2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə72/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   68   69   70   71   72   73   74   75   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

2. QAQAUZ DİLİ
Qaqauz dili qaqauzların doğma dilidir. Qaqauzlar oğuz 
tayfaları ilə bir sıra başqa türk qəbilələrinin, o cümlədən bəzi 
bulqar və qıpçaqların qovuşması nəticəsində əmələ gəlmiş-
lər. Qaqauzlar ulu yurdları Türkmənistandan XI–XII əsrlərdə 
köç edib Bolqarıstana qədər getmişlər. XVIII əsrin sonların-
da müəyyən siyasi-iqtisadi məsələlərlə bağlı Bolqarıstanın 
şimal-şərqindən qaqauzların çox hissəsi Bessarabiyaya kö-
çürülmüşdür. XX əsrin əvvəllərində (1908–1914) isə buradan 
bir qrup qaqauz Orta Asiyaya və Qazaxıstana gətirilmişdir. 
Hazırda qaqauzlar ən çox Moldovanın cənubunda və Uk-
raynada (bu yerlər Bessarabiya adlanırdı) yaşayırlar. Bundan 
başqa onlar Bolqarıstanda, Rumıniyada, Yunanıstanda, Orta 
Asiyada, Qazaxıstanda, Rusiyada məskunlaşmışlar. Qaqauz-
lar xristian dininə inanır və ona qulluq edirlər.
Qaqauzların dili daha çox türk (osmanlı) dilinə yaxın-
dır. Buna görə də bəzi tədqiqatçılar qaqauz dilini müstəqil 
dil hesab etməyib, onu türk dilinin bir dialekti adlandırır-
lar. Hər cür yaxınlığa baxmayaraq, qaqauz dili müstəqil 
türksistemli dildir və o, türk dillərinin oğuz yarımqrupun-
da xüsusi mövqeyə malikdir.
Qaqauz dilinin tarixi olduqca mürəkkəbdir. Xalqın başı-
na gələn hadisələr dilə də öz təsirini göstərmişdir. Qaqauz dili 
yadlar əhatəsində müxtəlif tərəfdən təsirlərə məruz qalmışdır. 
Bu dilə bir tərəfdən slavyan dilləri – bolqar, rus, ukrayn, digər 
tərəfdən isə roman dilləri – rumın və moldav dilləri güclü təsir 
göstərib onu daha çox leksik və qrammatik dəyişikliklərə uğ-
ratmışlar. Bütün bunlara baxmayaraq, qaqauz dili öz oğuz-qıp-
çaq bünövrəsini mühafizə edib saxlaya bilmişdir.
Müasir qaqauz dilinin (Moldovada və Ukraynada iş-
lənən dilin) iki başlıca dialekti vardır:
1. Mərkəzi, yaxud Çadurlunq-Komrat dialekti;
2. Cənubi, yaxud Vulkaneşt dialekti.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
127
Qaqauz dilinin dialektləri fonetik, leksik və qramma-
tik cəhətdən bir-birindən xeyli fərqlənir.
Çadurlunq-Komrat dialekti qaqauz dilinin əsas dia-
lektidir, ona görə də qaqauz ədəbi dili bu dialekt əsasında 
formalaşmışdır.
Müasir qaqauz ədəbi dilinin özünə aid bir sıra səciy-
yəvi xüsusiyyətləri mövcuddur. Məsələn, fonetik cəhətə 
nəzər yetirək:
1) Qaqauz dilindəki 9 saitin hər biri iki formadadır: 
a) normal sait -a, b) uzun sait -aa.
At – aat
Az – aaz
Arı – aarı
Ara – aara və s.
2) Bəzi səslər (ğ, v, q) söz tərkibindən düşür və saitlər 
qoşalaşıb, uzun tələffüz olunur:
Dovşan – dovşan – dooşan
Doğru – doğru – dooru
Sığır – sığır – sıır və s.
Qaqauz dilinin lüğət tərkibində səciyyəvi əlamətlər 
vardır. Belə ki, bəzi sözlər bu dildə işlənərək başqa dildən 
çox seçilir. Məsələn, çavdırıq – dəli, balaban – hündür, 
şaka – zarafat
1
və s.
Qaqauz xalqının XX əsrin II yarısına qədər rəsmi ya-
zısı olmamışdır. Ayrı-ayrı illərdə rumın və rus əlifbası ilə 
bəzi dini kitablar çap olunmuşdur. Lakin bu əsərlər yayıl-
mamış və geniş kütlənin malı ola bilməmişdir.
Qaqauzlar ancaq 1957-ci ildə xüsusi milli əlifba yaratmaq 
imkanı əldə etmiş və buna nail olmuşlar. Qaqauz əlifbası Kiri-
li qrafikası əsasında yaradılmışdır. 1996-cı ildə türk əlifbasına 
əsasən hazırlanan latın qrafikalı əlifba hələ də işlədilməkdədir.
1
F.Zeynalov. Türkologiyanın əsasları. Bakı, 1981, səh. 158.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
128

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə