M., 1969. с. 310.
2
Bax: Э.Р.Тенишев. Саларский язык. M., 1963; F.Zeynalov. Türkologiyanın əsasları, Bakı, 
1981, səh. 283.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
151
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənis-
tanda da uyğurdilli əhali mövcuddur.
Uyğur adı VIII–IX əsrlərdən tarixə məlumdur. Lakin mü-
əyyən ictimai-siyasi səbəblərdən bu ad unudulmuş, uyğurlar 
parçalanaraq hər biri müxtəlif toponim və ya sənət-peşə sahələ-
ri adları ilə adlanmışlar. XX əsrin əvvəllərində bütün uyğur 
mənşəli qruplar uyğur, dilləri isə yeni uyğur dili adlanmış dır.
Uyğur dilinin tarixi çox qədimdir. Hələ X–XI əsrlərdə 
qədim uyğur ədəbi dili formalaşmışdır.
Müasir uyğur ədəbi dilinin bünövrəsi XVII əsrdən qo-
yulmuş və get-gedə inkişaf yolu keçmişdir. Bu ədəbi dilin 
ən yüksək inkişaf pilləsi XX əsrə aiddir.
Hazırda uyğur ədəbi dili iki istiqamətdə inkişaf edir. 
Çin uyğurlarının ədəbi dili özünün linqvistik xüsusiyyət-
ləri ilə Orta Asiya və Qazaxıstan uyğurlarının ədəbi dilin-
dən fərqlənir. Bu fərqlər lüğət tərkibində, tələffüz qaydala-
rında daha çox özünü göstərir.
Hazırkı uyğur danışıq dilində bir çox dialekt və şivə 
mövcuddur. Bunlar aşağıdakı kimi təsnif olunur:
1. Şimal-qərb, yaxud mərkəzi dialekt. Buraya kaşğar, 
turfan; kuçar, aksu, komul; qaraşar, korlin, yarkənd, 
ili, urumçi şivələri aiddir.
2. Şərqi, yaxud labnor dialekti;
3. Cənubi, yaxud xotan dialekti.
Müasir uyğur ədəbi dilinin əsasını mərkəzi dialekt 
təşkil edir
1
.
Uyğurlar XIII əsrdən yazı sisteminə malik olmuşlar. 
XIII–XVII əsrlərdə uyğurların Çində və Orta Asiyada olan 
müxtəlif qrupları qədim uyğur yazısından istifadə etmiş-
lər. Qədim uyğur yazısı soğdi əlifbası üzərində qurulmuş-
1
А.Т.Кадаров. Уйгурский (новоуйгурский) язык. Языки народов СССР, т. II. Тюркские 
языки. M., 1966.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
152
dur. Yazının istiqaməti sağdan sola və yuxarıdan aşağıya 
olmuşdur.
Uyğurlar həm də XI əsrdən ərəb qrafikasından istifa-
də etməyə başlamışlar.
Orta Asiya və Qazaxıstan uyğurları 1930-cu ilə kimi 
ərəb, 1930-1946-cı illərdə isə latın qrafikalı əlifba işlətmişlər. 
1946-cı ildən Kirill əsaslı yazı sisteminə keçmişlər. Çindəki 
uyğurlar indi də ərəb qrafikalı əlifbadan istifadə edirlər.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə