Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
138
Qırğız danışıq dilində bir sıra dialekt və şivə xüsusiyyətlə-
ri özünü göstərməkdədir. Bu dilin başlıca dialektləri bunlardır:
1)
şimal dialekti;
2)
cənub-şərq dialekti
1
.
Bu dialektlər arasında
ciddi fərqlərin olduğu müəy-
yən edilmişdir.
Müasir qırğız ədəbi dilinin əsasını
şimal dialekti və
onun şivələri təşkil edir. Hazırkı qırğız dili XX əsrin I yarı-
sında formalaşaraq əsaslı təkmilləşmə yolu keçmişdir. Bu
dildə müxtəlif məzmunlu çoxlu miqdarda elmi, bədii ədə-
biyyat, mətbuat materialları
və sair çap edilmiş, maraqlı
ənənə yaranmışdır. İndi qırğız ədəbi dili Qırğızıstan Res-
publikasının dövlət dilidir.
Qırğız ədəbi dili bir çox fonetik, leksik və qrammatik
xüsusiyyətlərə malikdir. Uzun saitlərin olması və bunların
məna fərqləndirə bilməsi qırğız dili üçün xarakterikdir. Bu
dilin lüğət tərkibinin əsasını türk mənşəli sözlər təşkil edir.
Lakin alınmalara diqqət yetirildikdə burada monqol sözlə-
rinin ərəb və farsa görə çox olduğu müşahidə edilir. Qırğız
xalqı zəngin şifahi və yazılı ədəbiyyata malikdir. Onların
Dostları ilə paylaş: