2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə94/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   90   91   92   93   94   95   96   97   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

və ya quş göndərməklə ifadə edilməsinə çox gözəl misal-
dır. Bizim eradan əvvəl, 513-cü ildə İran şahı Dara özünü 
skiflərdən çox-çox qüvvətli hesab etdiyindən onları məğ-
lubiyyətə uğratmaq – özünə tabe etmək istəmişdir. Buna 
görə də o, skiflərlə vuruşmazdan əvvəl onların özlərini 
məğlub olunmuş hesab etmələrini və bu məqsədlə ona tor-
paq və su göndərmələrini tələb etmişdir. Lakin skiflər bu-
nun əvəzinə Daraya bir diri qurbağa, bir siçan, bir quş və beş 
ox göndərmişlər. Qədim yunan tarixçisi Herodot bunun 
məzmununu belə izah etmişdir: əgər siz farslar bataqlıqda 
qurbağa kimi tullanmağı öyrənməsəniz, siçan kimi gizlən-
məyi bacarmasanız, quş kimi uça bilməsəniz, bizim torpa-
ğa ayaq basan kimi oxlarımız altında məhv olacaqsınız”
1
.
Bəzi alimlərin qeyd etdiyi kimi, bu misal simvolik siq-
naldır. Burada hər bir əşya müəyyən məfhumu, məsələn, 
qurbağa – tullanmaq, siçan – gizlənmək, quş – uçmaq, ox – 
vurmaq anlayışlarını ifadə edir.
1
Геродот. «История в девяти книгах». Т. I, книга IV, M., 1885–1886, c. 354-355.
Şəkil 7. Düyünlərlə fikrin ifadə olunması


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
166
Qədimdə insanlar müəyyən məlumatı məkan və za-
manla əlaqədar olaraq uzağa çatdırmaq üçün kəndir və 
yaxud ipi düyünləmək vasitəsindən də istifadə etmişlər.
Fikri düyünlər vasitəsilə (quipu) ifadə etmək qədimdə 
çox geniş yayılmışdır. Bu vasitədən farslar, türklər, çinlilər, 
meksikalılar və bir sıra başqa xalqlar istifadə etmişlər.
Bəzi xalqlar kəndir və yaxud ipi düyünləmək vasitə-
silə sadəcə olaraq say anlayışını ifadə etmişlər. Məsələn, 
farslar asılmış hər bir ipin vasitəsilə say və yaxud müəyyən 
əşyanın miqdarını (7-ci şəkildə olduğu kimi) təyin etmiş-
lər. Perulular, meksikalılar isə ipi düyünləməklə təkcə say 
anlayışını deyil, daha mürəkkəb məlumatı ifadə etmişlər.
Meksikalılar arasında bu vasitə vaxtı ilə o qədər geniş 
yayılmış və inkişaf etmişdi ki, onlar düyünlər vasitəsilə bu 
və ya başqa müqaviləni, bütöv əhvalatı da ifadə edə bilir-
dilər. Bəzi məlumatlara görə, Müqəddəs Mayya adasında 
yaşayan qədim hindilər “Koxou ronqo-ronqo” adlanan hə-
min düyünlü yazı ilə hətta tarixi hadisəni “təsvir edir” və 
“şeir yazmağı” da bacarırlarmış.
Qədim dünya xalqları müəyyən məlumatı düyünlər 
vasitəsilə ifadə edərkən, əsasən, yoğun kəndir, ip və ağac-

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə