2. ÜMumi DİLÇİLİk II indd


MÜASİR TÜRK DİLLƏRİNİN YARIMQRUPLARI



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə71/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   67   68   69   70   71   72   73   74   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

MÜASİR TÜRK DİLLƏRİNİN YARIMQRUPLARI
Altay dilləri ailəsinin türk dilləri qrupunu tarixi in-
kişaf və linqvistik əlamətlər baxımından beş yarımqrupa 
bölmək olar:
1. Oğuz dilləri yarımqrupu,
2. Qıpçaq dilləri yarımqrupu,
3. Bulqar dilləri yarımqrupu,
4. Qarlıq dilləri yarımqrupu,
5. Tukyuy dilləri yarımqrupu.
Yarımqrup təşkil edən türksistemli dillər yaxınlıq 
əlamətləri ilə yanaşı, məxsusi fərqli cəhətlərə də malikdir 
ki, bu da onların müstəqilliyini şərtləndirir. Bu dillərin hər 
biri xüsusi yaranma və inkişaf tarixinə malikdir
1
.
1. TÜRK DİLLƏRİNİN OĞUZ YARIMQRUPU
Oğuz qəbilə və tayfa ittifaqlarından əmələ gələn xalq-
lar oğuz adlanır. Bu xalqların dillərinin əsasında qədim 
oğuz dili durur.
Türk dillərinin oğuz mənşəli dilləri xüsusi yarım qrup 
təşkil edir. Buraya qədim dillərdən oğuz dili, peçeneq dili, 
qədim səlcuq dili, qədim osmanlı dili və qədim Azərbay-
can dili; müasir türksistemli dillərdən isə Azərbaycan, 
türk, türkmən  qaqauz dilləri daxildir. Bu dillər fonetik, 
leksik və qrammatik əlamətlərinə görə digər türk dillərin-
dən fərqlənir.
1
Türk dillərinin geniş elmi təsviri N.A.Baskakovun (Введение в изучение тюркских 
языков. M., 1969, c. 220-354.) və F.Zeynalovun (Türkologiyanın əsasları. Bakı, 1981, səh. 94-
342) əsərlərində verilmişdir. Oradan ətraflı məlumat almaq olar.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
123
1. AZƏRBAYCAN DİLİ
Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. 
Azərbaycan xalqı bir sıra türk qəbilə və tayfalarının qo-
vuşması əsasında meydana gəlmişdir. Bu prosesdə ən 
qədimdən başlayaraq sak (saka), bulqar, az
1
, sabir, xəzər, 
sonralar isə oğuz, qıpçaq və başqa qəbilələrin xüsusi rolu 
olmuşdur.
Azərbaycanlıların əksəriyyəti Şimali Azərbaycanın 
və Cənubi Azərbaycanın sakinləridir. Bununla bərabər, 
azərbaycanlılar Rusiyada, Orta Asiyada, Qazaxıstanda, 
Gürcüstanda, Dağıstanda, Türkiyədə, Almaniyada, Əfqa-
nıstanda, Fransada, ABŞ-da və başqa bir sıra ölkələrdə, 
ümumiyyətlə, dünyanın 87 ölkəsində yaşayırlar. Dünyada 
azərbaycanlıların miqdarı 45 milyondan çoxdur. Azərbay-
can dili türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna 
daxildir. Bu dil həmin yarımqrupun “daxilində mərkəzi 
mövqe tutan, möhkəm zəmin və geniş nüfuz dairəsinə ma-
lik olan bir dildir”
2
.
Azərbaycan dili türksistemli dillərdən türk (osman-
lı) dili ilə daha çox yaxındır. Bu yaxınlıq mənşə və digər 
məsələlərlə əlaqədardır.
Azərbaycan dilinin yaranması və inkişafı Azərbaycan 
xalqının tarixi ilə möhkəm bağlıdır. Bu dil tarixən mürək-
kəb proseslərin, qarşılaşmaların, qovuşmaların nəticəsində 
meydana gəlmişdir. Milli dil kimi formalaşan Azərbaycan 
dili iki qoldan (danışıq dili və ədəbi dil) ibarətdir.
Azərbaycan ədəbi dili şifahi olaraq hələ uzaq keçmiş-
də formalaşaraq, müəyyən inkişaf yolu keçmişdir. Onun 
inkişafının xüsusiyyətlərini nəzərə alaraq aşağıdakı kimi 
dövrləşdirmək olur:
1
Bəzi alimlər “Azərbaycan” adının “az” qəbiləsinin adından əmələ gəldiyi fikrini irəli sürürlər.
2
Ə.M.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı, 1958, səh. 10.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
124
I dövr – ədəbi dilin formalaşması və tədricən inkişafı 
(XIX əsrə qədər);
II dövr – ədəbi dilin tam sabitləşməsi (XIX əsr);
III dövr – ədəbi dilin geniş inkişaf yolu keçməsi (XX 
əsrin I rübündən indiyə qədər).
Bu dövrlərdə Azərbaycan dili geniş təkmilləşmə, zən-
ginləşmə, rəvanlaşma və xəlqiləşmə yolu keçmişdir.
Coğrafi prinsip əsasında M.Şirəliyev Azərbaycan dili-
nin dialekt və şivələrini 4 qrupa bölür:
1) Şərq qrupu dialekt və şivələri – Quba, Bakı, Şamaxı 
dialektləri və Muğan, Lənkəran şivələri.
2) Qərb qrupu dialekt və şivələri – Qazax, Qarabağ dia-
lektləri və ayrım şivəsi.
3) Şimal qrupu dialekt və şivələri – Şəki dialekti, Zaqata-
la və Qax şivəsi.
4) Cənub qrupu dialekt və şivələri – Naxçıvan, Ordubad, 
Təbriz dialektləri.
Azərbaycan dilinin bu dialekt və şivələri arasında bö-
yük fərqlər yoxdur. Bunlar bir-birindən bəzi fonetik, leksik 
və qrammatik əlamətlərə görə azca fərqlənir.
Hazırda Azərbaycan ədəbi dilinin əsasını Bakı – pay-
taxt nitqi təşkil edir.
Azərbaycan dilini başqa türk dillərindən fərqləndirən 
bir sıra səciyyəvi cəhətlər mövcuddur. Bu xüsusiyyətlər 
özünü fonetik sistemdə, lüğət tərkibində və qrammatik 
quruluşda göstərir.
Azərbaycan dilində “ə” saitinin geniş yayılması, söz 
əvvəlində “h” samitinin işlənməsi, “q” samitinin geniş inki-
şaf etməsi, samit səslərin bəzi sözlərdə qoşalaşması, yerdə-
yişməsi, assimilyasiya, dissimilyasiya kimi fonetik hadisələr 
və s. onun fonetik sistemi üçün səciyyəvi əlamətlərdir.
Azərbaycan dili leksikasının əsasını türk mənşəli söz-
lər təşkil edir. Lakin bununla bərabər, burada alınma söz-


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
125
lər təbəqəsi də mövcuddur. Buraya, əsasən, ərəb və fars, 
həmçinin monqol mənşəli sözlər, eyni zamanda rus və Av-
ropa dillərinə aid sözlər daxildir.
Azərbaycan dilinin morfoloji quruluşda nitq hissələ-
rinin yeri, hal, kəmiyyət, mənsubiyyət kateqoriyaları, sifət 
dərəcələri, say və zərflərin yaranma yolları, felin zəngin 
kateqoriyaya malik olması və s. başqa türk dillərindən 
müəyyən dərəcədə fərqli xüsusiyyətlərə malikdir. Bu di-
lin sintaktik quruluşunda özünü göstərən söz birləşmələri, 
ifadə və ibarələr, cümlə üzvlərinin sıralanması, əlaqə və 
uzlaşmalar, çoxkomponentli cümlələr onun xarakterik xü-
susiyyətlərindən hesab olunur.
Hazırda müasir Azərbaycan ədəbi dili Azərbaycan 
Respublikasının rəsmi dövlət dilidir. Bu dil xüsusi inkişaf 
yolu keçib get-gedə zənginləşmişdir. İndiki vəziyyətində 
bu dil insan düşüncəsini bütün incəliyi ilə müxtəlif üslub-
larla ifadə etməyə yüksək dərəcədə qadirdir.
Azərbaycan dili dünyanın zəngin dillərindən biri 
kimi vaxtı ilə Qafqazın müxtəlif millətləri arasında başlıca 
ünsiyyət vasitəsi olaraq geniş yayılmışdı. Məşhur rus şa-
iri M.Y.Ler montov yazırdı: “...Mən bir çox dağlar aşdım, 
...azərbaycanca öyrənməyə başladım. Həmin dil burada 
və ümumiyyətlə, Asiyada fransız dilinin Avropada oldu-
ğu qədər zəruri bir dildir”. Alman şairi F.Bodenştedt qeyd 
edirdi ki, “Qafqazda yaşayan camaatla ünsiyyətdə olmaq 
üçün bu dili (Azərbaycan dilini – A.Q.) bilmək kifayət 
edərdi”.
Azərbaycan dilinin yazısında 1922-ci ilə kimi ərəb 
qrafikasından istifadə olunmuşdur. 1922-ci ildən 1940-cı 
ilə qədər latın, 1940-cı ildən 1992-ci ilə qədər kiril qrafikası 
əsasında yaradılmış əlifba işlədilmişdir. 1992-ci ildən latın 
sistemli yazıya keçilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
126

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə