MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
3
30 yaşından sonra hər beş nəfərdən biri
yuxu zamanı daim xoruldayır. İctimai şüurda
belə bir fikir formalaşmışdır ki, xoruldama
xoşagəlməz, lakin təhlükəsiz bir səs fenome-
nidir. Lakin az adam bilir ki, "dəhşətli" xorul-
dama Obstruktiv Yuxu Apnoe kimi ciddi bir
xəstəliyin olmasından xəbər verə bilər.
Bu qorxunc xəstəliyin ilk şahidləri yuxu
apnoe olanın yaxınları olur. Onlar narahatlıq
hissi ilə həmin şəxsin xoruldamasının ani ola-
raq kəsilməsini və nəfəsinin dayanması halını
qeyd edirlər. Təxminən 30-40 saniyədən son-
ra isə o, əlini-ayağını tərpədərək və bədənini
çevirərək, bərkdən xoruldamağa və yenidən
nəfəs almağa başlayır. Bəzən gecə ərzində
ümumi müddəti 4-5 saat olan, sayı isə 500-
600-ə çatan nəfəsin kəsilməsi epizodları baş
verir. Bu da qanda kəskin oksigen enmələrinə
və beyinin xroniki hipoksiyasına səbəb olaraq,
arterial hipertenziyanın, miokard infarktının,
beyin insultunun və yuxuda qəfil ölüm riskinin
ciddi dərəcədə artmasını göstərir.
Yuxuda tənəffüs funksiyasının pozulması
insanın yuxu keyfiyyətinin kəskin pisləşməsinə
səbəb olur. Baş ağrısı, daimi yuxululuq,
əsəbilik, diqqət və yaddaş zəifləməsi, poten-
siyanın aşağı enməsi yuxudan davamlı olaraq
doymayan insanda olan simptomlardan yal-
nız bir hissəsidir.
Avtomobili idarə edərkən ani yuxuya
getməyə səbəb olan kəskin yuxubasmalar
xüsusilə təhlükəlidir. Statistik məlumatlar
göstərir ki, Obstruktiv Yuxu Apnoe Sindromu
xəstələrində avtomobil qəzaları etmə ehtima-
lı, adi qəza göstəricisindən 10 dəfə çoxdur.
Bəs bu xəstəliyin səbəbi nədir? Yuxa-
rı tənəffüs yollarının hava keçiriciliyi onların
daxili diametrindən, udlaq əzələlərinin tonu-
sundan və nəfəsalma zamanı döş qəfəsində
yaranan mənfi təzyiqdən asılıdır. Yuxu zamanı
udlağın əzələ tonusunun ciddi şəkildə azal-
ması tənəffüs yolların bağlanmasına səbəb
olur. Bu hal adətən nəfəsalma fazasında baş
verir, çünki mənfi təzyiq hava divarlarını bir-
birinə yaxınlaşdıran bir qüvvə yaradır.
Boğulma xarakterli nəfəsalmanın dayan-
ması qanda kəskin oksigen defisitinə gətirib
çıxarır və həmin anda bu təhlükədən sovuş-
maq üçün beyinin oyanması baş verir. Beyinin
aktivləşməsi nəticəsində udlaq əzələlərərinə
təkanverici impuls göndərilir və tənəffüs yol-
ları açılır. Tənəffüs funksiyası bərpa olunandan
sonra qanda və bütövlükdə orqanizmdə oksi-
gen balansı bərpa olunur, beyin sakitləşir və
yenidən yuxuya gedir, ancaq 1-2 dəqiqədən
sonra apnoe yenidən təkrarlanır.
Yuxuda tez-tez baş verən uzun müddətli
nəfəs pozulmaları qanın oksigenlə doyumlulu-
ğunun kəskin azalmasına səbəb olur. Belə hallar
ilk növbədə oksigenə böyük həcmdə tələbatı
olan daxili orqanlara - beyinə və ürəyə təsir edir.
Mütəmadı təkrarlanan səhər başağrıları gecə
yuxusu zamanı yaranmış beyin hipoksiyasının
bir təzahürüdür. Ürəyin işemik xəstəliyi olan
şəxslərdə qanın oksigenlə doyumluluğunun
pozulması halları ciddi ürək aritmiyalarına və
miokard infarktına gətirib çıxara bilər. Arterial
Hipertenziyası olan xəstələrdə isə yuxu apnoe
farmakorezistentliyi (dərmanın təsirsizliyi) yara-
daraq, beyin insultu riskini artırır. Bundan əlavə,
hipoksemiya mədəaltı vəzdə sintez olunan insu-
linin bioloji aktivliyini zəiflədərək, şəkərli diabeti
və metabolik sindromu yarada bilər.
Hər bir nəfəs dayanması orqanizm üçün
stressdir. Hər bir belə stress sistolik arteri-
al təzyiqinin 200-250 mm c.s.-dək yüksəldir.
Gecə mütamadi olaraq baş verən arterial
təzyiqin yüksəlməsi hipertenziv krizlərə səbəb
olur. Bu kateqoriya pasiyentlərdə beyin in-
sultu riskinin artması ehtimalı məhz bununla
izah edilə bilər. Belə hallarda Arterial Hiper-
tenziyanı hətta ən muasir dərman preparat-
larla da nəzarətdə saxlamaq mümkün olmur.
Hipoksemiya (qanda oksigen çatışmazlığı)
və dərin yuxu mərhələlərinin olmaması, insan
orqanizmində yağ mübadiləsini tənzimləyən
somatotrop hormonunun (STH) sintezinin
azalmasına səbəb olur. Məlum olduğu kimi,
qəbul etdiyimiz qida məsullarının bir hissəsi
enerjiyə çevrilir, bir hissəsi isə yağ şəklində
ehtiyatda saxlanılır. Qida çatışmazlığı zamanı
yağ enerjiyə çevrilir və orqanizm tərəfindən
sərf olunur. STH yağın enerjiyə çevrilməsini
təmin edir. Bəs bu hormonun sintezi pozul-
duqda nələr baş verir? Orqanizmdə enerji
defisitinin olmasına baxmayaraq, piy enerjiyə
çevrilə bilmir. Beləliklə, insan enerji tələbatının
təmin edilməsi üçün qida qəbulunu artırmaq
məcburiyyətində qalır. Bu halda bütün artıq
kalorilər "ölü çəki"yə çevrilir və insanın bədən
çəkisi qısa zamanda artır. Belə hallarda arıqla-
mağa yönəlmiş pəhriz və farma-
koterapiya kimi səylər nəticəsiz
qalır.
Bundan
başqa,
boyun
nahiyyəsində piy qatının əmələ
gəlməsi tənəffüs yollarının daha
da daralmasına və xəstəliyin
inkişafına yol açır. Bu da öz
növbəsində, STH-nın çatışmazlı-
ğını dərinləşdirir. Beləliklə, xüsu-
si müalicəsiz qırılması mümkün
olmayan sonsuz bir dairə yara-
nır. Bununla yanaşı olaraq, yuxu
apnoe-nin ağır formaları kişilərdə
libido və potensiyanın enməsinə
səbəb olan testosteron hormo-
nun sintezini azaldır.
Diaqnostika
İnsanda Yuxu Apnoe sindromunun olma-
sından necə şübhələnmək olar? Bu xəstəlikdən
əziyyət çəkən şəxslər adətən xüsusi xarici
görünüşə malikdirlər. Bu halı Çarlz Dikkensin
“Pikvik Klubunun meyarları” əsərinin Co adlı
personajında daha dəqiq təsvir edilmişdir: “O
həmişə yersiz hallarda yuxuya gedən və xorul-
damağa başlayan qısa boyunlu, qırmızı sifətli
kök adam idi...”
İlkin diaqnozu qoymaq üçün aşağıda qeyd
olunmuş xüsusiyyətlərdən üçü (və ya yalnız
birincisi) olduqda, dərinləşmiş müayinələrin
aparılması zəruridir:
• yuxuda nəfəs kəsilməsinin olması
• yüksək səsli və ya ara verən (fasiləli) gecə
xoruldamaları
• gecə ən azı 1 dəfə sidiyə çıxma
• gecə yuxusunun uzun müdətli pozulması
(> 6 ay)
• gündüz saatlarında yuxululuğun artması
• piylənmə
• arterial hipertenziya (xüsusilə gecə və
erkən səhər saatlarında baş verən)
Yuxu apnoe-ni müəyyən etməyin ən
asan yolu yuxuda olan insanın müşahidə
edilməsidir. Adətən yuxuya gedən kimi o,
xoruldamağa başlayır, tezliklə xoruldamanın
səsi birdən kəsilir, lakin sinə və qarın divarı-
nın hərəkəti göstərir ki, o, nəfəs almağa çalışır.
Təxminən 20-40 saniyə sonra bərpa olunan
xoruldamanın və bir neçə dərin nəfəsalma-
vermələrin möhkəm səsi eşidilir. Adətən
həmin şəxsin yuxusu çox narahat olur. O, ya-
taqda tez-tez çevrilir, bəzən isə öz özünə nəsə
danışır.
Xəstəliyin ağır formasında tsiklik apnoe-
lər insanın yuxuya getdikdən sonra bədənin
istənilən vəziyyətində baş verir. Xəstəliyin
yüngül və orta-ağır formalarında apnoe epi-
zodları yalnız yuxunun dərin mərhələsində
və ya insan kürəküstü vəziyyətdə yatarkən
müşahidə edilir. Tənəffüs funksiyasının po-
zulması çox hallarda spirtli içkilərin qəbulu ilə
bağlıdır. Yuxuya 3-4 saat qalmış yüksək doza-
da alkoqolun qəbulundan sonra xoruldama
və apnoe baş verir.
Yuxu apnoe-nin diaqnostikasının qızıl
standartı polisomnografiya (PSG) adlanan
yuxu testidir. Yuxu testi laboratoriya şəraitində
xüsusi avadanlığın istifadəsi ilə bir gecə
ərzində aparılır. PSG zamanı beyinin potensi-
alları, ürəyin fəaliyyəti, əzələ tonusu, tənəffüs
funksiyası və qanın oksigenlə təminatı
monitorizə edilir. Yuxu apnoe-nin ağırlıq
dərəcəsi xəstədə bir saat ərzində neçə dəfə
nəfəs dayanması baş verməsindən asılı olaraq
müəyyən olunur. Ağır apnoiklərdə yuxuda hər
1-2 dəqiqədən bir nəfəs dayanır. Ciddi yuxu
fraqmentasiyası və intermitə edən hipoksemi-
yası simpato-adrenal sistemin aktivləşməsinə,
hipotalamus-hipofis çatışmazlığına, insulinin
rezistentliyinə, oksidativ stressə, qanın qatı-
laşmasına, iltihab mediatorların aktivləməsinə
gətirərək, ürək işemik xəstəliyinin, arterial
hipertenziyanın, şəkərli diabetin, metabolik
sindromun, piylənmənin, aritmiyaların riskini
ciddi dərəcədə artırır. Avropa və ABŞ-də apa-
rılan tədqiqatlar göstərmişdir ki, Obstruktiv
Yuxu Apnoe olanlarda yuxarıda qeyd olunan
xəstəliklərin yaranma ehtimalı 10-12 dəfə (!)
yüksəkdir.
Müalicə
Mərkəzi Klinikada 2010-cu ildən etibarən
bu xəstəliklərin müalicəsi ilə məşğul olan
Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət
göstərir. Almaniya mütəxəssislərinin köməyi
ilə qısa zamanda laboratioriyamız Yuxu
Mərkəzinə çevrilərək müayinə və müalicələr
tibb elmləri doktorunun rəhbərliyi altında
ekspert səviyyəsində aparılır. Obstruktiv Yuxu
Apnoe-nın müalicəsi yuxu zamanı xüsusi ci-
haz və maska istifadəsindən ibarətdir. Bu
müalicə metodu CPAP (Continues Positive
Airway Pressure) adlanır. Cihaz insanın yuxa-
rı tənəffüs yollarında mənfi təzyiqin qarsını
alaraq, nəfəs yollarını açıq vəziyyətdə saxlayır.
Müalicə alan xəstələr qısa zamanda normal
həyata qayıdır, xroniki xəstəliklərinin gedişatı
yaxşılaşır, ciddi kardio-vaskular risklər azalır,
hətta bədən çəkisi belə azalmağa başlayır.
Son
illərdə
beynəlxalq
kardiolo-
ji konqresslərdə Obstruktiv Yuxu Ap-
noe probleminə seksiyalar ayrılır, ge-
niş müzakirələr aparılır. Düşünürəm ki,
bu xəstəlik kardio-vaskulyar riskini ciddi
dərəcədə yüksəltdiyinə görə, ölkəmizin kardi-
oloqlarının diqqət mərkəzində yer almalıdır!
Prof. Dr. Yusif Nağıyev
XORULDAMA
Obstruktiv yuxu apnoe
sindromunun əsas əlamətlərindəndir
Xoruldama səhhətiniz üçün təhlükəlidir!
Mərkəzi Klinikada 2010-cu ildən etibarən
bu xəstəliklərin müalicəsi ilə məşğul olan
Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət
göstərir. Almaniya mütəxəssislərinin köməyi
ilə qısa zamanda laboratioriyamız Yuxu
Mərkəzinə çevrilərək müayinə və müalicələr
tibb elmləri doktorunun rəhbərliyi altında
ekspert səviyyəsində aparılır.