2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə91/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   87   88   89   90   91   92   93   94   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

YAZININ XÜSUSİYYƏTLƏRİ
Bəşəriyyət öz inkişafı tarixində yüzlərcə kəşf etmişdir; 
hər bir kəşf öz vəzifə və məqsədinə görə cəmiyyətin tərəqqi-
sində xüsusi rol oynamışdır. Bunlardan ən böyüyü yazıdır.
Yazı – görmə vasitəsilə dərk edilib, fikrin ifadəsində 
əsas ünsiyyət vasitəsinə köməkçi olan işarələr sistemidir.
Yazı özünəməxsus bir sıra xüsusiyyətlərə malikdir.
Birincisi, yazı şifahi nitqə köməkçi bir ünsiyyət vasitə-
si kimi yaranmışdır. Ona görə yazını heç vaxt dildən ayrı 
təsəvvür etmək mümkün deyildir.
İkincisi, bu və ya digər fikri başqasına çatdırmaq 
mümkün olmayan yerdə yazı həmişə insanların köməyinə 
çatır, çox-çox uzaq məsafələrdən adamların bir-biri ilə “da-
nışmasına” – ünsiyyət saxlamasına şərait yaradır, onların 
söz-söhbətini, fikir və düşüncələrini bütün tarix boyu mü-
hafizə edib saxlamağa imkan verir.
Üçüncüsü, yazı işarələr sistemindən ibarət olub, şərti 
işarələrlə yazılır və görmə üzvlərimizin köməyi ilə oxunur.
Yazı insanların mədəni inkişafında, onların əldə etdiyi 
nailiyyətləri nəsillərdən-nəsillərə çatdırmaqda çox mühüm 
rol oynayır. Bəşər cəmiyyətinin keçdiyi tarixi inkişaf yolla-
rına dair ən dürüst məlumatı bizə ata-babalarımızın qoyub 
getdiyi yazılı abidələr verir. Yazı vasitəsilə bu gün biz ən 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
160
qədim xalqların tarixini öyrənir, onların adət-ənənələri, 
yaşayışları ilə tanış oluruq. Həmçinin müasir xalqların, 
o cümlədən çox qədim keçmişə malik olan Azərbaycan 
xalqının tarixi haqqında məlumat ala bilirik.
Məlumdur ki, elm, incəsənət, sənaye, texnika və sair 
sahələr tədrici yolla əsrlər boyu yeni-yeni kəşflərin, bi-
liklərin, təcrübələrin artması, çoxalması əsasında zəngin-
ləşib inkişaf etmişdir. Bu bilik və təcrübələrin öyrənilib 
nəsillərdən-nəsillərə verilməsində yazı həmişə xüsusi rol 
oynamışdır. Hazırkı böyük kəşfləri, fikirləri, nailiyyətləri 
də gənc nəslə çatdırmaqda yazı ən mühüm və qiymətli va-
sitələrdən biri olaraq qalmaqdadır.
Yazı müasir insanların dünyagörüşünün formalaşmasında, 
onların hərtərəfli inkişaf etməsində xüsusi əhəmiyyət kəsb 
edir. Milyonlarla adam yazı vasitəsilə biliklərə yiyələnir, 
müxtəlif elmlərin sirlərini öyrənir. Axı, doğrudan da, dərin 
biliyə yiyələnmək üçün insanlar yazının köməyinə möh-
tacdırlar. Məgər bu və ya digər şəxs hər şeyi, xüsusən müa-
sir dövrdə elmin, sənayenin, texnikanın və sair sahələrin 
sürətlə inkişaf etdiyi bir şəraitdə bütün yenilikləri dərhal 
dərk edib yadda saxlaya bilərmi? Şübhəsiz ki, bu, müm-
kün deyildir. Lakin yazı bu və ya başqa məsələni özündə 
əks etdirərək onu istənilən zaman təsəvvürdə canlandır-
mağa, yenidən xatırlamağa imkan verir. Belə yadasalma 
nəticəsində bilik daha da dərinləşir və möhkəmlənir. Bu-
nunla yanaşı, yazı fikri daha da inkişaf etdirir.
Mədəniyyətin başlıca vasitələrindən biri olan yazı 
dünya xalqları arasında mədəni ünsiyyətə xidmət edir. Bu 
və ya başqa bir yerdə yaranmış böyük ictimai, siyasi, elmi 
və ədəbi hadisələr yazı vasitəsilə bütün yer üzünə yayılır, 
hamının malı olur. Məsələn, Aristoteli, Nizamini, Ə.Nəvai-
ni, Ş.Rustavelini, M.Füzulini, M.F.Axundovu, A.S.Puşkini, 
M.Ə.Sabiri, C.Məmmədquluzadəni, Abdulla Şaiqi, Bəxtiyar 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
161
Vahabzadə və başqa görkəmli yazıçı, alim və mütəfəkkirləri 
dünyada tanıtdırmaqda yazı müstəsna əhəmiyyət kəsb edir.
İnsanların bədii, estetik görüşlərinin, zövqlərinin inkişafı-
na da yazı böyük təsir göstərir. Məşhur söz sənətkarlarının 
hiss və duyğuları, obrazlı ifadələri yazının vasitəsilə insan-
ların qəlbinə yol tapır.
Yazı hər bir şəxsə öz fikirlərini nizama salmaqda, 
ümumiləşdirə bilməkdə və s. xüsusi xidmət edir. O, həm-
çinin dəqiq elmi işarələrin, xüsusən qrammatik, riyazi, fi-
ziki, kimyəvi, astronomik işarələrin köməyi ilə mücərrəd 
anlayışların başa düşülməsini yüngülləşdirir.
Nəhayət, yazı hər hansı bir ədəbi dilin formalaşması və 
təsir qüvvəsinin artmasında, ifadə tərzi və üslubi cəhətdən 
zənginləşməsində, inkişaf etməsində çox mühüm rol oy-
nayır. Hər bir ədəbi dil öz yüksək inkişaf mərhələsinə an-
caq yazı vasitəsilə ucala bilir.
Bütün bu deyilənlərdən aydın olur ki, yazı insanların 
mədəni inkişafına əvəzsiz şərait yaradır və onun ümumi 
tərəqqisində xüsusi əhəmiyyət kəsb edir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə