Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
140
Noqay danışıq dilinin üç dialekti vardır:
1) Xüsusi noqay dialekti;
2) Qara-noqay dialekti;
3) Ağ-noqay dialekti.
Bu dialektlər bir-birindən çox fərqlənmir. Bunlar ara-
sındakı fərqlər daha çox şivə xarakteri daşıyır.
Noqay ədəbi dili XX əsrin 30-cu illərində formalaş-
mışdır. Bu illərdən başlayaraq noqay xalqının tarixində
baş verən ictimai-siyasi məsələlər və mədəni əlaqələr nəti-
cəsində xüsusi inkişaf imkanları yaranmışdır. Əlverişli şə-
raitin meydana gəlməsi noqay dilinin inkişafında mühüm
amilə çevrilmişdir.
XX əsrin II yarısında daha geniş inkişaf etmiş noqay ədə-
bi dilində külli miqdarda bədii, elmi əsərlər, qəzet və jurnallar
dərc olunmağa başlanmışdır. İndi bu dil noqay xalqının mə-
dəni tələblərini yüksək səviyyədə ödəmək qüdrətinə qadirdir.
Noqaylar yazı sistemində əvvəlcə ərəb, sonra latın
qrafikasından istifadə etmişlər. 1938-ci ildən isə Kirill qra-
fikası əsasında yaratdıqları əlifbanı işlətməkdədirlər.
Dostları ilə paylaş: