3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   79

162 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bazarın subyektləri: 
1.
 
Sahibkarlar, işgüzar biznes adamları; 
2.
 
Bazarda işləyənlər (satıcılar, fəhlələr, xidmətçilər); 
3.
 
İstehlakçılar və son alıcılar; 
4.
 
Borc  kapitalı  sahibləri  (sələmçilər,  faizə  pul  ve-
rənlər); 
5.
 
Qiymətli kağız sahibləri
6.
 
Xırda ticarətlə məşğul olanlar, dəllallıq edənlər; 
7.
 
Digərləri (tüfeylilər, cinayətkar ünsürlər və s.). 
Qeyd  edək  ki,  ümumiləşdirilmiş  şəkildə  bazar  sub-
yektlərini 4 qrupa ayırmaq mümkündür: 
İş qüvvəsi bazarı 
Maliyyə-kapital bazarı 
 
İstehsal vasitələri 
bazarı 
İnformasiya və 
intellektual məhsullar 
bazarı 
Əmtəə-xidmətlər 
bazarı  
Bazarın 
quruluşu 
Valyuta və qiymətli 
kağızlar bazarı 
Texnologiya bazarı 
Mənəvi nemətlər 
bazarı 


163 
 
I.  Ev  təsərrüfatı  subyektləri  qrupu.  Buraya  təkba-
şına, yaxud ailəvi istehsal-xidmət dairəsində fəaliyyət gös-
tərənlər daxil edilirlər. 
II.  Müəssisə  və  şirkətlərdən  ibarət  subyektlər  qru-
pu. Buraya gəlir əldə etmək məqsədiylə başqalarını da işə 
cəlb etməklə istehsal və biznes fəaliyyəti ilə məşğul olan-
lar daxil edilir. 
III. Banklar və bank işinin normal fəaliyyətini tən-
zim  edən  maliyyə-kredit  orqanları  ayrıca  bir  subyektlər 
qrupunu təşkil edir. 
IV. Dövlət idarəetmə orqanları və təşkilatları bazar 
subyektlərinin  xüsusi  bir  qrupunu  təşkil  edərək,  cəmiyyə-
tin  ümumi  təsərrüfat  həyatında  ictimai  istehsalın  gedişini 
tənzimləyir,  habelə  onların  fəaliyyəti  üzərində  nəzarəti 
həyata keçirir. 
Müxtəlif  subyekt  qrupları  arasında  bazar  iqtisadiy-
yatı şəraitində  müəyyən əlaqə vardır və onların fəaliyyəti 
biri-birini tamamlayır. 
c)
 
Bazarın  ən  qədim  zamanlardan  başlayaraq  indi-
yədək keçdiyi uzun və mürəkkəb inkişaf yolu, onun aşağı-
dakı formaları (tipləri) olduğunu göstərir: 
İnkişaf  etməmiş  bazar,  elə  bir  formadır  ki  burada 
bazar münasibətləri hələ təsadüfü xarakter daşıyır. Bu tipli 
bazar formasında məhsulların bir-biri ilə dəyişdirilməsinə, 
barter  əlaqələrinə,  natural  mübadiləyə  daha  çox  üstünlük 
verilir.  Əmək  bölgüsünün  geniş  yayılmadığı,  əmtəə-pul 
münasibətlərinin  zəif  inkişaf  etdiyi,  xarici  ticarət  əlaqə-
lərinin məhdud çərçivələri daxilində inkişaf etməmiş bazar 
forması,  öz  tarixi  rolunu  uzun  illər  boyu  uğurla  yerinə 
yetirmişdir. Müasir şəraitdə  də  zəif inkişaf etmiş ölkələr-
də,  bir  sıra  adaların  ərazisində,  ucqar  yerlərdə  inkişaf  et-
məmiş  bazar  formasından  iqtisadi  əlaqələri  həyata  keçir-


164 
 
mək üçün istifadə olunur. 
Azad bazar (klassik, sərbəst, rəqabət bazarı). Bu ba-
zar  formasının  səciyyəvi  xüsusiyyəti  ondan  ibarətdir  ki, 
həmin  bazarda  istər  satıcıların,  istərsə  də  alıcıların  sayı 
çox olub, qeyri məhduddur. Belə bazarda tələb-təklifin hə-
rəkətverici  qüvvəsi  sayılan  rəqabət  hökm  sürür,  bu  isə  öz 
növbəsində  bazara  çıxarılan  məhsulların  miqdarına,  key-
fiyyətinə,  qiymətinə,  ticarət  xidməti  səviyyəsinə  müsbət 
təsir göstərir. 
Şübhəsiz,  azad  bazar  forması  müxtəlif  nöqsanlara 
malik olsa da, lakin orada inhisar, iqtisadi, inzibati əngəl-
lər, maneələr, baryerlər yoxdur.   
Tənzimlənən  bazar.  Bu  bazar  forması  sivil  və  mə-
dəni  ölkələrdə,  qanun  və  prinsiplərin  ali  sayıldığı  cəmiy-
yətlərdə  fəaliyyət  göstərir.  Dövlət  və  onun  idarəetmə  or-
qanları elə müəyyən tədbirlər sistemi işləyib iqtisadi həya-
ta  tətbiq  edirlər  ki,  ölkənin  çoxsahəli  təsərrüfat  həyatı 
uğurla tənzimlənir. Bu kompleks tədbirlər sistemi ölkənin 
gömrük-vergi,  pul-kredit,  xarici  ticarət  sahələrinə  aid  ola 
bilər. Lakin aydındır ki, dövlətin iqtisadiyyatı tənzimləmə 
siyasəti  müəyyən  optimal  hüdudlar  çərçivəsində  həyata 
keçirilərək,  istehsalçıların  sərbəstliyini,  təşəbbüskarlığını 
boğmamalıdır. Dövlət tənzimlənməsi iqtisadiyyatın bütöv-
lükdə inkişafı prosesinə yardımçı olmalıdır. 
Mərkəzləşdirilmiş  (planlı,  inzibati-amirlik,  əmrlə 
idarə olunan) bazar formasında, dövlət bazarın fəaliyyəti-
nə hədsiz qaydada qarışır. Belə bir iqtisadi siyasət xəttinin 
hansı  iqtisadi-sosial  nəticələrə  gətirib  çıxardığı,  keçmiş 
Sovet  İttifaqı  və  sosialist  birliyi  ölkələrinin  timsalında 
özünü  aydın  göstərmişdir.  Məhz  mərkəzləşdirilmiş  planlı 
iqtisadi  sistem  bütün  imkanlara  malik  olan  nəhəng  bir 
ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salaraq, onun  ifla-


165 
 
sına səbəb oldu. 
Qarışıq bazar, xüsusi sahibkarlığın, dövlət  bölmə-
sinin,  xarici  kapital  və  işgüzar  biznes  nümayəndələrinin 
optimal  nisbətlər  çərçivəsində  (60:  30:  10,  yaxud  50:  25: 
25, yaxud 40: 30: 30,: faiz) fəaliyyət  göstərdiyi bir forma-
dır. 
Dünya təsərrüfat həyatı təcrübəsi göstərir ki, tədricən 
qarışıq bazar  forması  özünü  daha  çox  doğruldaraq  iqtisa-
diyyatda aparıcı bazar formasına çevrilir. 
Təsadüfi  deyildir  ki,  amerikalı  iqtisadçılar  K.Mak-
konnell və S.Bryu «Ecоnомics» kitabında yazırlar: «Döv-
lət  və  xüsusi  bölmələr  böyük  əhəmiyyət  kəsb  edirlər, 
çünki  onlar  birlikdə  güclü  iqtisadiyyat  yaradır.  Bu  isə  in-
sanlara rahatlıq gətirir, onların ləyaqətini qoruyur və şəxsi 
azadlıqlarını təmin edir». 
İsveçrə iqtisadçısı V.Repke  «Sərbəstlik,  yoxsa əmr» 
adlı əsərində göstərir ki, tam sərbəst bazar əslində bir növ 
xaos, qarışıqlıq,  nizamsızlıq yaradır. Geniş bazar münasi-
bətlərinə  “dövlətin  çox  qarışması  da  istənilən  nəticələri 
vermir…  Xüsusi  və  dövlət  bölmələrinin  ağıllı,  optimal 
nisbətinə  əsaslanan  qarışıq  iqtisadiyyat,  bu  təməldə  də 
formalaşan  qarışıq  bazar,  müasir  dövrdə  özünü  daha  çox 
doğruldur”. 
Tanınmış iş adamı C.Soros qeyd edir ki, bazar iqtisa-
diyyatına  hədsiz  aludəçilik,  son  nəticə  etibarı  ilə  «bazar 
təməlçiliyinə» (market findament) aparıb çıxara bilər. Be-
lə  bir  mövqe  isə  doğru  sayıla  bilməz.  Çünki  bazar  iqtisa-
diyyatının,  dövlətin  düşünülmüş  tənzimləyici  rolu  olma-
dan, arzu edilən müsbət iqtisadi-sosial nəticələr qazanması 
qeyri-mümkündür. 
İqtisadi  nəzəriyyədə  müasir  bazarın  hüquq  nöqteyi-
nəzərindən  (qanuni,  icazəsiz,  kölgə,  qara);  ərazi  baxımın-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə