3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   79

182 
 
markalar  (hər  il  keçirilən  bazar)  və  auksionlarla  (hərrac-
larla)  başlanmışdır.  Dünyada  ilk  birja  –  1531-ci  ildə  Ni-
derlandın  (Hollandiya)  Antiverpen  şəhərində  təşkil  olun-
muşdur.  Sonralar,  1566-cı  ildə  bu  cür  birja  Londonda, 
1703-cü  ildə  Sankt-Peterburqda,  1792-ci  ildə  Nyu-York-
da,  1887-ci  ildə  Bakıda  açılmışdır.  Hazırda  Azərbaycan 
Respublikasında rəsmi qeydiyyatdan keçmiş bir sıra birja-
lar fəaliyyət göstərməkdədir. 
Ümumiləşdirilmiş  şəkildə  qeyd  etmək  lazımdır  ki, 
bazar infrastrukturunun tərkibinə aşağıdakılar daxil edilir: 
- Əmtəə (xidmət), kapital (fond, valyuta),  əmək bir-
jaları; 
- Auksion (hərrac) və yarmarkalar («illik bazar»); 
- Kommersiya bankları və kredit sistemi; 
- Əhalinin məşğulluğu ilə əlaqədar müvafiq mərkəz-
lər və onların yerli idarələri
- Rabitə və məlumat təşkilatları; 
- Vergi orqanları; 
- Sığorta təşkilatları, agentlikləri
- Lizinq xidməti; 
- Reklam agentlikləri; 
- Ticarət palatası; 
- Gömrük sistemi idarələri; 
- Keyfiyyətə nəzarət edən orqanları; 
-  İstehlakçıların  mənafeyini  qoruyan  təşkilatlar,  qu-
rumlar; 
- Auditor palatası və xidməti
- Məsləhət və hüquq xidməti qurumları; 
-  Sahibkarlığa  kömək  göstərən  dövlət  və  ictimai 
fondlar; 
- Antiinhisar qurumları və təşkilatları; 


183 
 
-  Kadr  hazırlığı  ilə  məşğul  olan  ali  və  orta  iqtisadi 
təhsil məktəbləri; 
- Sərbəst (azad) iqtisadi zonalar. 
Kompleks  halda  bazar  münasibətlərinin  formalaş-
masına  xidmət  göstərən  bu  infrastrukturun  vəzifələrinə 
daxildir: a) bazar iqtisadiyyatı subyektləri və iştirakçıların 
maraqlarına  xidmət  göstərmək;  b)  bazar  iştirakçılarının 
apardıqları müxtəlif əməliyyatların hüquqi və iqtisadi rəs-
miləşdirilməsini  asanlaşdırmaq;  c)  ölkədə  real  bazar  mü-
nasibətlərinin  formalaşdırılmasına  hərtərəfli  yardım  gös-
tərmək. 
Xüsusi  və  qarışıq  mülkiyyət,  azad  və  sərbəst  sahib-
karlıq  fəaliyyəti,  yerli  kapital  və  xarici  investisiyalardan 
bacarıqla  faydalanmaq  əsasında  formalaşan  bazar  iqtisa-
diyyatı, hələlik bəşəriyyətin kəşf etdiyi ən optimal iqtisadi 
sistemdir. 
Bazar sistemi, bütövlükdə daxili və xarici bazarların 
vəhdətini nəzərdə tutur. Real həyatda rastlaşdığımız müx-
təlif bazar tiplərini aşağıdakı kimi qruplaşdırmaq olar: 
-
 
coğrafi  baxımdan  (yerli,  bölgə,  ümumi,  dünya 
bazarı);  iqtisadi  təyinatı  baxımdan  (istehsal  vasitələri, 
istehlak şeyləri, qiymətli kağızlar, iş qüvvəsi, valyuta, əm-
lak,  intellektual  əmək  bazarı);  mal  və  xidmətlərlə  təmi-
natına görə (tarazlı, bol, qıt bazar); rəqabətə görə (azad, 
inhisarçı,  qarışıq  bazar);  kamillik  dərəcəsinə  görə  (inki-
şaf  etməmiş,  inkişaf  etmiş,  formalaşmaqda  olan  bazar); 
qanunvericilik  tələbləri  baxımından  (leqal,  qeyri-  leqal 
bazar); satış üsullarına görə (topdansatış, pərakəndə satış 
bazarı);  istehsal  sahələri  baxımından  (avtomobil,  kom-
püter, neft, taxıl, paltar, ayaqqabı, kosmetika bazarı). 
 


184 
 
MÖVZU 12. 
 
BAZAR RƏQABƏTİ VƏ İQTİSADİYYATDA 
İNHİSARÇILIQ 
 
a)
 
Rəqabətin mahiyyəti və məzmunu. 
b)
 
Rəqabətin tipləri və modelləri. 
c)
 
İqtisadiyyatda inhisarçılıq və onun tarixi formaları. 
ç) İnhisarçılığın sosial-iqtisadi nəticələri. 
d)
 
Antiinhisar qanunları və dövlətin bu istiqamətdə tədbir-
ləri. 
 
a)
 
Latın dilindən götürülmüş "konkurent" sözü, "toq-
quşma",  "yarış",  "qarşıdurma"  mənasını  verərək,  rəqabət 
anlamında  bazar  iştirakçıları  arasında  daha  yaxşı  istehsal 
şəraiti,  əmtəə-xidmətlərin  satışı,  yüksək  mənfəət  əldə  et-
mək uğrunda müxtəlif (qanuni və qanunsuz) üsullarla apa-
rılan iqtisadi mübarizə formalarıdır. 
Rəqabətin  meydana  çıxması,  tarixən  xüsusi  mülkiy-
yətin  formalaşması  və  cəmiyyətdə  əmək  bölgüsünün  ge-
nişlənib-dərinləşməsi nəticəsində,  əmtəə-pul  münasibətlə-
rinin  inkişafı  ilə  bağlıdır.  Rəqabət  bazarın  təbiətinə  və 
ruhuna  xas  keyfiyyət  kimi  alqı-satqı  sövdələşmələrinin 
reallaşdırılmasında həlledici rol oynayır. Rəqabət mübari-
zəsi  prinsipləri  bazarda  qiymətləri,  tələb-təklifi,  istehsalın 
həcmini  tənzimləyir,  məhsul  və  xidmətlərin  bolluğunu 
yaradır,  alıcıların  zövqünə,  habelə  alıcılıq  qabiliyyətinə 
uyğun  dəyişiklikləri  çevikliklə  nəzərə  alır.  Bazarda  rəqa-
bət mühitinin olması həm istehsalçılar arasında, həm isteh-
salçılarla  istehlakçılar  arasında,  həm  də  istehlakçıların 


185 
 
(alıcıların)  özləri  arasında  gedən  aşkar-gizli  mübarizəni 
əks etdirir. 
Rəqabət  mübarizəsi  bazar  iştirakçılarını  həmişə  tə-
ləb-təklif  dəyişikliklərini  nəzərə  almağa  məcbur  edir,  is-
tehsal-xidmət  dairəsinin  fəaliyyətini,  işini  təkmilləşdir-
məyə  həvəsləndirir,  istehsalın  gələcək  inkişafı  üçün  işgü-
zar  maraq  yaradır.  Tanınmış  iqtisadçı  alim  və  mütəxəs-
sislər  rəqabəti  "yeniliklə  köhnəliyin  mübarizə  meydanı" 
(J.Şumpeter),  "yeni  imkanlar  açan  bir  vasitə"  (F.Xayek), 
"istehsalın strukturunun kəmiyyət və  keyfiyyət təkmilləş-
diricisi"  (C.Robinson,  E.Çemberlin)  kimi  qiymətləndir-
mişlər. 
Rəqabət  mübarizəsi  mühitində  bazar  iştirakçılarının 
müəyyən  uğurlar  qazanmaq  imkanları  olduğu  kimi  eyni 
zamanda  qazandıqlarını  itirmək,  hətta  tamam  müflis  ol-
maq təhlükəsi, riski də vardır. Ona görə də sahibkarlar və 
şirkətlər  həmişə  müxtəlif  istehsal-xidmət  məsələlərində 
bir-birini qabaqlamağa, texniki-iqtisadi göstəricilərini yax-
şılaşdırmağa,  reklam  təbliğatından  daha  dolğun  surətdə 
faydalanmağa çalışırlar. 
Belə  bir  mürəkkəb  və  ziddiyyətli,  çox  vaxt  son  iqti-
sadi-sosial  nəticələrini  əvvəlcədən  müəyyənləşdirmək  çə-
tin  olan  bazar  münasibətləri  şəraitində  aparılan  qeyri- 
bərabər rəqabət mübarizəsi bəzən zəifləyib, bəzən güclən-
sə  də,  lakin  heç  vaxt  dayanmamış,  həmişə  olmuş,  indi  də 
var, şübhəsiz gələcəkdə də olacaqdır. 
Görkəmli  iqtisadçı,  rəqabət  problemi  üzrə  məşhur 
mütəxəssis  Maykl  Porterin  (ABŞ)  işləyib,  hazırladığı 
aşağıda verilmiş sxemindən rəqabət mübarizəsinin 5 gücü-
nü (istiqamətini) görmək olar: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə