2. ÜMumi DİLÇİLİk II indd


IV BÖLMƏ YAZI NƏZƏRİYYƏSİ



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə90/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   86   87   88   89   90   91   92   93   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

IV BÖLMƏ
YAZI NƏZƏRİYYƏSİ 
MƏSƏLƏLƏRİ


158
YAZI MƏSƏLƏSİNİN QOYULUŞUNA DAİR
Müasir insanlar kitab, jurnal, qəzet və sair oxuyarkən, 
yaxud da yazı yazarkən hərflərin, işarələrin necə yarandığı-
na, bunların bir-birindən hansı cəhətlərə görə fərqləndiyinə 
fikir vermirlər. Həmin hərflərin əlifbaya haradan, necə və nə 
vaxt gəlməsi ilə də maraqlanmırlar. Çünki hazırda müəy-
yən fikri yazıb-oxuyarkən heç buna ehtiyac da duyulmur.
Keçmiş nəsillərin – ulu babaların bizə bəxş etdikləri 
bu vasitə heç də asanlıqla əldə olunmamışdır. Bugünkü 
münasib yazı texnikasının meydana gəlməsi prosesində
şübhəsiz ki, qarşıya bir sıra çətinliklər çıxmış, onun qayda-
ya salınmasında milyonların səyi və əməyi olmuşdur.
İnsanların yazmağı necə öyrənmələrinin tədqiq edil-
məsi olduqca çətin və mürəkkəb, mahiyyətinə görə çox 
maraqlı və zəruri problemlərdəndir. Bu, hər şeydən əvvəl, 
dünya mədəniyyəti tarixi üçün çox faydalıdır. Elə buna 
görədir ki, yazının tarixinin öyrənilməsi uzun illərdən bəri 
tədqiqatçıların diqqət mərkəzində olmuş, bu məsələ ilə 
həm dilçi alimlər, həm də arxeoloqlar, tarixçilər və başqa 
ixtisasçılar maraqlanmış, axtarışlar aparmışlar.
Böyük tədqiqatlar nəticəsində yazı tarixinə, paleoqra-
fiya
1
məsələlərinə dair onlarca qiymətli əsər yaranmışdır. 
Y.B.Şnitser, V.A.Pravdolyubov, Ç.Loukotka, B.A.Koçergi-
XV FƏSİL
DİL VƏ YAZI
1
Paleoqrafiya iki yunan sözünün (palaios – qədim və grapho – yazıram) birləşməsindən əmələ 
gəlmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
159
na, V.A.İstrin, D.Diringer və başqa yazı tarixçilərinin əsər-
ləri bu sahəyə dair dəyərli tədqiqatlardır.
Hazırda yazı problemlərinə maraq daha da çoxalmış-
dır. İndi tədqiqatçılar yazının ümumi məsələlərinin şərhi 
ilə kifayətlənməyib, ayrı-ayrı xalqların yazı tarixinin əsas 
problemlərinin araşdırılması ilə də məşğul olmağa başla-
mışlar. Yazı tarixi məsələləri Azərbaycan dilçilik elminin 
müasir zəruri problemlərindən birini təşkil edir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə