3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

93 
 
ən qiymətli sərvəti sayılan insan, onun içindən çıxdığı və 
əhatəsində  yaşadığı  təbiətlə  öz  qarşılıqlı  münasibətlərini 
düzgün  qurmalıdır.  O,  təbiət  və  ekoloji  mühitlə  öz  qarşı-
lıqlı münasibətlərini tam ağalıq, habelə «mənəmlik» prin-
sipləri  əsasında  qursa,  şübhəsiz  son  iqtisadi-sosial  nəticə-
lər baxımından yüksək səmərəliliyə nail ola bilməz. 
70  il  davam  etmiş  sovet  quruluşu  və  planlı  sosialist 
təsərrüfatı  sistemində,  ideoloji  prinsiplərə  əsaslanan  belə 
bir mövqe dəbdə olmuşdu ki, biz təbiətdən mərhəmət göz-
ləyə bilmərik, onu mütləq özümüzə tabe etməliyik. Şübhə-
siz,  insan  təbiət  və  onun  dağıdıcı,  hələ  ram  edilməmiş 
qüvvələri qarşısında aciz qalmamalıdır. O, nəhəng su elek-
trik  stansiyaları  da  tikməli,  bəndlər  də  qurmalı,  meşələr-
dən  də  faydalanmalı,  suvarma  kanalları  da  çəkməlidir. 
Lakin  insanın  bu  fəaliyyəti  düşünülmüş,  öz  əməllərinin 
gələcək  nəticələrini  nəzərə  almaqla  həyata  keçirilməlidir. 
İnsanın  təbiətlə  qarşılıqlı  münasibətləri  zəruri  olduğu  qə-
dər də, ehtiyatla, bərpa işləri aparmaqla, ətraf mühitin qo-
runması qayğılarına diqqət yetirməklə reallaşdırılmalıdır.  
Bəşəriyyətin  müasir  mərhələdə  rastlaşdığı  və  həll 
etməyə  çalışdığı  qlobal  problemlər  arasında  ekologiya 
məsələləri,  ətraf  mühitin  çirkləndirilməsinin  qarşısının 
alınması,  təbiətin  qorunması,  habelə  cəmiyyətlə  təbiət 
arasında  tarazlı  münasibətlərin  formalaşdırılması  olduqca 
vacibdir.  Təsadüfi  deyildir  ki,  marksist  iqtisadi  nəzəriyyə 
məktəbinin görkəmli nümayəndələrindən biri olan F.Engels, 
özünün «Təbiətin dialektikası» əsərində tarixən insanların 
yaşadıqları təbiətə və ətraf mühitə dağıdıcı, sırf istehlakçı 
münasibətlərinin  acı  nəticələr  verdiyini  göstərmişdi.  O, 
təbiətə bu cür münasibətin gələcəkdə daha ciddi təhlükələr 
doğura  biləcəyinə  diqqəti  cəlb  edərək  yazmışdı  ki,  biz 


94 
 
təbiət üzərində bir işğalçı xalqın əsarət altına saldığı başqa 
xalq üzərində hökmranlıq etdiyi kimi ağalıq edə bilmərik. 
Çünki biz təbiətdən çıxmışıq və onun bir hissəsiyik.  «Biz 
bütün  canımız,  qanımız,  beynimizlə  təbiətə  mənsubuq  və 
təbiət üzərindəki bütün hökmranlığımız ondan ibarətdir ki, 
bütün başqa canlılardan fərqli olaraq, biz təbiət qanunları-
dərk edib, bunları düzgün tətbiq edə bilərik». 
Hər hansı bir istehsalın həyata keçirilməsi və fəaliy-
yət  göstərməsi  üçün  bu  prosesin  maddi  (obyektiv,  təbii), 
habelə şəxsi (subyektiv) amilləri qarşılıqlı surətdə birləşə-
rək, bir-birinə təsir  göstərməlidirlər. İstehsal vasitələri ilə 
insan əməyinin vəhdətindən ibarət olan məhsuldar qüvvə-
lərin müxtəlif problemləri ilə ayrı-ayrı elmlər məşğul olur. 
İqtisadi  nəzəriyyə  elmi  isə  məhsuldar  qüvvələrin  ictimai 
təbiəti, onun inkişaf səviyyəsi, xüsusiyyətləri, quruluşu və 
vəzifələrini öyrənir. 
Ölkənin  və  cəmiyyətin  məhsuldar  qüvvələrinin  sə-
viyyəsi,  işçilərin  təhsili,  ixtisası,  peşəkarlığı,  texnika-tex-
nologiyanın inkişaf dərəcəsi ilə ölçülür. Məhsuldar qüvvə-
lərin  xarakteri  -  istehsalın  ictimailəşdirilməsi  səviyyəsi, 
əmək bölgüsü və kooperasiyanın dərinliyi, istehsalın iqti-
sadi-inzibati təşkilinin səmərəliliyi ilə ölçülür. 
Məhsuldar  qüvvələrin  quruluşu  dedikdə,  onun  mad-
di, mənəvi və ictimai, yəni birgə fəaliyyət nəticəsi olması 
kimi cəhətlər nəzərdə tutulur. 
Həyatda insanlar müxtəlif istehsal prosesləri gedişin-
də  təbiətlə,  onun  nemətləri  ilə  qarşılıqlı  əlaqədə  olduqları 
kimi  bir-biri  ilə  də  ictimai-iqtisadi  münasibətlərə  girirlər. 
İnsanlar həyatda əməkdaşlıq edir, şərikli iş görür, muzdla 
işləyir, sahibkarlıq və işgüzar biznes fəaliyyəti ilə məşğul 
olur,  bəzən  rəhbərlik  edir,  bəzən  də  adi  icraçı  kimi  müx-
təlif vəzifələri yerinə yetirirlər. 


95 
 
İstehsal  münasibətləri  dedikdə,  ilk  növbədə  mülkiy-
yət münasibətləri, yəni kimin mülkiyyətin sahibi və kimin 
isə  mülkiyyətin  istifadəçisi,  icraçısı,  idarəedicisi  olması 
nəzərdə  tutulur.  Həmin  insanların,  yaxud  insanlar  qrupu-
nun  istehsal  prosesində  tutduqları  mövqe  və  oynadıqları 
roldan asılı olaraq, bir sahibkar, fermer, şirkət başçısı, fəh-
lə  kimi  cəmiyyətin  yaratdığı  ümumi  məhsuldan  müəyyən 
pay alırlar.        
Bu  pay  mənfəət  (sahibkar),  əmək  haqqı  (fəhlə-qul-
luqçu), renta (fermer), faiz (səhm sahibi) formalarında ola 
bilər. 
Real həyatda mülkiyyətin - əqli (zehni, intellektual); 
daşınmaz  (ev,  mülk,  torpaq,  zavod,  sex,  bina,  meşə,  mə-
dən); daşınar (məhsul, yük, mebel, zinət şeyləri, pal-paltar
meyvə  tərəvəz,  ərzaq);  kapital  (pul,  səhm,  əmanət)  kimi 
növləri (formaları, tipləri) ilə rastlaşırıq. 
İqtisadi münasibətlər real, təkrar olunan, həyati mü-
nasibətlərdir.  İnsanlar  həyatda  cəmiyyətdən  və  təbiətdən 
asılı olduqları kimi, şübhəsiz eyni zamanda bir-birlərindən 
də asılıdırlar. İqtisadi nəzəriyyə öyrədir ki, istehsal müna-
sibətləri  ilə  iqtisadi  münasibətlər  arasında  qarşılıqlı  sıx 
əlaqə  olsa  da,  lakin  onlar  eyni  anlayış  deyildir.  İstehsal 
münasibətləri bilavasitə istehsalı, yəni insanların fəaliyyət 
göstərdikləri  sahəni-bankı,  şirkəti,  fermer  təsərrüfatını 
əhatə edirsə, iqtisadi münasibətlər bütövlükdə təkrar isteh-
sal  prosesini  (istehsalı,  bölgünü,  mübadiləni,  istehlakı) 
əhatə edir. 
İstehsal  münasibətlərinin  daşıyıcısı  ayrı-ayrı  cəmiy-
yət  üzvləri,  əmək  kollektivi,  ictimai  qruplar,  dövlət  ola 
bilər.  İstehsal  münasibətlərinin  aşağıdakı  növləri  (tipləri) 
var: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə