3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

120 
 
Sahiblik  tam  və  natamam  ola  bilər.  Tam  sahiblikdə 
mülkiyyətçi  mütləq  mənimsəmə  hüququna  malik  olur. 
Natamam sahiblikdə isə torpaq,  müəssisə, xidmət obyekti 
mülkiyyətçisi  öz  obyektinin  yalnız  bir  hissəsinə  sahiblik 
edərək, digər hissəsini başqasına verə bilər. 
İstifadə  -  əmlak  və  əşyalardan  öz  təyinatına  görə 
faktiki  istifadə  edilməsidir.  İstifadə  etmək  -  mülkiyyətin, 
sahibolmanın həyata keçirilməsi, reallaşdırılması forması-
dır. Deməli, sahibolma mülkiyyətin funksiyasıdır (təyina-
tıdır), istifadə etmə isə sahibolmanın funksiyasıdır. 
Sərəncam - mülkiyyət obyektinin fəaliyyətinə göstə-
riş  vermək  barədə  sahibkarın,  yaxud  onun  tapşırığı  ilə 
digər  şəxsin  qərar  qəbul  etməsidir.  Sərəncam  verən,  mül-
kiyyət  formasından  asılı  olaraq,  dövlət  məmuru,  xüsusi 
şəxslər, fiziki və hüquqi şəxslər ola bilər. 
Mülkiyyət hüququ bazar iqtisadiyyatı şəraitində da-
ha  səmərəli  bir  şəkildə  reallaşdırılır.  Çünki,  bazar  iqtisa-
diyyatı  mülkiyyətçilərə  sərbəst,  azad,  müəyyən  qanunlar 
çərçivəsində müstəqil fəaliyyət meydanı yaradır. 
İstehsal  prosesindən  başlanan  bazar  iqtisadiyyatı, 
bölgü mübadilə, istehlak dairələrini əhatə etdiyindən, mül-
kiyyət iqtisadi həyatın bütün sahələrində reallaşdırılır. De-
məli, bazar iqtisadiyyatına mülkiyyətin bütün formalarının 
səmərəli həyata keçirilməsinin ümumi əsası kimi baxılma-
lıdır. 
Bu  mənada  sahibkarlıq  fəaliyyəti,  bazar  iqtisadiyya-
tının  geniş  yayılmış  və  fərqləndirici  xüsusiyyətlərindən 
biridir. Xüsusi mülkiyyət, icarə üsulu, istifadə etmə, sərən-
cam vermə kimi yollarla aparıla bilən sahibkarlıq və işgü-
zar biznes fəaliyyəti, xüsusi bacarıq, qabiliyyət, hətta iste-
dad tələb edir. 


121 
 
Təsadüfü deyildir ki, hazırda istehsalın amilləri sıra-
sına torpaq, əmək, kapitalla yanaşı, sahibkarlıq bacarığı da 
daxil edilir. Mütəxəssislərin fikrincə, sahibkarlıq və biznes 
fəaliyyəti  ilə  məşğul  olmaq  qabiliyyətinə  ölkə  əhalisinin 
yalnız  4-7  faizi  malik  olur.  Bu  rəqəm  əsl  sahibkarlıq  və 
biznes  fəaliyyətinin  nə  qədər  çətin  və  məsuliyyətli  bir  iş 
olduğunu  göstərir.  Musiqi  və  rəssamlıqla,  elm  və  təhsillə 
məşğul  olmaq  xüsusi  bir  bacarıq  tələb  etdiyi  kimi  sahib-
karlıq və biznes fəaliyyəti də özünəməxsus qabiliyyət istə-
yir. 
Bu gün sahibkar və biznes adamı dedikdə, - iqtisa-
di,  təşkilatı,  təşəbbüskar  yaradıcı  qabiliyyətlərə  malik 
olan,  mürəkkəb  və  çətin  bazar  münasibətləri  şəraitində 
düzgün  qərarlar  qəbul  etməyi  bacaran,  ağıllı  riskə  gedib 
yüksək  mənfəət  əldə  etməyə  qabiliyyəti  olan  istedadlı 
adamlar başa düşülür. 
Qərbi Avropa iqtisadi həyatında sahibkar anlayışı ilk 
dəfə  ingilis  iqtisadçısı  Riçard  Kantilyon  (1680-1734) 
tərəfindən  işlənmişdir.  Onun  fikrincə,  sahibkarlar  elə  bir 
xüsusi  qrup  insanlardır  ki,  onlar  müxtəlif  növ  əmtəələr 
bazarında fasiləsiz fəaliyyət göstərərək, burada formalaşan 
tələblə-təklif  arasında  uyğunluq  yaradılmasına  xidmət 
göstərirlər. 
A.Smit, J.B.Sey, V.Zombart, Y.Şumpeter, A.Mar-
şall  kimi  iqtisadçılar  sahibkarlıq  fəaliyyəti  haqqında  qiy-
mətli  fikirlər  söyləyərək,  onu  mülkiyyətçi,  idarə  edən, 
mənfəətə can atan bir şəxs kimi səciyyələndirmişlər.
 
Müstəqillik  illərində  postsovet  və  postsosialist 
ölkələrində,  o  cümlədən  də  Azərbaycan  Respublikasında 
iqtisadiyyatın  müxtəlif  sahələrində  bacarıqlı,  sahibkarlar 
yetişməkdədir. 


122 
 
Ç)  Tarixdən  məlumdur  ki,  cəmiyyətdəki  iqtisadi 
münasibətlər  hansı  formada  təzahür  etməsindən  asılı  ol-
mayaraq (siyasi, sosial, məişət), bu proseslər son nəticədə 
mülkiyyətlə,  onun  kimlərə  məxsus  olması  ilə  müəyyən 
edilir.  Mülkiyyətin  müxtəlif  tip  və  formaları,  istehsal 
vasitələrinin və istehsalın nəticələrinin mənimsənilməsinin 
xarakteri,  sözün  əsl  mənasında  iqtisadi  sistemin  əsasmı 
təşkil edir. 
Cəmiyyətin  inkişafının  bütün  dövrlərində  iqtisadi 
sistemin  transformasiyası,  yəni  dəyişilərək  yeniləşməsi 
prosesi,  məhz  mülkiyyət  dəyişikliklərindən  başlanmışdır. 
Bu  mənada,  son  bir  neçə  əsrdə  dünya  miqyasında  bazar 
münasibətlərinə və iqtisadiyyatına keçid, mülkiyyət müna-
sibətlərinin yeni iqtisadi sistemin tələblərinə uyğun qurul-
ması ilə bilavasitə əlaqədardır. 
Bazar  iqtisadiyyatı  mülkiyyətin  müxtəlif  formaları-
nın səmərəli fəaliyyəti üçün əlverişli və eyni şərtlər əsasın-
da imkanlar  yaratdığından, mülkiyyətin çoxnövlüyünü tə-
min edir. 
Mülkiyyət  çoxnövlüyünün  bir  yolu  da  dövlət  mül-
kiyyətində  olan  müəssisə  və  obyektlərin  dövlətsizləşdiril-
məsi, habelə özəlləşdirilməsidir. 
Dövlətsizləşdirmə  -  müəyyən  bir  müəssisə  və  ob-
yektin dövlət mülkiyyətində qalmaqla, onun idarə olunma-
sı  qayğılarının,  problemlərinin  müəssisələrinin,  obyektlə-
rin  özlərinə  tapşırılmalıdır.  Deməli,  dövlətsizləşdirmə  öl-
kənin təsərrüfat həyatında dövlətin hədsiz rolunun azaldıl-
masına yönəldilmişdir. Lakin bu dövlətin iqtisadi sahədən 
tam uzaqlaşdırılması deyildir. Hələlik bütün dünya ölkələ-
rində dövlətin tənzimləyici rolu və təsərrüfat həyatında iş-
tirakı qalmaqdadır.   


123 
 
Müəssisə  və  obyektlərin  dövlətsizləşdirilməsl,  satış 
bazarına əvvəllər qoyulmuş məhdudiyyətlərin aradan qal-
dırılması (liberallaşdırılması); qarışıq (dövlət-xüsusi) mül-
kiyyət  bazasında  müəssisələrin  yaradılması;  dövlət  mül-
kiyyətində olan müəssisələr üçün nisbətən əlverişli və gü-
zəştli  vergi,  kredit  mühiti  formalaşdırılması;  əks-milliləş-
dirmə  yolu ilə dövlət müəssisələrinin təkcə xüsusi şəxslə-
rin deyil, eyni zamanda bankların, digər dövlət müəssisə-
lərinin,  kooperativlərin  əlinə  keçə  bilməsi  variantları  ilə 
reallaşdırıla bilər. 
Özəlləşdirmə isə dövlət mülkiyyətinin müəyyən şərt-
lərlə dəyişməsini nəzərdə tutur. Özəlləşdirmə prosesi nəti-
cəsində  mülkiyyətin  yeni  sahibi,  onun  təsərrüfat fəaliyyə-
tində  istifadəetmə  nəticələrinə  görə  tam  məsuliyyət  daşı-
yır.  Deməli,  özəlləşdirmə  dövlət  mülkiyyətini  ayrı-ayrı 
şəxslərin,  əmək  kollektivlərinin,  hüquqi  şəxslərin  özəl 
mülkiyyətinə verilərək, həmin obyekt, yaxud təsərrüfat va-
hidlərinin  dövlətsizləşdirilməsi  üsullarından  biri  hesab 
olunur.  
Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi, yaxud 
mülkiyyətin bir  əldən  başqasına  keçməsi (transformasiya-
sı) bəsit şəkildə hələ lap qədim vaxtlardan kralların, şahla-
rın, hakimlərin öz pay torpaqlarını, kəndlərini, saraylarını, 
mülklərini  bağışlamaları  formasında  məlumdur.  Sonralar 
bu proses geniş yayılaraq, bir çox ölkələri əhatə etmişdir. 
Ötən əsrin son 20-30 ilində dünya miqyasında dövlət mül-
kiyyətinin  özəlləşdirilməsinin  yeni  dalğası  başlanmışdır. 
Bu proses dövlət mülkiyyəti ilə xüsusi mülkiyyət arasında 
daha optimal nisbətlər tapmaq axtarışı ilə bağlı olmuşdur. 
Elmi-texniki inqilab, istehsalda struktur dəyişikliklər 
aparmaq  zərurəti,  «insan  amilinə»  diqqətin  artması,  rəqa-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə