2. ÜMumi DİLÇİLİk II indd


Şəkil 8. Fikrin şərti mənalı düyünlərlə ifadə edilməsi



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə95/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   91   92   93   94   95   96   97   98   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

Şəkil 8. Fikrin şərti mənalı düyünlərlə ifadə edilməsi


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
167
dan istifadə etmişlər. Burada da ifadə forması eyni qay-
dada deyil, müxtəlif şəkillərdə olmuşdur. Bəzi hallarda 
yoğun kəndir parçası divara və ya başqa şeyə bərkidilmiş, 
onun üstündən dağınıq şəkildə müxtəlif növ düyünlü iplər 
asılmışdır (7-ci şəkil). Həmin düyünlərin hər biri müəyyən 
şərti mənanı ifadə etmişdir. Bəzi hallarda isə yoğun kəndir 
əvəzinə yarpaqsız ağac budağından istifadə olunmuşdur. 
Belə hallarda düyünlü iplərin (8-ci şəkildə olduğu kimi) 
bəzisi yuxarıdan, bəzisi isə aşağıdan asılmışdır. Bununla 
yanaşı, iplərin düyünlənib asılmasının digər (9-cu şəkil) 
formaları da olmuşdur.
Bu və ya başqa məlumat kəndir və ip vasitəsilə ifadə 
edilərkən iplərin sayı, onlardakı düyünlərin miqdarı, bu 
düyünlərin həcmi, düzülüşü və rəngləri müəyyən mənanı 
bildirmişdir
1
.
Qədimdə rənglənmiş iplərdən say-miqdar anlayışı-

2
bildirmək üçün istifadə olunmuşdur. Bununla bərabər 
rəngli iplər vasitəsilə əşya və hadisə məfhumu da ifadə 
edilmişdir. Məsələn, qırmızı rəngli ip müharibə; qara rəng-
li ip – ölüm; bədbəxtlik; sarı rəngli ip – qızıl, bəxşiş; yaşıl 
rəngli ip – çörək anlayışına işarədir.
İpin necə asılması müxtəlif mənalarla bağlı olmuşdu. 
Belə ki, yuxarıdan asılmış ipin ifadə etdiyi məna daha va-
cib hesab edilirmiş. Fikrin düyünlər vasitəsilə ifadə edil-
məsi sırf şərti səciyyəyə malik idi. Buna görə də bəzi dü-
yünlərin mənası cox çətinliklə başa düşülürmüş.
Müəyyən fikri başqasına çatdırmaq ücün qədim in-
sanların istifadə etdikləri vasitələrdən biri də balıqqulağı 
olmuşdur. Şimali Amerika hindilərinin bəzi tayfaları bu 
vasitədən cox geniş şəkildə istifadə etmişlər.
1
В.И.Истрин. «Развитие письма». M., 1961, c. 72.
2
Ağ rəngli ip həm də sülh, sakitlik, gümüş anlayışlarını bildirmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
168
Fikrin ifadə edilməsində balıqqulağının kicik, böyük, həm 
də müxtəlif rənglərdə olması mühüm əhəmiyyət kəsb edirdi.
1
Müəyyən məsələni bildirmək üçün üzərində balıqqulağı olan iplər kəmər (vampum) adlanır.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə