3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

109 
 
Müasir bazar iqtisadi sistemi elmi və praktik araşdır-
malar əsasında istehsal və xidmət dairəsinin  perspektivlə-
rini müəyyənləşdirməyə real imkanlar yaradır. Bu iqtisadi 
sistemdə resurslardan istifadə və onların yenidən bölüşdü-
rülməsi  iri  şirkətlər,  habelə  inhisar  birlikləri  tərəfindən 
strateji planlaşdırma prinsipləri təməlində həyata keçirilir. 
Eyni zamanda təsərrüfat həyatının bir sıra yeni sahələrinin 
meydana  çıxıb  inkişaf  etməsinə  dövlət  tərəfindən  büdcə 
hesabına yardım göstərilir.  
Ümumiyyətlə  götürdükdə  bazar  iqtisadi  sisteminin 
üstünlüyü,  bu  formanın  (tipin)  istehsalın  səmərəliliyinin 
yüksəldilməsi  naminə  daimi  axtarışlar  üçün  şərait  yarat-
masındadır.  Bu  sistem  istehsalın  və  xidmət  dairəsinin 
maddi-texniki bazasının təkmilləşdirilməsi ilə, şəxsi habe-
lə ictimai mənafelərin əlaqələndirilməsini təmin edir. 
II. Qeyri-bazar iqtisadi sistemi. 
1.
 
 Ənənəvi iqtisadi sistem forması. 
Bu sistemin  mahiyyəti, onun milli adət və ənənələrə 
əsaslanmasında,  habelə  dini  etiqadlara,  etik  normalara 
söykənərək,  iqtisadiyyatı  inkişaf  etdirməsindədir.  Bu  sis-
temdə cəmiyyətin bütün həlledici iqtisadi problemləri əsr-
lər  boyu  davam  etmiş  tayfa  və  «dədə-baba»  qaydaları  ilə 
həll  edilir.  Təsərrüfat  həyatının  idarə  olunması  başçı  və 
rəhbərliyin idarəsi ilə reallaşdırılır. 
Doğrudur, bu sistem şəraitində müasir sivilizasiyanın 
müəyyən  nailiyyətlərindən  istifadə  olunur.  Lakin  bu  təsa-
düfi  və  ötəri  xarakter  daşıyır.  Bu  sistemdə  ölkənin  iqtisa-
diyyatı  yarı  inkişaf  etmiş  vəziyyətdə  olur,  onun  qayğıları 
vərəsəlik  prinsiplərinə  tabe  edilir,  resursların  və  gəlirlərin 
bölgüsü isə adət, habelə ənənələrə uyğun aparılır. 
Ənənəvi iqtisadi sistem ölkənin təbii sərvətlərindən, 


110 
 
məsələn Ərəb ölkələrində zəngin neft yataqlarından səmə-
rəli  istifadə  olunmasına,  neft  ixracından  əldə  edilən  və-
saitin düzgün yerləşdirilməsinə, habelə onun yaratdığı im-
kanlardan səmərəli faydalanmağa mane olur. Eyni zaman-
da milli ənənələrə əsaslanan bu iqtisadiyyat ölkənin təsər-
rüfat  həyatını  kofe,  çay,  banan,  pambıq  kimi  bir  məhsul 
üzərində  qurmağa  yönəldərək,  monokulturizm,  yəni  bir 
məhsul üzərində ixtisaslaşmaya şərait yaradır.  
Bu  gün  də  Asiya,  Afrika,  Cənub  Amerikanın  bir  sıra 
ölkələrində,  uzaq  adalarda  məhz  bu  cür,  yaxud  ona  yaxın 
iqtisadi  sistemin  ünsürləri  hökm  sürür.  Təbii  sərvətlərin 
zənginliyinə baxmayaraq, ənənəvi sistemin mövcud olduğu 
yerlərdə əhalinin iqtisadi-sosial vəziyyəti xeyli aşağıdır. 
2. İnzibati-amirlik sistemi forması (tipi). 
 
Bu sistem keçmiş Sovet İttifaqında, Şərqi Avropa so-
sialist ölkələrində, hazırda isə qismən Çin, Şimali Koreya 
və  Kuba  Respublikasında  olmuş,  habelə  vardır.  Azərbay-
can  Respublikası  da  70  il  müddətində  obyektiv  səbəblər 
üzündən inzibati-amirlik sistemi daxilində yaşamışdır. 
Bu iqtisadi sistem sözdə hamının bərabərliyi və əha-
linin rifahım yüksəltməyi özünün ən əsas məqsədi, praktik 
vəzifəsi  elan  etsə  də,  əslində  öz  gündəlik  fəaliyyəti,  siya-
səti, ideologiyası ilə işdə həmin prinsipləri pozmuşdur. 
İnzibati-amirlik  sisteminin  səciyyəvi  xüsusiyyətləri 
aşağıdakılardır: 
-  cəmiyyətin  bütün  sərvəti  ictimai  mülkiyyət  adı  al-
tında dövlətin  sərt nəzarəti sayəsində  mərkəzləşdirilərək, 
planlı surətdə və inzibati-amirlik üsulları ilə (əmrlə, direk-
tivlərlə, göstərişlərlə) idarə olunmuşdu;  
-  ölkənin  iqtisadi  resursları  dövlətin  nəzarəti  altında 
olduğundan,  istehsalçıların  müstəqilliyi  məhdudlaşdırıla-


111 
 
raq  yox  dərəcəsinə  endirilmiş,  iqtisadiyyatın  idarəetmə 
mexanizminin əsasını  mərkəzləşdirilmiş  planlaşdırma təş-
kil etmişdi; 
-
 
cəmiyyətdə yaradılmış nemətlər və məhsulların ölkə-
nin  regional  (bölgə),  habelə  yerli  (milli)  xüsusiyyətləri  nə-
zərə   alınmadan   bölgüsü   mexaniki   surətdə   həyata keçi-
rilmişdi; 
-  əhalinin  iqtisadi  fəallıq  və  təşəbbüskarlığı  boğul-
muşdu; 
-  iqtisadi  resursların  istifadəsi  ideoloji  prinsiplərə 
tabe  edilərək,  hərbi-sənaye  kompleksinin  tələblərinə  yö-
nəldilmişdi. 
III. Qarışıq sistem. Bu sistem bazar və inzibati sis-
temlərin  qarışığı  olub,  həmin  sistemlərin  müəyyən  cəhət-
lərini özündə birləşdirir. 
Qarışıq  sistem  dünyanın  bir  çox  ölkələrində  uğurla 
fəaliyyət  göstərməkdədir.  Bu  ölkələrin  bəziləri  bazar  iqti-
sadiyyatı, digərləri isə inzibati iqtisadi sistemə daha yaxın-
dırlar.  Qarışıq  iqtisadi  sistemdə  resursların  bölgüsü  və 
müxtəlif  təyinatlı  hazır  məhsulların,  xidmətlərin  istehsalı, 
habelə  satışı  ayrı-ayrı  mülkiyyətçilər  (xüsusi,  dövlət,  şə-
rikli),  o  cümlədən  xarici  investorlar  tərəfindən  həyata  ke-
çirilir. 
Keçmiş  Sovet  İttifaqının,  sosialist  ölkələrinin  ərazi-
sində  formalaşmış  yeni  müstəqil  dövlətlərdə,  o  cümlədən 
də  Azərbaycan  Respublikasında  qarışıq  iqtisadiyyatın 
müəyyən ünsürlərilə rastlaşmaq mümkündür. Bu isə tama-
milə təbiidir, çünki həmin ölkələr hələlik inzibati sistemin 
prinsiplərindən birdəfəlik uzaqlaşmamış və bazar münasi-
bətlərini hərtərəfli formalaşdıra bilməmişlər. Lakin bunun-
la yanaşı Şərqi Avropa ölkələri, Rusiya, Qafqaz respubli-


112 
 
kaları,  Orta  Asiya  dövlətləri,  Çin,  habelə  başqa  ölkələrin 
qarışıq  iqtisadi  sistemi  arasında  ciddi  fərqlər,  özünəməx-
sus xüsusiyyətlər vardır. 
İqtisadi  nəzəriyyənin  müxtəlif  istiqamət  və  məktəb-
ləri  nümayəndələrinin  fikrincə,  perspektivdə  ayrı-ayrı  öl-
kələrin  təsərrüfat  həyatında  qarışıq  iqtisadi  sistem  daha 
mühüm bir rol oynayacaqdır. Sosial yönümlü bazar iqtisa-
diyyatının  formalaşmasına  real  imkanlar  yaradan  qarışıq 
iqtisadi sistem cəmiyyətin sabitliyi, istehsalın səmərəliliyi, 
əhalinin  gəlirlərinin  artırılması  baxımından  daha  əlveriş-
lidir. 
Qeyd etmək zəruridir ki, yuxarıda göstərilən iqtisadi 
sistemlərin  hər  birinin  öz  milli  modelləri  və  variantları 
vardır.  Həmin  model  və  variantlar  bir-birindən  istehsalın 
təşkilinə,  ölkənin  milli  xüsusiyyətlərinə,  iqtisadi  imkanla-
rına,  iqtisadi-sosial  problemlərinə,  ümumi  mədəni  inkişaf 
səviyyəsinə  görə  fərqlənirlər.  Müasir  bazar  münasibətləri 
iqtisadi  sistemində  amerika,  alman,  isveç,  yapon,  çin  və 
digər modellər fəaliyyət göstərir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə