2017-ci il dekabrın 19-dən
“Gəncə” tankeri xarici sularda
maye yükdaşımalarına cəlb olunub.
Bununla da “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin Xəzərdən
kənarda üzən gəmilərinin sayı 13-ə çat-
dırılıb. Onlardan 11-i quru yük gəmisi,
ikisi isə tankerdir.
“Gəncə” tankeri ilk yükləmə əmə-
liyyatını Rusiya Federasiyasının Tuap-
se limanında həyata keçirəcək.
Azov, Qara və Aralıq dənizləri höv-
zələrində üzəcək tankerin istismarına
nəzarəti və texniki xidməti “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin
Türkiyədəki “Casptankers” şirkəti ye-
rinə yetirəcək.
Dedveyti 7,017 ton, uzunluğu
140.85, eni 16.86 metr olan bu tanker
“Volqa-Don-Maks” tipli, yəni, dayaz
sularda üzməklə maksimum yükgö-
türmə qabiliyyətinə malikdir. “Gən-
cə” gəmisi Gəmiçiliyin xaricdə maye
yük daşımaları bazarındakı mövqeyini
daha da möhkəmləndirəcək. Həmçinin
artması proqnozlaşdırılan maye yük-
lərin daşınmasını təmin etmək üçün
“Gəncə” tipli tankerlərin böyük iqtisa-
di əhəmiyyəti var. Qeyd edək ki, tan-
ker istismara ötən il Prezident İlham
Əliyevin də iştirak etdiyi mərasimdə
verilib.
Xatırladaq ki, Gəmiçiliyin xari-
ci sulardakı fəaliyyəti uzun fasilədən
sonra 2014-cü ildə Prezident İlham
Əliyevin tapşırığına əsasən “Üzeyir
Hacıbəyli” və “Natəvan” gəmilərinin
alınması ilə bərpa edilib.
Yaxın gələcəkdə Azərbay-
canın inkişaf perspektivləri
müsbətdir. 2018-ci ildə dövlət
investisiya xərclərinin və sosial
xərclərin genişləndirilməsi ilə
qeyri-neft sektorunda 4 faizlik
artım gözlənilir.
Bu barədə Beynəlxalq Val-
yuta Fondunun Azərbaycan üzrə
missiyasının rəhbəri Məhəmməd
əl-Qorçi mətbuat üçün bəyana-
tında bildirib.
2018-ci il üzrə IV Maddə
Məsləhətləşmələri çərçivəsində
müzakirələr aparmaq üçün
noyabrın 30-dan dekabrın
14-dək Bakıda səfərdə olan
Beynəlxalq Valyuta Fondu-
nun missiyasına rəhbərlik
edən Məhəmməd əl-Qorçi
açıqlamasında qeyd edib ki,
2017-ci ildə aparılan fəal
makroiqtisadi siyasət və neft
qiymətlərinin artımı sayəsin-
də Azərbaycan iqtisadiyya-
tında sabitləşmə müşahidə
edilib. Qeyri-neft sektoru
xidmət və kənd təsərrüfatı
sahələrinin canlanması sayəsində geniş-
lənməyə başlayıb.
Açıqlamada, həmçinin qeyd edilir
ki, işsizlərə müavinətlərin verilməsi üçün
yaradılan yeni sığorta fondunun, pensi-
yalarla bağlı həyata keçirilən islahatların,
fəal əmək bazarı proqramlarına keçidin
Azərbaycanda sosial müdafiə sahəsində
və əmək bazarında müsbət irəliləyişlərə
səbəb olub.
Bəyanatın sonunda missiya adından
açıq və səmimi müzakirələr, qonaqpərvər-
lik üçün Azərbaycan tərəfinə minnətdarlıq
ifadə edilib.
Azərbaycan Respublikası Konsti-
tusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin fəaliyyətinin təmin edilmə-
si haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 13 yanvar ta-
rixli 724 nömrəli Fərmanına və “Azər-
baycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin fəaliyyətinin təmin edilmə-
si haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 13 yanvar ta-
rixli 725 nömrəli Fərmanına uyğun ola-
raq qərara alıram:
Azərbaycan Respublikası Prezi-
dentinin 2013-cü il 11 sentyabr tarixli
3130 nömrəli Sərəncamı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplu-
su, 2013, № 9, maddə 1081; 2014, № 4,
maddə 391; 2015, № 9, maddələr 989,
1050) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının dəniz təhlükəsizliyi
strategiyası”nda aşağıdakı dəyişikliklər
edilsin:
1. 4.1.5-ci yarımbənddə “Milli Təh-
lükəsizlik Nazirliyi” sözləri “Dövlət
Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz
edilsin.
2. Aşağıdakı məzmunda
4.1.5-1-ci yarımbənd əlavə
edilsin:
“4.1.5-1. Xarici Kəşfiyyat
Xidməti;”.
3. 5.3-cü bənddə “Milli
Təhlükəsizlik
Nazirliyinin”
sözləri “Dövlət Təhlükəsizliyi
Xidmətinin” sözləri ilə əvəz
edilsin.
4. Həmin strategiyaya
Əlavə 2 - “Vəzifələrin yerinə
yetirilməsi məqsədi ilə qurum-
lar üçün əsas və dəstək tipli ca-
vabdehlik cədvəli” üzrə:
4.1. 3-cü və 11-ci bəndlər-
də “MTN” akronimi “DTX”
akronimi ilə əvəz edilsin və
“FHN” akronimindən sonra “,
XKX” akronimi əlavə edilsin;
4.2. 2-ci, 5-ci, 9-cu, 16-
cı və 17-ci bəndlərdə “MTN”
akronimi “DTX, XKX” akro-
nimləri ilə əvəz edilsin.
5. “İxtisarlar:” hissəsi üzrə:
5.1. altıncı abzasda “MTN – Milli
Təhlükəsizlik Nazirliyi” sözləri “DTX -
Dövlət Təhlükəsizliyi Xidməti” sözləri
ilə əvəz edilsin;
5.2. yeddinci – on beşinci abzaslar
səkkizinci – on altıncı abzaslar hesab
edilsin və aşağıdakı məzmunda yeddin-
ci abzas əlavə edilsin:
“XKX – Xarici Kəşfiyyat Xidməti;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2017-ci il.
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
Qiyməti 50 qəpik
20 dekabr 2017-ci il № 89-92 (9183)
www.seanews.az
QƏZET
1931-ci ildən
nəşr olunur
QƏZET
1931-ci ildən
nəşr olunur
BU SAYIMIZDA
“XƏZƏRDƏnİZLAYİhƏ ETİ”-DƏ DAhA
İRİ gƏMİLƏRİn LAYİhƏLƏnDİRİLMƏSİ
BARƏDƏ DüşünüRLƏR
İşƏ qƏBUL MüSABİqƏSİnDƏ
UğURLU nƏTİcƏ göSTƏRƏn
DƏnİZçİLƏRLƏ göRüş kEçİRİLİB
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin
Dəniz Nəqliyyat Donanma-
sında “matros”, “motorçu”
və “elektrik” peşələri üzrə işə
qəbul prosesinin test mərhələ-
sində uğurlu nəticə göstərmiş
namizədlərlə görüş keçirilib.
qABAqLAYIcI TƏDBİRLƏR
nƏTİcƏSİZ qALMIR
Müsahibimiz
“General Əsədov”
gəmisinin kapitanı
Kamil Muxtarovdur.
- kamil müəl-
lim, söhbətimizə
sizi tanımaqla
başlayaq. Bilirəm
ki, Bakıda doğul-
musunuz...
- Bəli, 1956-cı il iyunun 1-də
Bakıda anadan olmuşam. Babam
dənizçi, atam neftçi olub.
MüASİR İqTİSADİ şƏRAİTDƏ
DƏnİZ nƏqLİYYATInIn İnkİşAfInDA
MARkETİnq AnLAYIşI
Xəzər
Dəniz Layihə
Elmi-Təd-
qiqat İnstitu-
tu (“Xəzər-
dənizlayihə
ETİ”) 1930-
cu ildən
fəaliyyət
göstərir.
İnstitut bərə əlaqəsinin inkişafı-
na böyük töhfələr verib.
2017-ci ildə Bakıda keçirilən Formu-
la-1 yarışı dünyanın aparıcı kütləvi infor-
masiya vasitələrində keçirilmiş sorğularda
avtoidman azarkeşləri, media nümayən-
dələri və “Paddok Klub”un təmsilçilərinin
əksəriyyəti tərəfindən mövsümün ən
həyəcanlı və ən gözlənilməz anlarla
dolu yarışı kimi qiymətləndirilib.
Hazırda bazar iqtisadiyyatı
şəraitində fəaliyyət göstərən müəs-
sisələrdə, şirkətlərdə və təşkilat-
larda satış fəaliyyətini idarə etmək
üçün marketinq xidmətlərinin rolu
böyükdür.
Söhbət “Azərbaycan Xəzər
Dəniz gəmiçiliyi” qapalı
Səhmdar cəmiyyətində dənizin
neftlə çirklənməsinin qarşısının
alınması istiqamətində həyata
keçirilən tədbirlərdən gedir
Okean və dənizlər ətraf
mühitin qorunub saxlanılma-
sında həlledici rol oynayır, dün-
yanın ekoloji sisteminin balansını
təmin edir.
Səh. 3
Səh. 6
“nEfTçİLƏRƏ XİDMƏT
ETMƏkDƏn qüRUR DUYURAM”
Səh. 8
Səh. 4
Səh. 5
Səh. 2
2017-cİ İL foRMULA-1
AZƏRBAYcAn qRAn-PRİSİ İLİn
Ən YAXşI YARIşI SEçİLİB
Azərbaycanın Professional
Maliyyə Menecerləri Assosiasiya-
sı (APFM) “Mühasib peşəsinin
inkişafına verdiyi töhfəsinə görə”
Beynəlxalq LUCA mükafatına
layiq görülüb.
Mükafat “8th LUCA AWARD
2017” təntənəli təqdimat mərasimində
Böyük Britaniyanın Sertifikatlı Ma-
liyyə Menecerləri İnstitutunun rəhbəri
cənab Garry Carter tərəfindən təqdim
olunub.
APFM xətti ilə bu dəfəki nümayən-
də heyətinin tərkibinə SOCAR, “Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyi” QSC
və digər şirkətlərin, dövlət qurumları-
nın nümayəndələri daxil olub. 2017-
ci ilin nəticələrinə əsasən Azərbaycan
Dövlət Neft Şirkətinin əməkdaşı Oktay
Məmmədov “Best Financial Mana-
ger 2017”, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin Maliyyə və uçot
departamentinin rəis müavini Pərviz
Babazadə “Best Accountant 2017” mü-
kafatına layiq görülüb.
Bu mükafat onlara iş fəaliyyətlə-
rində göstərdikləri peşəkarlığa, vəzifə
öhdəliklərinin yerinə yetirilməsində
şəxsi bilik və bacarıqlarına görə veri-
lib.
Xatırladaq ki, APFM 2005-ci ildə
təsis olunub. 2013-cü ildə Assosiasiya
ilk dəfə beynəlxalq üzvlük sisteminin
tətbiqinə başlayıb. “FİNANSİST” jur-
nalının təsisçisidir. Hazırda Avropanın
Mühasiblər və Auditorlar Federasiyası-
nın (EFAA) üzvüdür.
gƏMİçİLİYİn ƏMƏkDAşI “BEST AccoUnTAnT 2017” MükAfATInA LAYİq göRüLüB
2018-cİ İLDƏ AZƏRBAYcAnDA qEYRİ-nEfT SEkToRUnDA
4 fAİZLİk ARTIM göZLƏnİLİR
gƏMİçİLİk XARİcİ SULARDA fƏALİYYƏTİnİ gEnİşLƏnDİRİR
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYcAn RESPUBLİkASI PREZİDEnTİnİn SƏRƏncAMI