3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   79

80 
 
Lakin  həmin  ciddi  iqtisadi  və  sosial  problemlərin  həlli, 
müvafiq  normal  hüquqi  qanunvericilik  aktları  əsasında 
həyata keçirilməlidir. Bu işdə isə başlıca rolu sahibkarların 
və  muzdlu  fəhlələrin  bir-birini  qarşılıqlı  anlaması  oyna-
malıdır.  Deməli,  kapitalizm  cəmiyyətini  sinfi  sülh  və  so-
sial  əməkdaşlıq  prinsipləri  əsasında,  ağıllı  surətdə  təşkil 
etmək mümkündür. 
O, eyni zamanda inanmışdı ki, sahibkarlarla fəhlələr 
arasında  yaranan  narazılıqların  aradan  qaldırılmasında, 
təşkil  olunmuş  həmkarlar  təşkilatları  və  xüsusilə  dövlət 
çox mühüm rol oynaya bilər. Çünki, dövlətin həm iqtisadi, 
həm də inzibati güc imkanları olduqca böyükdür. 
İnstitusional-sosioloji istiqamətin empirik və ya kon-
yuktor-statistik  yönümünün  görkəmli  nümayəndəsi  olan 
U.Mitçell,  iqtisadi  hadisə  və  prosesləri  izah  etməyin  əsas 
yolunu  -  statistika  materiallarının  toplanması,  habelə  sis-
temləşdirilməsində görmüşdü. 
O, toplanmış və ümumiləşdirilmiş statistika material-
ları  əsasında,  müxtəlif  modellərlə  iqtisadi  inkişafın  yüksə-
liş, habelə aşağı düşməsi proseslərini izah etməyə çalışmış-
dı.  U.Mitçell  bu  məsələlərə  dair  öz  fikirlərini    «İşgüzar 
fəallığın tsiklləri» (1913) adlı kitabında geniş şərh etmişdir. 
Enpirik-statistiklər,  T.Veblenin  belə  bir  ideyasını 
əsas tuturdular ki, insanların iqtisadi fəaliyyəti onların tarı-
xi ənənə və adətləri ilə tənzimlənir. Onlar cəmiyyətdə ge-
dən iqtisadi dəyişiklikləri təsviri-statistik  metodla öyrənə-
rək,  iqtisadi  hadisələr  arasında  obyektiv  səbəb-nəticə  əla-
qələri  olduğunu,  kapitalizmin  ümumi  qanunauyğunluqla-
rını inkar etmişlər. 
U.Mitçell  1920-ci  ildə  ABŞ-da  Milli  İqtisadi  Tədqi-
qatlar Bürosu təşkil edərək, onun direktoru kimi fəaliyyət 


81 
 
göstərmişdi. Bu Büro, ABŞ tarixində ilk dəfə ölkənin milli 
gəlirini, işgüzar fəaliyyətin mərhələlərini öyrənmiş, habelə 
həmin  məsəllərə  dair  statistika  materialları  toplamağın 
metodlarını  işləyib  hazırlamışdır.  İqtisadi  nəzəriyə  sahə-
sində U.Mitçell, ölkənin təsərrüfat həyatı və ümumiyyətlə 
iqtisadi  proseslər  üzərində  ictimai  nəzarət  qoyulmasına 
tərəfdar olmuş, indikativ (tövsiyə xarakterli) planlaşdırma 
təklifini  irəli  sürmüş,  işsizliyin  dövlət  sığorta  fondu  siste-
minin yaradılması zəruriliyinə diqqəti cəlb etmişdi. 
XX əsrin ortalarından  başlayaraq institusional- sosio-
loji  istiqamətin  zəifləməsi  prosesi  nəzərə  çarpsa  da,  lakin 
bir  qədər  başqa  formada,  Ç.Helbreytin  tədqiqatlarında 
(«Yeni sənaye cəmiyyəti», «İqtisadi nəzəriyyələr və cəmiy-
yətin məqsədləri») öz dolğun əksini tapmışdır. Onun iqtisa-
di-sosioloji  fikirləri  bazar  münasibətləri  şəraitində  texniki 
işçilərin,  mütəxəssislərin  roluna,  idarəetmə  məsələlərinə, 
maliyyə  problemlərinə,  ümumiyyətlə  isə  iri  korporasiya-
ların normal fəaliyyətinin təşkilinə həsr olunmuşdur. 
Müəllifin  fikrincə,  cəmiyyətin  inkişafının  müasir 
mərhələsində  istehsalın  təşkilinin  ən  əlverişli  və  optimal 
forması iri  korporasiyalar,  inhisar birlikləridir.  Bu korpo-
rasiyaların  fəaliyyəti  isə  tədricən  kapitalizmin  «sənaye 
cəmiyyətinə»  və  «yeni  sənaye  cəmiyyətinə»  çevrilməsini 
(transformasiyasını)  təmin  edəcəkdir.  Müasir  istehsal  sa-
hələrinin rəhbərliyinə texnokratların (texniki, səriştəli mü-
təxəssislərin) gəlməsi, şübhəsiz istehsalın gələcək yüksəliş 
perspektivlərinə müsbət təsir göstərməlidir. 
C.Helbreyt  korporasiyalarda  planlaşdırma  ünsürləri-
nin zəruri olduğunu göstərmiş,  «sənaye cəmiyyəti» reallı-
ğında  bazar  hərc-mərcliyi,  rəqabət  mübarizəsi  və  qiymət 
məsələlərinin  əvvəlki  dövrlərdən  fərqli  surətdə  qoyulub 


82 
 
həll  edildiyini  irəli  sürüb  əsaslandırmışdır.  Eyni  zamanda 
inhisar birlikləri ilə dövlət arasında müəyyən əlaqələrin ol-
duğunu  təsdiqləyən  müəllif,  iqtisadiyyatın  dövlət  tərəfin-
dən  tənzimlənməsi  ideyasını  bəyənərək,  bu  istiqamətin 
zəruriliyini müdafiə etmişdir. 
Onun  fikrincə,  hazırda  cəmiyyətin  gəlirlərinin  bölgü-
sündə «inqilabi dəyişiklər» baş verdiyindən, tədricən «bol-
luq  cəmiyyəti»  və  «ümumi  rifah»  dövləti  formalaşmaqda-
dır. Bu mənada, o sərbəst rəqabət dövrlərinə yenidən qayıt-
maq haqqında keçmiş nəzəriyyələri əsassız hesab etmişdir. 
C.Helbreyt  özünün  irəli  sürdüyü  konvergensiya  nə-
zəriyyəsində, iqtisadiyyat və təsərrüfat həyatında müxtəlif 
iqtisadi  sistemlərin,  yaxud  mülkiyyət  tiplərinin  «qarışıq 
iqtisadiyyat» formasında fəaliyyət göstərə biləcəyini əsas-
landırmışdır. 
ç)  İqtisadi  nəzəriyyənin  müasir  başqa  cərəyan, 
konsepsiya,  ideyaları  sırasında  neoliberalizm,  moneta-
rizm, iqtisadi təklif, səmərəli gözləmə, habelə digərlərini 
göstərmək  olar.  Bunlar  iqtisad  elmi  və  nəzəriyyəsinin 
müxtəlif məsələlərinin qoyuluşu, qarşıya çıxan yeni prob-
lemlərin  həlli  yollarının  axtarışında,  şübhəsiz  bir-birindən 
fərqlənsələr  də,  lakin  çıxış  nöqtəsi  yaxud  mahiyyət  etiba-
rilə əvvəlki iqtisadi məktəblərin, onlardan formalaşmış is-
tiqamətlərin,  ayrılmış  qolların  konkret  ifadəsi  kimi  səciy-
yələndirilə bilərlər. 
Neoliberalizm    cərəyanının  ümumi  metodologiyası 
əsasında  formalaşan  Almaniyada  Frayburq  (V.Oyken, 
L.Erhad),  İngiltərədə  London  (F.Hayek),  ABŞ-da  Çi-
kaqo  (M.Fridmen,  L.Mizes),  Fransada  isə  J.Ryufe  və 
M.Allen adları ilə tanınmış müxtəlif məktəbləri göstərmək 
olar.  Bütövlükdə  onların  iqtisadi  baxışlarının  əsasında 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə