3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   79

102 
 
bütün  sahələrinin  fəaliyyətinə  qarışır.  Ona  görə  də  bu  cür 
iqtisadiyyatın  idarə  olunması  inzibati  -  amirlik  qaydaları 
kimi səciyyələndirilir. 
Bu  tip  ictimai  təsərrüfatda  iki  model  fəaliyyət  göstə-
rir: birincisi, direktiv-planlaşdırma modeli; ikincisi, nor-
mativ-planlaşdırma modeli. Hər iki model sərt qayda-qa-
nunlara əsaslanır. Bu qaydalara əsasən, müəssisələrin müs-
təqilliyi  əsasən  nəzərə  alınmır,  onların  təsərrüfat  fəaliy-
yətinin  qiymətləndirməsi  direktiv  və  normativ  planların 
yerinə  yetirilməsi  ilə  ölçülmüşdü.  Bu  modellərin  ümumi 
cəhəti,  sərbəst  bazar  münasibətlərini  məhdudlaşdırmaq 
xətti olmuşdu. 
Məlumdur  ki,  planlı  sosialist  əmtəə  təsərrüfatında 
hakimiyyət orqanları əmr, göstəriş, tapşırıq, qanunlar ver-
mək yolu ilə iqtisadiyyatı idarə edirdi. Dövlət Plan Komi-
təsi  geniş  bir  əraziyə  malik  ölkədə  ən  adi  istehlak  malla-
rından  başlayaraq,  strateji  raketlərə  qədər  hər  şeyi  plan-
laşdırır  və  milyonlarla  istehsalçılardan  bu  göstəriciləri 
danışıqsız  yerinə  yetirməyi  tələb  edirdi.  «Plan-qanundur» 
prinsipi  ilə  işləyən  sosialist  təsərrüfat  sistemi,  real  vəziy-
yət, bazardakı tələblə-təklif, insanların maraq və zövqü ilə 
hesablaşmadığından, eyni zamanda  dünya  miqyasında el-
mi-texniki nailiyyətlər əsasında genişlənən kəskin rəqabət 
mübarizəsinə  davam  gətirə  bilmədiyindən,  məğlubiyyətə 
uğradı. 
Müasir bazar iqtisadiyyatı müxtəlif mülkiyyət forma-
larının  və  sahibkarlıq  fəaliyyətinin  qarışığından  ibarət 
olan kompleks iqtisadi sistem kimi fəaliyyət  göstərir.  Bu 
şəraitdə  qarışıq  iqtisadiyyat  modeli  tədricən  üstün  bir 
mövqe  tutmaqdadır.  Deməli,  ölkənin  iqtisadiyyatında  xü-
susi mülkiyyət sahibləri, dövlət-hakimiyyət orqanları (qu-
rumları),  kollektiv  mülkiyyətçilər,  xarici  investorlar  və 


103 
 
digər  işgüzar  biznes  adamları  birgə  fəaliyyət  göstərirlər.
 
Bunu, keçmiş Sovet İttifaqı dağıldıqdan  sonra,  ya-
ranmış  müstəqil  dövlətlərin  iqtisadiyyatı  timsalında  daha 
aydın görmək olar. Məsələn, Rusiya kimi böyük bir ölkə-
də son illərdə böyük dəyişikliklər baş verərək, mülkiyyətin 
65-70%-i xüsusi mülkiyyətçilərin əlinə keçmişdir. 
Son  məlumatlara  görə  Azərbaycan  Respublikasında 
ÜDM-un  82%  özəl  bölmənin  payına  düşür.  Respublikada 
sənaye  məhsulunun  33-35%,  kənd  təsərrüfatı  məhsulla-
rının  isə  95-98%-i  özəl  bölmənin  payına  düşür.  Hazırda 
respublikanın  iqtisadiyyatında  dövlət  bölməsi,  xüsusi  sa-
hibkarlar,  şərikli  müəssisələr,  xarici  investorlar  fəaliyyət 
göstərməkdədirlər. 
Bəzən  belə  fikirlər  irəli  sürülür  ki,  dövlət  iqtisadiy-
yatın işinə qarışmamalı və təsərrüfat məsələləri ilə məşğul 
olmamalıdır.  Lakin  dünya  təcrübəsi  göstərir  ki,  dövlətin 
müəyyən hüdudlar çərçivəsində ölkənin təsərrüfat həyatın-
da iştirakı məqsədəuyğundur. Çünki, ölkənin və milli iqti-
sadiyyatın  elə  problemləri,  sahələri  vardır  ki,  dövlətin 
həmin işdə iştirakı, habelə tənzimləyici fəaliyyəti, ölkənin 
milli  maraqları,  onun  iqtisadi  təhlükəsizliyi  baxımından 
məqsədəuyğundur. 
 
 
 
 
 
 
 
 
 
 


104 
 
MÖVZU 6. 
 
CƏMİYYƏTİN İQTİSADİ SİSTEMİ 
 
a)
 
İqtisadi sistemin mahiyyəti və prinsipləri. 
b)
 
İqtisadi sistemin daxili quruluşu(strukturu). 
c)
 
İqtisadi  sistemlərin  təsnifatı  (formaları,  tipləri  və  mo-
delləri). 
 
a)
 
Sistem  (sustem)  sözünün  yunancadan  tərcüməsi 
müxtəlif  hissələrdən  ibarət  tam,  yaxud  bütöv  mənasını  ve-
rir. 
İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan 
fəaliyyətinin  qarşılıqlı  əlaqəsi,  habelə  kompleksli  surətdə 
inkişafı başa düşülür: Deməli, iqtisadi sistem təsərrüfat hə-
yatı hadisələrinin və prinsiplərinin inkişafı gedişini özündə 
əks etdirir. Bu baxımdan iqtisadi sistem konkret hər hansı 
bir cəmiyyətdə onun istehsal imkanlarına, ölkənin və əha-
linin  maddi-mənəvi  ehtiyaclarının  ödənilməsi  səviyyəsinə 
uyğun  olmalıdır.  Başqa  sözlə  iqtisadi  sistem,  cəmiyyət 
miqyasında iqtisadi əlaqələrin və insanların çoxcəhətli tə-
sərrüfat fəaliyyətinin ümumi ifadəsi (məcmu) olub, bütöv-
lükdə  ölkənin,  habelə  əhalinin  maddi-mənəvi  tələbatları-
nın ödənilməsinə xidmət edir. 
İqtisadi  nəzəriyyə  elmində  iqtisadi  sistemə  qısa  və 
geniş  təriflər  verilir.  Qısa  tərifə  görə  «cəmiyyətdə  əsas 
iqtisadi  münasibətlər  (mülkiyyət)  və  istehsalın  (müəssisə-
lərin,  birliklərin)  təşkilati-hüquqi  formaları  bazasında  ya-
ranmış  prosesə  iqtisadi  sistem  deyilir».  Geniş  tərifə  görə 
«iqtisadi  sistem  -  iqtisadiyyatın  əsas  probleminin  həllinin 
təşkili  və  idarə  olunmasına  görə,  mövcud  resurslardan 


105 
 
(torpaq, kapital, əmək, sahibkarlıq fəaliyyəti) istifadə edə-
rək, cəmiyyətin, habelə onun üzvlərinin tələbatlarının ödə-
nilməsi prosesinə deyilir» 
Aydındır  ki,  müxtəlif  tarixi  dövrlərdə  cəmiyyətin 
ehtiyacları  və  insanların  tələbatlarını  hərtərəfli  təmin  et-
mək üçün real imkanlar, konkret şərait eyni olmamışdır. 
Lakin  istər  qədim  dövrlərdə,  istərsə  orta  əsrlərdə, 
istərsə də müasir mərhələdə insan cəmiyyəti yaşayıb inki-
şaf  etmək  üçün  hökmən  istehsal  etmiş,  məhsulların  böl-
güsünü  həyata  keçirmiş,  mübadilə  aparmış  və  nəhayət 
məhsullar,  xidmətlər  istehlak  olunaraq,  son  məqsəd  kimi 
reallaşdırılmışdır. 
Deməli,  bütün  iqtisadi  sistemlər  həmişə  «nə  istehsal 
etməli, necə istehsal etməli və kim üçün istehsal etməli?» 
problemi  ilə  qarşılaşmışlar.  Bu  həyati  suallara  cavab  isə, 
məhdud  iqtisadi  resurslarla  insanların  sonsuz  tələbatlarını 
necə ödəməyin optimal yollarının axtarışı ilə verilmişdir. 
İqtisadi  sistem  bu  işi,  məhdud  iqtisadi  resurslardan 
səmərəli  istifadə  etməklə,  cəmiyyətin  və  onun  üzvlərinin 
çoxcəhətli tələbatlarını ödəməyə çalışmışdır. 
Bütün cəmiyyətlərin təsərrüfat həyatı və iqtisadiyyatı 
-  torpaq,  resurslar,  insan,  kapital  kimi  müxtəlif  amillərin 
qarşılıqlı fəaliyyətinin nəticəsidir. İlk baxışda bu amillərin 
qarşılıqlı əlaqəsi, təsiri və fəaliyyəti bir növ nizamsız hərə-
kəti xatırlada bilər. 
Lakin  əslində  həmin  müxtəlif  amillərin,  ünsürlərin 
hərəkəti və fəaliyyəti müəyyən qanunauyğunluqlar əsasın-
da baş verir. Bütün bunlar cəmiyyətin vahid iqtisadi siste-
mini təşkil edir. İqtisadi sistemin vəzifəsi bütövlükdə öl-
kənin  təsərrüfat  həyatının  təşkilinə  və  onun  idarə  edilmə-
sinə xidmət göstərməkdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə