2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə70/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   66   67   68   69   70   71   72   73   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

TƏHSİN BANQUOĞLU (1974). Türk (hun) dillərinin 
genealoji təsnifi problemi ilə görkəmli türk alimi Təhsin 
Banquoğlu da məşğul olmuşdur. O, “Türkcənin qrameri” 
adlı
2
irihəcmli əsərinin girişində bu məsələdən müfəssəl 
və yığcam bəhs edir. Təhsin Banquoğlu coğrafi və tarixilik 
prinsipləri üzərində türk-hun dillərinin genealoji təsnifini 
verərkən onları üç qrupa bölür:
1. Çuvaş dili.
2. Yakut dili.
3. Türk-tatar dilləri.
Təhsin Banquoğlu bu üçüncü qrupu iki qola ayırır:
1) Türk dilləri.
2) Qırğız-tatar dilləri.
Türk dilləri qolunun iki böyük dildən ibarət olduğu 
göstərilir:
1) Şərq türkcəsi (Şərqi türk dili)
2) Qərb türkcəsi (Qərbi türk dili)
Qərbi türk dilinin beş ləhcəsi olduğu göstərilir – Anadolu 
(və Rumeli), azəri, türkmən, qaqauz və Krım kıyı ləhcələri.
Qırğız-tatar dilləri qoluna aşağıdakılar aid edilir: Ka-
zan tatarları, başqırd, Krım tatarları, qaraçay, qazax, qır-
ğız, qaraqalpaq, noqay və Altay-Uruk dilləri.
1
Bax:HA-Eockcikimi. Введение в изучение тюркских языков. M., 1969, c. 214-218.
2
Tahsin Banguoglu. Türkçenin Grameri. Ankara, 1986.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
121
Göründüyü kimi, müəllif Şərq türkcəsi və Qərb türk-
cəsi adlandırdığı dillərdə bir sıra müstəqil türksistemli dil-
ləri nəzərdə tutur. Əslində, dillərin bu şəkildə təsnifi bəzi 
müstəqil dillərin varlığına kölgə salır.
FƏRHAD ZEYNALOV (1981). F.Zeynalov, özünün 
qeyd etdiyi kimi, “türk dillərinin keçdiyi inkişaf mər-
hələlərini, tayfa və tayfa birliklərinin uzun illərdən bəri qa-
zandıqları ümumi fonetik, leksik-qrammatik əlamətləri”
1
nəzərə alaraq onları 7 yerə bölmüşdür:
1. Oğuz qrupu – Azərbaycan, türk, türkmən, qaqauz və 
Krım tatar dilləri.
2. Bulqar qrupu – tatar, başqırd, qumuq, qaraçay-balkar, 
karaim dilləri.
3. Qıpçaq qrupu – qazax, qaraqalpaq, qırğız, Altay, no-
qay dilləri.
4. Karluq-uyğur qrupu – özbək, yeni uyğur, sarı uyğur, 
salar dilləri.
5. Uyğur-oğuz qrupu-tuva, karaqas, xakas, kamasin, 
şor, tobol, kuyerik, barabin dilləri.
6. Çuvaş dili.
7. Yakut dili.
F.Zeynalovun bölgüsü yuxarıda göstərilən təsniflərin 
bir çoxundan öz dəqiqliyi, obyektivliyi ilə seçilir.
Bu bölgüdə dillərin qohumluq dərəcəsinə daha çox 
üstünlük verilmişdir.
Nəhayət, qeyd etməliyik ki, türk dillərinin genealo-
ji təsnifi problemi hələ qəti şəkildə öz həllini tapmamış-
dır
2
. Bu sahədəki müxtəlifliyə son qoymaq, əksəriyyətinin 
1
F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 69.
2
Türk dillərinə dair genealoji təsniflərin geniş təhlili N.A.Baskakovun və F.Zeynalovun 
yuxarıda adları çəkilən əsərlərində verilmişdir. Daha ətraflı məlumat üçün həmin mənbələrə 
müraciət etmək faydalı ola bilər.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
122
ümumməqbul hesab edə biləcəyi bölgü yaratmaq müasir 
türkoloji dilçiliyin ən başlıca vəzifələrindəndir.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə