3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

132 
 
dıraraq  yazmışdı:  «Orta  əsrlərdəki  kəndli  mübadilə 
vasitəsilə  əldə  etdiyi  şeylərin  hazırlanması  üçün  lazım 
olan iş vaxtının qədərini kifayət qədər dürüst bilirdi. Kənd 
dəmirçisi və araba hazırlayanı, həmçinin dərzi və çəkməçi 
kəndlinin gözləri qarşısında işləyirdi».  
Dəyərin ilk forması - sadə və ya təsadüfi dəyər for-
masıdır.  Əmtəələrin  mübadiləsinin  bu  ilkin  formasında, 
hər hansı bir əmtəə, digər əmtəəyə dəyişdirilir. 
 
Məsələn:     1 daş alət = 2 dəriyə 
                     10 balıq = 1 rəngli parlaq daşa. 
Bu  prosesdə  qarşılaşan  əmtəələrdən  konkret  əmək, 
abstrakt (mücərrəd) əməyin ifadəsinə çevrilir. Bu prosesdə 
ekvivalent tarazlığı gözləmək şərtiylə, nisbətən sadə əmək 
sərfinə başa gəlmiş əmtəələr, daha mürəkkəb əməyin nəti-
cəsi olan əmtəələrə sərbəst dəyişdirilə bilir. 
Real  həyat  şəraiti  dəyişdikcə,  ictimai  əmək  bölgüsü 
genişlənib  dərinləşdikcə,  mübadilə  prosesləri  sürətlən-
dikcə,  təsərrüfat  əlaqələri  intensivləşdikcə  sadə,  yaxud 
təsadüfi  mübadilədən  fərqli,  yeni  dəyər  formalarına  ehti-
yac yaranmışdır. 
Tam, dolğun və  ya geniş dəyər forması adlandırılan 
bu  yeni  mərhələdə,  əmtəələrin  mübadiləsi  artıq  təsadüf 
xarakterindən  uzaqlaşdığından,  ekvivalent  vəzifəsini  təsa-
düfi dəyər formasında olduğu kimi tək bir əmtəə deyil, bir 
neçə xüsusi seçilmiş əmtəə yerinə yetirir.  
Məsələn:  
          {
             
         
   ə   ə
 
 


133 
 
Bu  mərhələdə  mövcud  istehsal  əlaqələri  genişlənir, 
həmin əlaqələr təsadüfü deyil, daha sabit xarakter daşıyır. 
Lakin  cəmiyyətin  və  təsərrüfat  həyatının  inkişafı  ilə 
əlaqədar,  tədricən bu forma  da  insanları qane etmir. Get-
dikcə  ümumi  əmtəələr  kütləsi  içərisindən,  müxtəlif  ölkə-
lərdə elə bir əmtəə (xəz, duz, çay, qoyun) ayrılır ki, o bir 
növ ümumi ekvivalent rolunu  oynamağa başlayır. 
Məsələn:    
 

        
       
   ə  
}
               ə ə              
 
 
Bu  dəyər  forması  mərhələsində,  ümumi  ekvivalent 
rolunu oynayan bir neçə, yaxud bir əmtəənin əvəzinə, istə-
nilən  bir  sıra  əmtəələri  əldə  etmək  mümkündür.  Çünki 
ümumi  ekvivalent  rolunu  oynayan  əmtəə,  ümumi  müba-
dilə olunmaq xüsusiyyətinə (xassəsinə) malikdir.  
Bəşəriyyətin  tarixi  inkişaf  yoluna  nəzər  salsaq  görə-
rik ki, konkret coğrafi mühit və əhalinin ənənəvi xüsusiy-
yətləri  (mentaliteti)  ilə  bağlı  olaraq,  ümumi  ekvivalent 
vəzifəsinə müxtəlif ölkələrdə mal-qara, balıq qulağı, metal 
və  sairə  yerinə  yetirmişdir.  Əmtəələrin  mübadilə  prosesi 
daha da genişlənib, yerli bölgə və bazar hüdudlarını aşdıq-
ca,  vahid  bir  əmtəənin  ümumi  ekvivalent  kimi  sabitləş-
məsi  zərurəti  yaranır.  Həmin  əmtəə  isə  puldur.  Pul  və 
onun  müxtəlif  ölkələrdəki  nişanları  -  ümumi  ekvivalentin 
bitmiş  və  son  forması  olub,  əmtəənin  istehlak  dəyəri  ilə 
mübadilə  dəyərini özündə üzvü  surətdə  birləşdirən xüsusi 
bir əmtəədir. 
Tarixi  inkişafın  ayrı-ayrı  mərhələlərində  pul  rolunu 


134 
 
müxtəlif  ölkələrdə  və  xalqlarda  dəmir,  mis,  taxta,  gümüş, 
qızıl, kağız, plastik lövhələr oynamışdır. Tədricən dünya-
nın  bir  sıra  dövlətlərində  xüsusi  pul  kəsən  emalatxanalar 
yaranıb,  fəaliyyətə  başlamışdır.  İndiyədək  arxeoloqlar 
dünyanın  müxtəlif  ölkələrində,  o  cümlədən  də  Azərbay-
canda yerli zərbxanalarda, habelə yaxın və uzaq ölkələrdə 
hazırlanmış pullar tapırlar. 
Pul rolunu müxtəlif əmtəələr  yerinə  yetirsə də, lakin 
tədricən  bu  rol  qızıla  nəsib  olmuşdur.  Qızıl  öz  təbii  və 
kimyəvi  xassələrinə  görə  ümumi  ekvivalent  rolunu  daha 
yaxşı  yerinə  yetirir.  Qızıl  mübadilə  vasitəsi  və  ümumi 
ekvivalent  kimi  çoxdan  məlum  olsa  da,  lakin  onun  əsl 
hökmranlığı  XIX  əsrdən  başlanmış,  müəyyən  istisnalarla 
indiyədək davam etməkdədir. 
c)
 
Qədim yunan müdrikləri və filosoflarından, hakim 
və  şairlərdən  başlamış  Şekspir  və  Sabirə,  nəhayət  bizim 
günlərin  iqtisadçıları  və  sadə  peşə  adamlarına  qədər  cə-
miyyətin  müxtəlif  təbəqələrinin  nümayəndələrini  həmişə 
düşündürmüşdür  ki,  pul  nədir,  necə  meydana  çıxmışdır, 
hansı  inkişaf  mərhələlərini  keçmişdir,  vəzifələri  nədən 
ibarətdir, tədavül dairəsindəki pulun kütləsi necə müəyyən 
olunmalıdır, nəhayət pulu istehsal-xidmət dairəsinin hansı 
sahələrinə yönəltmək daha səmərəlidir?. 
Maraqlıdır, gənclər arasında peşəkar mütəxəssislərin 
keçirdiyi  sorğuda,  «Siz  pul  haqqında  nə  düşünürsünüz» 
sualına  bir-birindən  xeyli  fərqli  cavablar  verilmişdir.  On-
lar  bildirmişlər:  «pul  bəşəriyyətin  kəşfidir»;  «pul  torpaq, 
hava,  su,  oddan  sonra  həyat  üçün  zəruri  sayılan  5-ci  şərt-
dir»; «pulsuz da namusla və xoşbəxt yaşamaq olar»; «mən 
yoxsul, lakin xoşbəxt adam tanımıram»; «pul adamları də-


135 
 
yişir»;  «pul  iqtisadiyyat  maşınının  sürtgü  yağıdır»;  «pul 
hamıya  lazımdır»;  «pul  möcüzələr  yaratmağa  qadirdir»; 
«pul  insanlara  pis  təsir  göstərir»;  «pul  kağızdır»;  «indi 
sevgiyə  görə  yox,  pula  görə  evlənirlər»;  «pul  nə  xeyirdir, 
nə  də  şərdir»;  «zəhmətlə  qazanılan  pul  bir  şeydir,  lakin 
lotereyada udulan pul isə başqa şeydir»» «insana görəsən 
nə qədər pul lazımdır?» 
Sorğu iştirakçılarından biri isə «mən pula nifrət edi-
rəm»  cavabını  aydınlaşdıraraq  göstərmişdir  ki,  əvvəllər 
mühəndis  işləmiş  valideynləri  sonralar  bizneslə  məşğul 
olub  pul  qazanmağa  aludə  olduqlarından  məni  başqaları-
nın himayəsinə  vermişlər,  bir növ unutmuşlar, «pulu tap-
mış,  məni  isə  itirmişlər...».  Deməli,  həyatda  pul  və  var-
dövlət qazanmaq hərisliyi, təəssüf ki, ailəni, dost-tanışları, 
insan ləyaqətini itirməklə də nəticələnə bilir. 
Pulun  adi  kağız  parçası  olması,  yaxud  fövqəltəbii 
səviyyədə  fetişləşdirilərək  dəyərləndirilməsi,  cinayət  və 
faciələr, zorakılıq və haqsızlıqlar yaratması, onun həyatda 
hər  şeyi  həll  etməsi  haqqındakı  yanlış  təsəvvürlər  pulun 
«ecazkar  möcüzələrə  malik»  xüsusiyyətlərindən  irəli  gəl-
mir. Buna əsas səbəb cəmiyyətdə sivil iqtisadi prinsiplərə 
əməl edilməməsi, tam demokratik təsisatların formalaşma-
ması, qayda-qanunların pozulması, iqtisadi proseslərə icti-
mai nəzarətin zəifliyi, mətbuat və söz azadlığının məhdud-
laşdırılması,  insan  hüquqları  və  haqlarının  tapdalanması, 
ədalətli  məhkəmə  sisteminin  olmaması,  rüşvətxorluq  və 
korrupsiya halları, hakimiyyətin və onun orqanlarının xid-
mət etməli olduqları vətəndaşları  qarşısında  öz üzərlərinə 
götürdükləri  səlahiyyətli  vəzifələrini  peşəkarlıqla  yerinə 
yetirməmələridir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə