3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

117 
 
yektlər, dəmir yolları, mühüm mədənlər, rabitə sistemləri, 
inzibati  binalar,  mədəni  abidələr,  habelə  digər  mühüm 
tikintilər  daxildir.  Yüksək  inkişaf  etmiş  ölkələrdə  dövlət 
mülkiyyətinin ümumi daxili məhsulda payı 10-30 faiz, in-
kişaf  etməkdə  olan  ölkələrdə  35-70  faiz,  keçid  mərhə-
ləsində olan ölkələrdə 40-80 faiz arasındadır. 
Dövlət  mülkiyyəti  makroiqtisadi  tənzimləmə  prose-
sində,  ölkənin  inkişaf  strategiyasının  işlənib  hazırlanma-
sında, milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məq-
sədiylə  struktur  (quruluş)  dəyişiklikləri  aparılmasında  və 
əhalinin  iqtisadi-sosial  vəziyyətinin  yaxşılaşdırılmasında 
mühüm rol oynaya bilər. 
Ümummilli (dövlət) və yerli (bələdiyyə) əhəmiyyətli 
dövlət  mülkiyyəti  əsasən  3  formada  idarə  olunur.  Birin-
cisi,  bilavasitə  inzibati  idarəçilik  orqanlarına  tabe  olan  və 
həmin təşkilatlar tərəfindən maliyyələşdirilən, habelə inzi-
bati  qaydalarla  idarə  olunan  müəssisələrdir.  İkincisi,  öz 
xərclərini  ödəyən,  özünü  maliyyələşdirən  və  idarə  edən 
dövlət müəssisələridir. Üçüncüsü, səhmlərin əksər hissəsi 
dövlətin  sərəncamında  olan,  başqa  sözlə,  nəzarət  səhm 
paketi (zərfi) dövlətə məxsus olan səhmdar-dövlət müəssi-
sələridir.  Dövlət  mülkiyyətində  olan  istehsal  müəssisələri 
hüquqi şəxs statusuna malikdirlər. 
Bələdiyyə  mülkiyyəti.  Bu  mülkiyyət  forması,  yerli 
dövlət  təsərrüfatçılığının    əsasını  təşkil  edir.  Hüquqi  şəxs 
sayılan  bələdiyyə,  öz  tabeliyində  olan  istehsal  müəssisə-
lərinin və əhaliyə xidmət dairəsi obyektlərini idarə edir. 
«Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında» 
qanunun 15-ci maddəsinə əsasən, yerli dövlət hakimiyyəti 
və özünüidarə orqanlarının əmlakı, yerli büdcənin və büd-
cədənkənar  fondların  vəsaiti,  özəlləşdirilməmiş  mənzil 


118 
 
fondu, qeyri-yaşayış binaları, mühəndis infrastrukturu ob-
yektləri  (su  kəməri,  kanalizasiya  təsərrüfatı,  istilik,  elek-
trik və qaz təchizatı), habelə bir sıra təhsil, səhiyyə, isteh-
sal, xidmət, ticarət, idman təşkilatları, yaxud onların əmla-
kı bələdiyyə mülkiyyətində ola bilər. 
Xüsusi mülkiyyət. Qədim və mürəkkəb bir təkamül 
tarixinə malik olan xüsusi mülkiyyət, ictimai icma qurulu-
şunun  son  mərhələlərində,  ictimai  mülkiyyətin  dağılması 
meylləri  ilə  bağlı  meydana  çıxmışdır.  Bütün  sonrakı  cə-
miyyətlərin  tarixi,  xüsusi  mülkiyyət  münasibətlərinin 
müxtəlif məzmun və mahiyyət etibarilə inkişaf dövrləri ol-
muşdur.  Təsadüfi  deyildir  ki,  filosoflar  və  iqtisadçılar 
əmlak,  mülkiyyət,  əşya  üzərində  sahibliyi,  yaxud  «bu 
mənimdir» hüququnu insan azadlığı və sərbəstliyinin ilkin 
zəruri şərti kimi qiymətləndirmişlər. 
Xüsusi mülkiyyətə cəhətdən  yanaşmaq olar: a) şəxsi 
əmək,  yaxud  ailə  üzvlərinin  əməyi  ilə  fəaliyyət  göstərən 
istehsal  və  xidmət  obyektləri;  b)  başqalarının  əməyinin 
haqqı ödənilməklə (muzdlu əməyə əsaslanmaqla) fəaliyyət 
göstərən müəssisələr. 
Yüksək  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkə-
lərdə  təsərrüfat  həyatında  xüsusi  mülkiyyət  həlledici  rol 
oynayır.  Postsovet  və  postsosialist  ölkələrində  xüsusi, 
mülkiyyət  formalaşmaqda,  habelə  fəaliyyət  dairəsini  ge-
nişləndirməkdədir.  
c)  Mülkiyyət  obyekti  dedikdə,  onun  maddi  zəmini, 
yaxud  varlığı  nəzərdə  tutulur.  Bu  obyekt  əmlak,  istehsal 
vasitələri, o cümlədən torpaq, şirkət, fabrik, material, ava-
danlıq, xammal kimi konkret şeylərdir. İnsanların mülkiy-
yətçi kimi formalaşması, mülkiyyət hüququna malik olma-
sı məhz bu konkret şeylər üzərində qurulur. İnsanlar qeyri-


119 
 
maddi  nemətlər  üzərində  də  mülkiyyət  sahibi  ola  bilərlər. 
Məsələn,  adamların  iş  qüvvəsi  və  bunun  konkret  ifadəsi 
olan sənət, ağıl, zəka, intellekt də mülkiyyət sayıla bilər. 
Fizikin  kəşfi,  mühəndisin  ixtirası,  rəssamın  tablosu, 
bəstəkarın  əsəri,  alimin  yeni  ideyası  intellektual  mülkiy-
yətə nümunə ola bilər. 
Deməli,  mülkiyyət  həm  əşya  (cisim),  həm  daşınar-
daşınmaz,  həm  canlı,  həm  də  intellektual  şəkildə  mövcud-
dur. 
Mülkiyyətin  subyekti  isə  ayrı-ayrı  fiziki  və  hüquqi 
şəxslər, əmək kollektivləri, sosial qruplar, müxtəlif cəmiy-
yətlər, təşkilatlar, birliklər, şərikli iş adamları, qarışıq mül-
kiyyət sahibləridir. 
Təsərrüfat  təcrübəsi  göstərir  ki,  insanlar  mülkiyyətə 
real  sahib  olduqda,  onda  əsl  mülkiyyətçi  xarakteri  forma-
laşır.  O,  müxtəlif  problemlərlə  üzləşdikdə  bunları  sərbəst 
surətdə  və  peşəkarlıqla  həll  etməyə  çalışaraq,  buraxdığı 
səhvlərdən  düzgün  nəticələr  çıxarır.  Lakin  planlı  sosialist 
iqtisadi sistemindəki kimi mülkiyyətə formal sahib olmaq 
reallığı, insanlarda həvəs və təşəbbüskarlığı boğaraq, onla-
rı  başqasının  ifadəsini  istəmədən  yerinə  yetirən  mexaniki 
icraçılara çevirirdi. 
ç) Mülkiyyət, əmlaka sahib olmaq, ondan istifadə et-
mək  və  mülkiyyət  barəsində  sərəncam  verməklə  iqtisadi 
cəhətdən reallaşdırılır. 
Mülkiyyətin mənimsənilməsi - onun digər subyekt-
lərdən  kənarlaşdırılaraq,  hüquqi  sənədlər  əsasında  xüsusi 
mülkiyyətə,  yəni  kiminsə  (şəxsin,  dövlətin,  bələdiyyənin) 
sahibliyinə keçməsidir. Həmin subyekt, əldə etdiyi obyek-
tin  istehsal  və  tədavül  dairəsindəki  fəaliyyətinin  nəticələ-
rini mənimsəyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə