2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə82/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   78   79   80   81   82   83   84   85   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

3. QARAÇAY-MALKAR DİLİ
Qaraçay-malkar dili iki etnik qrup olan qaraçaylar və mal-
karların dilidir. Qaraçay-malkar xalqı, əsasən, Şimali Qafqaz-
da məskunlaşmışdır. Bunlardan malkarlar Kabarda-Malkar 
Muxtar Respublikasında, qaraçaylar Qaraçay-Çərkəz Muxtar 
Vilayətində yaşayırlar. Qaraçay-malkarların bir hissəsi Qa-
zaxıstan, Özbəkistan və Qırğızıstanda yaşayır.
Bu xalq bulqar və polovets, eləcə də digər türk mən-
şəli bir sıra qəbilələrin çarpazlaşması əsasında əmələ gəl-
mişdir. Dillərin formalaşma tarixi elmdə hələ mübahisəli 
olaraq qalmaqdadır.
Qaraçay-malkar dili müasir türksistemli dillərdən qu-
muq dilinə daha yaxındır. Qaraçay-malkar dilinin başlıca 
iki dialekti vardır:
1) Qaraçay-maqsan-çeqem dialekti;
2) Malkar (malkar) dialekti.
Birinci dialektin nümayəndələri qaraçaylar, ikinci dia-
lektinki isə əsasən malkarlardır. Bu dialektlər arasında çox 


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
144
ciddi olmayan fərqlər özünü göstərir ki, bu da hər iki etnik 
qrupun bir-birini anlamasına maneçilik törətmir.
Müasir qaraçay-malkar ədəbi dilinin əsasını qaraçay- 
baqsan-çeqem dialekti təşkil edir. Bu ədəbi dil XX əsrin I ya-
rısından sürətlə inkişaf yoluna qədəm qoymuşdur.
Qaraçay-malkar ədəbi dilinin özünəməxsus fonetik 
və leksik xüsusiyyətləri mövcuddur. Bu dilin leksik tərki-
binə Qafqaz mənşəli sözlərin daxil olması onun leksik xü-
susiyyətlərini səciyyələndirən amillərdəndir.
Qaraçay-malkar dilinin yazılı abidəsi “Kodeks kuma-
nikus” əsəri XVI əsrə aiddir.
Hazırda qaraçay-malkar ədəbi dilinin yazı sistemində 
Kirill qrafikası əsasında yaradılmış əlifbadan istifadə olunur.
4. QUMUQ DİLİ
Qumuq xalqı bir sıra türk qəbilə və tayfa ittifaqlarının 
birləşməsindən yaranmışdır. Bu prosesdə bulqarların yeri 
və rolu daha xüsusi olmuşdur.
Qumuqlar, əsasən, Dağıstan Muxtar Respublikasında 
məskunlaşmışlar. Bununla bərabər Çeçen-İnquş və Şimali 
Osetiya Muxtar Respublikalarında da yaşayırlar.
Qumuq dilinin qədim yaranma tarixi vardır. Bu dil 
qıpçaq-polovets və oğuz tayfalarının qovuşması əsasında 
formalaşmışdır
1
. Vaxtı ilə qumuq dilindən Qafqaz xalqları 
geniş istifadə etmişlər
2
. Qumuq danışıq dilini üç əsas di-
alekt təşkil edir. Bunlar aşağıdakılardır: buynaq dialekti, 
xaytaq dialekti və xasavyurt dialekti. Bu dialektlər bir- 
birindən linqvistik meyar baxımından fərqlənir.
XX əsrin 20–30-cu illərində formalaşan qumuq ədə-
bi dilinin əsasını buynaq və xasavyurd dialektləri təşkil 
1
Н.А.Баскаков. Введение в изучение тюркских языков: M., 1969. с. 278.
2
F. Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 239.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
145
edir. Qumuq ədəbi dili yarandıqdan sonra bu dildə onlar-
ca qəzet, jurnal, yüzlərcə bədii əsər və həm də dərsliklər 
dərc olunmuşdur. Qumuq ədəbi dilinin özünə aid fonetik, 
leksik və qrammatik əlamətləri vardır. Bu dilin leksik tər-
kibində, əsasən, türk mənşəli sözlərin olması ilə bərabər, 
başqa dillərə, o cümlədən qonşulara aid söz və ifadələr də 
çoxdur. Ümumiyyətlə, qumuq dilinin quruluşu Azərbay-
can dilinə yaxındır. Ona görə də qumuq dilini anlamaq 
bir o qədər çətin deyildir. Misala nəzər yetirək: qumuq-
ca – “Bir atlı etişip salam bere”, azərbaycanca – ”Bir atlı 
yetişib salam verdi”. Göründüyü kimi, buradakı sözlərin 
bəzisində fonetik dəyişiklik olmaqla, hamısı dilimizdəki 
mənadadır. Qumuqlar XX əsrin I yarısında yazıya malik 
olmuşlar. Yazıları əvvəlcə ərəb qrafikası əsasında yaradıl-
mışdır. 1929-cu ildən latın qrafikasına keçilmiş və 1938-ci 
ilə qədər ondan istifadə edilmişdir. 1939-cu ildən isə Kirill 
əsaslı yazı sistemi işlənməkdədir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə