3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

147 
 
malar, ABŞ iqtisadçısı İrvinq Fişerin (1867-1947) “Pulun 
alıcılıq  qabiliyyəti”  kitabında  belə  bir  formulda  veril-
mişdir: 
MV=PQ 
 
Burada M - pul kütləsi; V - pulun dövriyyə sürəti; P -
əmtəə  və  xidmətlərin  qiyməti;  Q  -  əmtəə  və  xidmətlərin 
kəmiyyət  göstəricisi  olduğundan,  deməli  onların  hər  biri 
ayrı-ayrılıqda belə tapıla bilər: 
 
 
   
  
 
          
   
  
 
         
   
  
 
         
   
  
 
 
 
Elmi-nəzəri  cəhətdən  neoklassik  istiqamətin  mövqe-
yini  əks  etdirən  pulun  bu  miqdar  nəzəriyyəsi,  “mübadilə 
bərabərliyi,  yaxud  tənliyi”  müəyyən  qeyd-şərtlərlə  bütün 
dünyada  qəbul olunur. Həmin formullarda  əmtəə-xidmət-
lərin həcminin və qiymətlərin artması ilə dövriyyədəki pul 
kütləsinin sürəti arasında  nisbətlərin pozulmasının inflya-
siya  üçün  şərait  yaratması  ideyası,  şübhəsiz  aktual  əhə-
miyyətə malikdir. 
 
 
 
 
 
 
 
 
 
 


148 
 
MÖVZU 9. 
 
İCTİMAİ İSTEHSAL VƏ ONUN ƏSAS AMİLLƏRİ  
 
a)
 
İstehsal amillərinin təsnifatı. 
b)
 
İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları. 
c)
 
İstehsal amilləri ilə məhsulun həcmi arasındakı asılılıq. 
 
a)
 
İqtisadiyyat və ölkənin təsərrüfat həyatının inkişaf 
səviyyəsi,  bilavasitə  onun  maddi  bazası  sayılan  istehsalın 
nəticəsidir.  Hər  hansı  bir  istehsalın  çıxış  nöqtəsi  və  mən-
bəyi, cəmiyyətin resurslarıdır. 
İstehsal resursları - əmtəələrin, xidmətlərin və baş-
qa  dəyərlərin  yaradılması  prosesində  istifadə  oluna  bilən 
təbii, sosial və mənəvi qüvvələrin toplusudur. 
İqtisadi nəzəriyyə elmi istehsal resurslarını aşağıdakı 
4 qrupa bölərək öyrənir: 
I.  Təbii  resurslar  -  istehsala  tətbiq  etmək  üçün  ya-
rarlı  olan  potensial  təbii  qüvvələr  və  müxtəlif  əşyalardır. 
Bu  resurslar  «tükənən»  («bərpa  olunmayan»)  və  «tükən-
məyən» («bərpa olunan») kimi 2 yerə ayrılır. 
II. Maddi resurslar - insanın yaratdığı, yaxud isteh-
salın nəticəsi olan istehsal vasitələridir. 
III.  Əmək  resursları  -  əhalinin  əmək  qabiliyyətli 
fəal hissəsidir. 
IV.  Maliyyə resursları - istehsalın təşkili və inkişa-
fı üçün cəmiyyətin ayırdığı müəyyən məbləğ puldur. 
Bu  təbii,  maddi,  əmək,  maliyyə  resursları  hər  hansı 
bir  istehsalın  yaradılması  və  sonrakı  inkişafı  üçün  zəruri 
şərtdir.  
İqtisadi  nəzəriyyədə  «istehsal  resursları»  anlayışı  ilə 


149 
 
yanaşı,  «istehsal  amilləri»  anlayışı  vardır.  Bunların  fərqi 
«istehsal  resurslarının»  istehsala  cəlb  oluna  bilməsində, 
«istehsal  amillərinin»  isə  artıq  real  surətdə  istehsala  cəlb 
olunmasındadır.  «İstehsal  resursları»  daha  geniş  anlayış 
olduğundan, «istehsal amilləri» resurslara daxil edilir. Eyni 
zamanda  «istehsal  resurslarından»  fərqli  olaraq,  «istehsal 
amilləri»  yalnız  qarşılıqlı  fəaliyyət  çərçivəsində  olur.  De-
məli, istehsal   həmişə   amillərin  qarşılıqlı   fəaliyyət  birli-
yinin nəticəsidir. 
İstehsalın başlıca və əsas amilləri kimi torpaq, kapi-
tal, əmək göstərilir. 
Müasir  iqtisadi  ədəbiyyatda  sahibkarlıq  fəaliyyəti, 
idarəetmə  qabiliyyəti,  məlumat  (informasiya)  axını,  elmi-
texniki  tərəqqi,  hətta  reklam  da  bəzən  istehsal  faktoru 
(amili) kimi qiymətləndirilir. Lakin, müasir istehsal prose-
sində  kəskin  bazar  rəqabəti  şəraiti  və  elmi-texniki  tərəqqi 
dövründə  həmin  amillərin  rolu  inkar  edilməsə  də,  hər 
halda  törəmə,  köməkçi  və  ikinci  dərəcəli  amillər  kimi  sə-
ciyyələndirilirlər. 
Ümumiyyətlə,  istehsal  prosesinin  aşağıdakı  ardıcıl-
lıqla: 
 
 
 
 
 
 
 
bir dövran prosesi kimi fasiləsiz davam etməsi üçün, isteh-
salın şəxsi və maddi amillərinin birləşməsi zəruridir. 
Bu  mənada,  əslində  istehsal  amilləri  -  insan  və  tə-
Əmtəə 
Pul 
(kapital) 
 
İstehsal 
vasitələri 
İş qüvvəsi 
...İstehsal 
    prosesi 
...Əmtəə  ...Pul 
(kapital) 
 


150 
 
biətdən ibarətdir. Məhz bu 2 amil həlledici olub, istehsalı, 
onun gedişini və nəticələrini müəyyən edir. İstehsalın şəx-
si amili, «insan amili» hazırda xüsusi bir  əhəmiyyət kəsb 
edir. 
Hər  bir  iqtisadi  sistemdə  mərkəzi  yer  tutan  insan 
həm  istehsal  prosesinin  amili,  həm  də  onun  məqsədidir. 
Çünki insan maddi nemətlərin yaradıcısı olduğu kimi, eyni 
zamanda da həmin maddi – mənəvi nemətlərin fəal isteh-
lakçısıdır. Məlumdur ki, ən yeni texnika və mütərəqqi tex-
noloji  proseslər  də  insan  əməyi,  onun  fəaliyyəti  olmadan 
bir növ “ölüdür”. 
İstehsal  amilləri  və  onların  maddi-mənəvi  nemətlə-
rin, xidmətlərin yaradılması prosesindəki qarşılıqlı rolunu, 
yaxud birləşməsini aşağıda verilən sxemdən görmək olar: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İstehsal amillərinin birləşməsi 
Şəxsi amil 
(iş qüvvəsi, əmək) 
Maddi amil 
(istehsal vasitələri) 
Əmək  
vasitələri 
Əmək  
cisimləri, 
predmeti 
Əmək  
alətləri 
(maşın, 
mexanizm, 
cihazlar) 
Əməyin 
ümumi mad-
di şəraiti (is-
tehsal binala-
rı, yollar, ka-
nallar və s.) 
Təbii resurslar 
(təbiət mad-
dələri, mə-
dənlər, ya-
taqlar və s.) 
Xammal, 
yarım-
fabrikatlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə