V.A.BOQORODİTSKİ (1934). Bu təsnif, əsasən, coğrafi
prinsip üzərində aparılmışdır
2
. V.A.Boqoroditski türk dilləri-
ni xalqların yerləşdiyi əraziyə görə yeddi qrupa bölmüşdür:
1
А.Н.Самойлович. Некоторые дополнения к классификации турецких языков. Петер-
бург, 1922.
2
В.А.Богородитский. Введение в языкознание в связи с другими.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
116
1. Şimal-şərq qrupu – yakut, tuva və qarakas dili;
2. Xakas (Abakan) qrupu – xakas dili;
3. Altay qrupu – Altay dili və dialektləri;
4. Qərbi Sibir qrupu – tümen, barabin, çulum, tobol və
başqa tatarların dili;
5. Volqa və Uralboyu qrupu – başqırd, tatar dili.
6. Orta Asiya dilləri qrupu – qazax, qırğız, uyğur, özbək,
qaraqalpaq dili.
7. Cənub-qərb dilləri qrupu – Azərbaycan, türk və türk-
mən dili.
V.A.Boqoroditskinin təsnifi türk dillərinin obyektiv böl-
güsü ola bilməmişdir. Bunun prinsipləri də qatışıq şəkildədir.
S.Y.MALOV (1951). S.Malov 1951-ci ildə tarixi-xro-
noloji prinsip əsasında bütün türksistemli dillərin təsnifini
vermişdir
1
. Malov tarixi-xronoloji prinsipə əsaslanarkən
ayrı-ayrı türk dillərinin müstəqil bir dil kimi formalaşdığı
dövrü nəzərə almışdır. Onun fikrincə, türk dilləri müxtə-
lif dövrlərdə tez və ya gec formalaşarkən onların fone-
tik cəhətlərində başlıca fərqlər meydana gələ bilir və bu
əlamətlər həmin dillərin qruplaşdırılmasında əsas meyar
olmalıdır.
S.Malov deyilən cəhətlərə əsaslanaraq türk dillərini
dörd qrupa bölmüşdür:
1. Ən qədim türk dilləri – bulqar, uyğur (sarı uyğur), çu-
vaş, yakut dili.
2. Qədim türk dilləri – oğuz (runi yazılı abidələrin dili),
tofalar, tuva, uyğur (qədim uyğur yazılı abidələrinin
dili), xakas və şor dili.
3. Yeni türk dilləri – Azərbaycan, qaqauz, kumandin, qıp-
çaq, peçenek, polovets, solar, türk, türkmən, uyğur (Çin-
dəki müsəlmanların dili), özbək, cağatay və çulım dili.
1
С.Е.Малов. Памятники древнетюркской писменности. M.-Л., 1951.
Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
117
4. Ən yeni türk dilləri – başqırd, qazax, qaraqalpaq, qır-
ğız, qumuq, noqay, oyrot (Dağlıq Altay), tatar (Kazan,
Mişar, Qərbi Sibir), çuvaş, yakut dili.
Bu bölgüdə, göründüyü kimi, Azərbaycan dili üçüncü
qrupa, yəni yeni türk dillərinə aid edilir.
S.Y.Malovun bölgüsündə bəzi dolaşıqlıq müşahidə
edilir. Belə ki, abidələrin dili müstəqil dil kimi göstərilir.
Bundan başqa, çuvaş və yakut dilləri həm qədim türk dil-
ləri, həm də ən yeni türk dilləri kimi verilir və s.
Dostları ilə paylaş: |