3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

178 
 
-
 
ailə üzvlərinin, dost-tanışların,  yaxın adamların rəy 
və məsləhətləri; 
-
 
kreditə mal satışının təşkili və onun istehlakçı üçün 
əlverişli şərtləri
-
 
istehlakçını  həvəsləndirən  rəğbətləndirici  tədbirlər 
sistemindən geniş faydalanması. 
Yuxarıda  göstərilən  amillərin  kompleks  şəkildə,  ya-
xud  qismən  istehlakçının  gəliri  və  bazardakı  qiymətlərlə 
qarşılıqlı əlaqədə təsiri, alıcıların davranışı, habelə rəftarı-
nın formalaşmasının əsasında durur. Zaman, yaş, yeni dəb 
və  modalar  bu  prosesdə  müəyyən  təbii,  qanunauyğun  də-
yişikliklər  yaratsa  da,  istehlakçı  gəliri  və  qiymətlərin  sə-
viyyəsi, habelə insanların zövqü, mədəni yüksəlişi mühüm 
amillər kimi öz təsirini həmişə göstərir. 
d)
 
«İnfrastruktura» sözü, XX əsrin əvvəllərindən iq-
tisad elmi və nəzəriyyənin dövriyyəsinə daxil olaraq, təd-
ricən geniş yer tutmuşdur. İlkin mənada bu ifadə, indikin-
dən  fərqli  şəkildə  –  silahlı  qüvvələrin  həyat  fəaliyyətini 
təmin edən obyekt və tikililəri əhatə edən söz kimi işlədil-
mişdir. 
Müasir iqtisadi ədəbiyyatda bu anlayışın mənası xey-
li geniş olub, istehsal infrastrukturu (yollar, körpülər, elek-
trik  xətləri,  nəqliyyat  kəmərləri);  sosial  infrastrukturu 
(xəstəxanalar,  sağlamlıq  ocaqları,  məktəblər,  stadionlar) 
kimi  istiqamətlərə  ayrılır.  İnfrastruktura  bütövlükdə  həm 
iqtisadiyyatın,  həm  də  onun  ayrı-ayrı  sahələrinin  normal 
fəaliyyəti üçün əlverişli şərait yaradan və bu məqsədə xid-
mət edən sahələrin toplusu başa düşülür. 
İqtisadiyyatın  infrastrukturu  təkrar  istehsal  prosesi-
nin-istehsal,  bölgü,  mübadilə,  istehlak  kimi  bütün  mərhə-
lələrində əhəmiyyətli rol oynayır. 


179 
 
İnfrastrukturun  mühüm  xüsusiyyət  və  cəhətlərindən 
biri,  onun  fərdi  deyil,  ictimai  yaxud  kollektiv  tələbləri 
ödəməsidir. 
Konkret  olaraq,  bazar  infrastrukturu  dedikdə,  iqtisa-
diyyatın  müstəqil  qurulusu  kimi  fəaliyyət  göstərən  bir 
anlayış  başa  düşülməlidir.  Deməli,  bazar  infrastrukturu, 
iqtisadiyyatın ümumi quruluşunun bazar sisteminə xidmət 
edən və onun normal fəaliyyəti üçün zəruri şərait yaradan 
bir tərkib hissəsidir. 
Bazar  infrastrukturunun  ən  vacib  tərkib  hissələri 
kimi  əmtəə,  fond,  valyuta  və  əmək  birjalarını,  lizinq 
kompaniyalarını,  bankları,  aksionları,  yarmarkaları 
göstərmək olar. 
Əmtəə birjaları – müxtəlif əmtəələrin yaxud əmtəə 
qruplarının reallaşdırılması işində vasitəçilik rolunu oyna-
yır. Əmtəə birjalarında ticarət əməliyyatları, onun ümumi 
yığıncağında qəbul olunmuş, razılaşdırılmış ticarət qayda-
larına uyğun aparılır. 
Adətən  birjalarda  alqı-satqı  əməliyyatları  buranın 
üzvü  olub,  vasitəçi  rolunu  yerinə  yetirən  xüsusi  brokerlər 
və dilerlər tərəfindən həyata keçirilir. 
Broker  –  birjada  vasitəçilik  rolunu  yerinə  yetirən 
şəxsdir.  O,  birjalarda  ona  almaq  və  satmaq  tapşırığını 
vermiş  başqa  bir  şəxsin  adından  hərəkət  edir.  Məhz  ona 
tapşırıq  vermiş  adamın  iradəsini  həyata  keçirən  brokerin 
fəaliyyətini,  həmin  şəxs  maliyyələşdirir.  Eyni  zamanda 
broker  öz  vasitəçilik  fəaliyyətinə  görə  müəyyən  gəlir 
(brokerc) əldə edir. 
Diler  isə  birjalarda  şəxsən  öz  adından,  yaxud  hər 
hansı  bir  şirkətin  təmsilçisi  kimi  fəaliyyət  göstərir.  Diler 
yalnız birjada alıb-satmaqla deyil, həm də aldıqlarını sax-


180 
 
layıb, müəyyən vaxtdan sonra daha baha qiymətə satmaqla 
da məşğul olur. 
Qeyd  edək  ki,  birjalarda  fəaliyyət  göstərmək  üçün 
orada yer almaq lazımdır. Bu yerlərin sayı isə məhduddur. 
Məsələn,  dünyanın  ən  nüfuzlu  birjalarından  sayılan  Nyu-
York  birjasında  1.  366  yer  vardır.  Ona  görə  də  tələb  və 
təkliflə bağlı, bu birjadakı yerlərin qiyməti dəyişir. 
Əmtəə birjasında  müxtəlif əməliyyatlar, o cümlədən 
ticarət  sövdələşmələri  bağlayanlar  arasında  vasitəçilik 
etmək, satışa çıxarılan məhsulların keyfiyyətini yoxlamaq, 
ticarət mübahisələrini həll etmək, istehsalın həcmi, məhsu-
lun  qiyməti,  onun  xüsusiyyətləri  haqqında  reklam  məlu-
matları yaymaq həyata keçirilir. 
Fond birjaları qiymətli kağızların, müxtəlif səhmdar 
cəmiyyətləri  səhmlərinin,  özəlləşdirmə  payları  çeklərinin 
və  sairənin  alqı-satqısının  sərbəst  surətdə  həyata  keçiril-
diyi bazardır. 
Müasir  dünyada  200-dən  artıq  fond  birjası  fəaliyyət 
göstərərək,  hər  gün  yüz  milyardlarla  dollar  məbləğində 
alqı-satqı əməliyyatlarını həyata keçirirlər. Bu fond birja-
ları arasında Nyu-York, London, Paris, Poma, Tokio, Sin-
qapur, Frankfurt, Moskva, Sankt-Peterburq, Şanxay şəhər-
ləri bütün dünyada məşhurdur. 
Dünyanın  müxtəlif  ölkələrində  fəaliyyət  göstərən 
fond birjaları, qiymətli kağızların normal tədavülü, onların 
məzənnəsinin  (kursunun)  müəyyən  edilməsi,  birja  iştirak-
çılarının  fəaliyyəti  üçün  əlverişli  şərait  yaradılması  kimi 
vəzifələri həyata keçirirlər.  
Fond birjaları, iqtisadiyyatın müəyyən  yeni və pers-
pektivli  sahələrinin  inkişafı  üçün  zəruri  olan  maliyyə  və-
saitlərinin səhmlər vasitəsilə həmin məqsədlər üçün səfər-


181 
 
bər olunması işində də olduqca mühüm rol oynayırlar. 
Qeyd  etmək  lazımdır  ki,  fond  birjalarında  qiymətli 
kağızların alqı-satqısı, orada hökm sürən tələb və təklifin 
təsiri  altında  dəyişən  müəyyən  birja  məzənnəsi  (kursu) 
əsasında baş verir. Bu məzənnənin səviyyəsinə isə məntiqi 
və  təbii  surətdə,  qiymətli  kağızlardan  götürülən  gəlirin, 
yaxud  dividentin,  habelə  bankların  kreditlər  üzrə  borc 
faizinin həcmi öz təsirini göstərir. 
Təsadüfü  deyildir  ki,  müasir  bazar  iqtisadiyyatı 
şəraitində fond birjaları iqtisadi sistemin əsas hərəkətverici 
qüvvələrindən biri və onun barometri sayılır. 
Əmək  birjaları,  dünya  ölkələrinin  təsərrüfat  həya-
tında XIX əsrin əvvəllərindən meydana çıxaraq fəaliyyətə 
başlamışdır.  Bu  birjaların  fəaliyyətinin  əsas  məqsədi,  iş 
axtaran  adamların  öz  ixtisas,  peşə  və  arzusuna  uyğun 
müvafiq iş yeri ilə təmin etməkdən ibarətdir. 
Əmək birjaları eyni zamanda  obyektiv və  subyektiv 
səbəblər  üzündən  öz  iş  yerlərini  dəyişmək  istəyənlərə, 
peşə  və  ixtisaslarını  təkmilləşdirmək  arzusunda  olanlara, 
həyatın  və  istehsalın  tələbini  ödəmək  üçün  yeni  sənətlərə 
yiyələnməyə  həvəs  göstərənlərə  şərait  yaradır,  habelə  on-
lara müəyyən müddətə sosial yardım göstərir. 
ABŞ-da  işsizlərə  26-47  həftə  ərzində,  Yaponiyada 
12-52  həftə  ərzində  onun  əmək  haqqının  50-80  faizi  həc-
mində  müavinət  ödənilir.  Dünyanın  başqa  ölkələrində  də 
dövlət, qeyri-dövlət və bir sıra humanitar təşkilatlar işsiz-
lərə  iş  yeri  tapmaqda,  habelə  maddi  yardım  almaqda  kö-
mək  göstərirlər.  Azərbaycanda  da  əhalinin  Məşğulluq 
Mərkəzi  və  onun  yerlərdəki  idarələri  bu  istiqamətdə  fəa-
liyyət göstərirlər. 
Qeyd etmək lazımdır ki, müasir birjaların tarixi  yar-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə