2. ÜMumi DİLÇİLİk II indd



Yüklə 11,61 Mb.
Pdf görüntüsü
səhifə84/147
tarix26.05.2022
ölçüsü11,61 Mb.
#88045
1   ...   80   81   82   83   84   85   86   87   ...   147
2. ÜMUMİ DİLÇİLİK II

6. TATAR DİLİ
Tatar dili tatar xalqının milli dilidir. Tatarlar monqol-ta-
tar, bulqar və qıpçaq qəbilələrinin qovuşmasından əmələ 
gəlmişlər. ’’Tatar’’ etnosuna hələ qədim yazılı mənbələr-
də rast gəlinir. Bu ad XI əsrin məşhur filoloqu Mahmud 
Qaşqarlının əsərində də qəbilə adı, dil adı kimi işlənilmiş-
dir. Tatarlar bir xalq kimi XV–XVI əsrlərdə formalaşmışdır. 
“Tatar alimləri, şair və yazıçıları XIX əsrin sonuna qədər 
özlərini bulqar adlandırmışlar”
1
.
Hazırda tatarların çox hissəsi Tatarıstan Muxtar Res-
publikasında yaşayır. Respublika xaricində müəyyən 
qruplar şəklində Başqırdıstanda, Çuvaşıstanda, Moldo-
vada, Ukraynada, Rusiyanın təxminən 18 vilayətində, Qa-
zaxıstanda, Türkmənistanda, Özbəkistanda, Çində, Tür-
kiyədə, Bolqarıstanda, Rumıniyada, Polşada da tatardilli 
əhali vardır. Tatarlar müxtəlif bölgələrə yayıldıqları üçün 
“Krım tatarları”, “Kazan tatarları”, “Həştərxan tatarları”, 
“Sibir tatarları” və s. adlar meydana çıxmışdır. Bunların 
dillərində ciddi olmayan az-çox fərqlər vardır. Lakin bu 
fərqlər onları ayrı-ayrı milli dil kimi adlandırmağa əsas 
vermir. Ümumi tatar dilinin müəyyən yaranma tarixi var-
dır. “Tatar danışıq dili bulqar və qıpçaq tayfa dillərinin 
qarşılıqlı təsiri nəticəsində yaranmışdır”
2
.
Tatar ədəbi dili XVI əsrdə formalaşmışdır. Lakin bu 
dildən – qədim tatar ədəbi dilindən ancaq yuxarı təbəqə 
istifadə etdiyi üçün xəlqilikdən uzaqlaşmış, işlənmə da-
1
М.З.Закиев. Татарский язык. Языки народов СССР, т. II. Тюркские языки. M., 1966, c. 139
2
Н.А.Баскаков. Введение в изучение тюркских языков: M., 1969. с. 288.


Ü M U M İ D İ L Ç İ L İ K – I I C İ L D
148
irəsi get-gedə məhdudlaşmışdır. XX əsrin I yarısında tatar 
ədəbi dili xalqa daha yaxın olmuş və geniş inkişaf etməyə 
başlamışdır. Əsrin əvvəllərindən tatar dili məktəblərdə is-
tifadə edilmiş, mətbuat və nəşriyyat dilinə çevrilmişdir.
Tatar danışıq dilinin üç dialekti müəyyənləşdirilmişdir:
1) Mərkəzi, yaxud orta dialekt;
2) Qərb dialekti;
3) Şərq dialekti.
Bunlardan mərkəzi dialekt müasir tatar ədəbi dilinin 
əsasını təşkil edir. Tatar dilinin yazı sistemində 1927-ci ilə 
qədər ərəb, 1927-ci ildən 1939-cu ilə kimi latın qrafikasın-
dan istifadə olunmuşdur. 1939-cu ildən isə tatar yazısında 
Kirill qrafikası əsasında hazırlanmış əlifbaya keçilmişdir. 
1999-cu ildə Tatarıstanda yenidən latın qrafikalı əlifba-
ya keçilməsi haqqında qərar qəbul edilmişdir. Bu qərar 
2004-cü ildə Rusiya Federasiyasının Konstitusiya Məh-
kəməsinin qərarı ilə ləğv edilmişdir, ancaq latın qrafikalı 
əlifbadan Tatarıstanda hələ də geniş istifadə olunur.

Yüklə 11,61 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə