3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

151 
 
İqtisadi nəzəriyyə və iqtisad elmində uzun illər boyu 
istehsal prosesində ayrı-ayrı amillərin rol, habelə əhəmiy-
yəti haqqında mübahisələr getmişdir. Məsələn, klassik iq-
tisadi  nəzəriyyə  nümayəndələri  istehsal  amilləri  arasında 
əməyə  müəyyən üstünlük verdikləri halda,  marksistlər bu 
amili  bir  növ  mütləqləşdirərək,  əmtəələrin  (xidmətlərin) 
yaradılmasında onun həlledici rolunu göstərmişlər. 
Müasir  dövrdə  də  bu  istiqamətdə  mübahisə  və  fikir 
ayrılığının  davam  etməsinə  baxmayaraq,  təcrübədə  bütün 
iqtisadçılar  «üç  amil»  (torpaq,  kapital,  əmək)  nəzəriyyə-
sini qəbul edirlər. Eyni zamanda, «üç amil nəzəriyyəsinin» 
hüdudlarını  genişləndirib,  daha  çox  amillər  (sahibkarlıq 
qabiliyyəti, elmi-texniki tərəqqi, informasiya, reklam, eko-
logiya) irəli sürən mövqelər vardır. 
«İstehsalın üç amilli» nəzəriyyəsi, fransız iqtisadçısı 
J.B.Seyin (1767-1832) adı ilə bağlıdır. O, ilk dəfə öz əsər-
lərində  belə  bir  fikri  aydın  şəkildə  əsaslandırmışdır  ki, 
məhsulun dəyərinin (qiymətinin) formalaşmasında torpaq, 
əmək və kapital istehsal prosesinin bərabər hüquqlu amil-
ləri kimi iştirak edirlər. 
İstehsal  prosesinin  bu  üç  amili  birləşərək  kəmiyyət 
və keyfiyyətcə yeni bir əmtəə (xidmət), deməli dəyər yara-
dır.  Məhz bu amillər isə müxtəlif adamlara, sahibkarlara,  
mülkiyyətçilərə məxsus olduğundan, həmin iş adamlarına 
müəyyən gəlir (qazanc, mənfəət) gətirməlidir. 
İstehsalın  üç  amillinin  öz  sahibinə  gətirdiyi  gəliri 
(əmək - əmək haqqı, kapital - faiz, torpaq - renta) aşağıda-
kı kimi göstərmək olar: 


152 
 
 
 
 
 
 
 
Bu  sxemdən  aydın  olur  ki,  istehsal  amilləri  istehsal 
prosesinin  müstəqil  və  bərabər  hüquqlu  iştirakçılarıdır. 
Ona  görə  də,  istehsal  prosesinin  sonunda  hər  bir  amillin 
sahibi «ədalətlə» öz mənfəət payını alır. 
Aydındır  ki,  maddi  nemətlər  istehsal  edilərkən  və 
əhaliyə  xidmətlər  göstərilərkən  insanın  təbiətə  təsiri  heç 
də  birmənalı  olmur.  İnsan  öz  istehsal  fəaliyyəti  ilə  ətraf 
mühitə və son nəticə etibarilə cəmiyyətə, habelə onun üzv-
lərinə zərər də gətirə bilər. Ona görə də müasir mərhələdə 
ətraf  mühitin  qorunması  və  ekologiya  problemləri  ciddi 
əhəmiyyət kəsb edir. 
b)
 
Cəmiyyət  həyatında  baş  verən  fasiləsiz  istehsal 
prosesi təcrübəsi sübut edir ki, müxtəlif təsərrüfat və xid-
mət  sahələrinin  fəaliyyətini  uğurla  təmin  etmək  üçün,  is-
tehsal  amillərinin  ayrı-ayrı  nisbətlərdə  iştirakı  tələb  olu-
nur.  İstehsalın  maddi-texniki  bazası,  texnologiya  dəyişik-
likləri, yeni material və xammal növlərinin tətbiqi, şübhə-
siz  istehsal  amillərinin  yeniləri,  iqtisadi-sosial  cəhətdən 
daha  səmərəli  variantları  ilə  əvəz  olunmasını  irəli  sürür. 
Belə  qarşılıqlı  əvəz  olunma  prinsipi  özünü  kimyəvi  məh-
sullarda  (dərmanlar,  yuyucu  tozlar,  qablaşdırıcılar,  tara 
materialları, kosmetika məmulatları); ərzaq məhsullarında 
(müxtəlif bitki və mal-qara yağları); yaşayış binaları tikin-
tisində  (taxta,  daş,  blok-beton),  habelə  yanacaq,  metallur-
giya, yüngül və yeyinti sənayesi sahələrində göstərir. 
İstehsal amillərinin qarşılıqlı surətdə bir-birini əvəz-
Resurslar 
Təbii 
Maddi 
Maliyyə 
Əmək 
Amillər 
Torpaq 
Kapital 
 
İş qüvvəsi 
Gəlirlər 
Renta 
Mənfəət 
Faiz 
Əmək haqqı 


153 
 
ləməsini təkcə istehsalın tələbləri, alıcılarını dəyişkən zöv-
qü  ilə  bağlamaq  düzgün  deyildir.  Cəmiyyətin  istehsal  və 
istehlak  xarakterli  tələbatlarını  tədricən  genişlənib  artma-
sına  baxmayaraq,  bunların  hazırlanması  üçün  lazım  olan 
resursların, amillərin həcmi məhduddur. 
Bu  qanunauyğun  meyl  istehsalçılardan  ənənəvi  re-
surs  və  materiallardan  istifadə  etməklə  yanaşı  yeni,  daha 
əlverişli  xammal-materiallardan  istifadə  olunmasını  irəli 
sürür.  Təsadüfi  deyildir  ki,  sahibkarlıq  fəaliyyəti  ilə  məş-
ğul olanlar və işgüzar biznes adamları elə materiallar, tex-
nika, texnoloji rejimlər seçirlər ki, nadir və az tapılan, ha-
belə  nisbətən  baha  qiymətə  başa  gələn  istehsal  amillərin-
dən  imtina  etsinlər,  yaxud  bunlardan  az  istifadə  olunsun. 
Belə  bir  yol  və  istiqamətin  seçilməsi,  şübhəsiz  zəruri  is-
tehsal xərclərinin azaldılmasına gətirib çıxaracaq, mövcud 
istehsal  amillərindən  müxtəlif  variantlarda  daha  səmərəli 
istifadəni şərtləndirəcəkdir. 
Təsərrüfat təcrübəsində istehsal amillərindən istifadə 
edilməsinin  tam,  natamam,  optimal,  alternativ  variant-
ları seçilə bilər. İstehsal amillərindən necə istifadə məsələ-
si bazarda formalaşmış tələb və təklifdən, resurs imkanla-
rından, iş qüvvəsi peşəkarlığından, ixrac həcmindən, habe-
lə digər şərtlərdən asılı surətdə həll oluna bilər. 
Aydındır ki, təsərrüfat həyatının müxtəlif sahələrində 
istehsal  amillərinin  bir-birini  əvəzləməsi,  müəyyən  hədd 
daxilində mümkündür. Məsələn, eyni təyinatlı tikinti mate-
rialları,  yaxud  ərzaq  məhsulları,  sürtgü  yağları,  çörək  mə-
mulatları bir-birini müəyyən həddə qədər əvəz edə bilər. 
Bu  prinsip,  insan  əməyinə  də  aiddir. İnsanın  iş  qüv-
vəsindən yalnız müəyyən həddə qədər faydalanmaq müm-
kündür. Həmin həddən sonra iş rejimini daha optimal va-
riantda  aparmaq  üçün  insan  əməyini  texnika  əvəz  etmə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə