Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
164
Qədim dövrlərdən insanlar öz fikirlərini ifadə etmək
üçün bir neçə vasitədən istifadə etmişlər.
Ağac budaqlarını qırmaqla. İnsanlar meşəlik yerlərdə öz
yoldaşlarına xəbər çatdırmaq, ovlamaq istədikləri heyvanla-
rın keçdiyi yeri və onların miqdarını bildirmək üçün ağacların
budaqlarını sındırmış, yaxud da ağacın üzərində ox asmışlar.
Bu proses, yəni fikrin əşya vasitəsilə ifadə edilməsi get-gedə
mürəkkəbləşmiş, insanlar daha başqa vasitələrə əl atmışlar.
Əşya və başqa şeylər göndərməklə. Qədim insanlar bu
işdə ən çox istifadə olunan, tez tapılan həyati-zəruri əşya-
lardan geniş istifadə etmişlər. Məsələn:
Ox göndərməklə müharibə anlayışı ifadə olunmuşdur.
Belə ki, bir tayfa o birisinə ox göndərməklə onunla vuruş-
maq, müharibə etmək istədiyini bildirmişdir.
Qəlyan sülh anlayışını ifadə etmişdir. Bir tayfa o biri-
sinə qəlyan göndərməklə barışıq təklif etmişdir.
Duz dostluq anlayışını bildirmişdir.
Müəyyən tayfa-
nın o birinə duz və çörək göndərməsi onunla dost olmaq və
yaxud dostluq şəraitində yaşamaq təklifini ifadə etmişdir.
Bu və ya başqa əşya, yaxud digər şey göndərmək vasitəsilə
məlumatı ifadə etmək üçün bitkilərdən, xüsusən, gül-çiçəkdən
daha geniş istifadə olunmuşdur. Göndərilən gül-çiçəyin rəngi bö-
yük
məna kəsb etmiş, hər bir rəng şərti anlayışla bağlı olmuşdur.
Qızılgül sevgi, məhəbbət simvolu olmuşdur. Belə ki,
birinin başqasına qızılgül verməsi, yaxud göndərməsi, hə-
min adamın gül göndərilən adamdan xoşu gəlməsini, onu
sevməsini ifadə etmişdir.
Birinin başqasına
ağ gül göndərməsi
onunla görüşüb-
danışmaq anlayışını bildirmişdir.
Sarı gül ayrılığı ifadə etmişdir.
Qədimdə müəyyən bir məlumatı başqasına çatdırmaq
üçün yalnız cansız əşyalardan deyil, heyvan və quşlardan
da istifadə olunmuşdur.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
165
Skiflərin farslara göndərdiyi şeylər fikrin
diri heyvan
Dostları ilə paylaş: