2. TÜRK DİLLƏRİNİN QIPÇAQ YARIMQRUPU Qıpçaq dilləri yarımqrupu bir çox qıpçaq qəbilələri
arasında əmələ gəlmişdir. Bu qəbilələr, əsasən, Qərbi Asi-
1
П.Азымов, Дж.Амансарыев, К.Сарыев. Туркменский язык, Тюркские языки, Москва,
1966, с. 92-93.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
133
yada və Şərqi Avropada sakinləşmişdilər. Qıpçaq dilləri
formalaşarkən qıpçaqlardan əlavə bir sıra digər türkdilli
qəbilələrlə də assimilyasiya prosesinə gedilmişdir.
Bu dildə başqa qəbilələrin linqvistik izləri indi də qal-
maqdadır.
Qıpçaq dilləri yarımqrupuna daxildir: qədim dillər –
polovets, yaxud kuman, müasir dillər – Altay, qaraqalpaq, qazax, qırğız və noqay dilləri. Qıpçaq dilləri yarımqrupuna aid olan dillərdə danı-
şanlar bir-birini başqasına nisbətən asan anlaya bilirlər.
Bu dillərdən, xüsusilə qazax-qırğız-qaraqalpaq dilləri
bir-birinə daha yaxındır.
Qıpçaq mənşəli xalqların milli inkişaf tarixləri müxtə-
lif formada olmuşdur. Bunların hər birinin özünəməxsus
tarixi, mədəniyyəti, etnoqrafiyası və başqa nailiyyətləri
vardır. Belə müxtəlif şəkilliliyin xüsusiyyətləri onların dil-
lərində də öz əksini tapmışdır.
1. ALTAY DİLİ Altay dili Altay diyarının Dağlıq Altay Muxtar
Vilayətində yaşayan əhalinin dilidir. Bu dil 1947-сi ilə
kimi “oyrot dil” adlanmışdır. Altay xalqı bir sıra qə-
bilə və tayfa ittifaqlarının birləşməsi əsasında əmələ
gəlmişdir.
Altay xalqının dili bir sıra qonşu dillərlə birlikdə inki-
şaf yolu keçmişdir. Bu dil qırğız dili ilə daha yaxın olmuş
və ona görə də qədim qırğız dilinin bir sıra əlamətləri bu
dildə qalmaqdadır.
Altay dilinin inkişafı prosesində onun ədəbi və danı-
şıq qolları yaranmışdır. Bu dilin danışıq qolunda – danı-
şıq dilində bir çox dialekt və şivə vardır. Həmin dialekt-
lər iki böyük qrupa – cənub və şimal dialektləri qrupuna
bölünür.