3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   79

90 
 
simləri, əmək vasitələri zəruri bir şərt kimi olmalıdır. 
Əmək - insanın şüurlu fəaliyyəti olub, insanla təbiət 
arasında baş verən proseslərdə müxtəlif maddələri, cisim-
ləri, şeyləri məqsədəuyğun surətdə öz tələbatına uyğunlaş-
dırmasıdır.  Ağacdan  ox  və  müxtəlif  alətlərdən  başlamış, 
müasir  texnika  və  raketlərə  qədər  hər  şey,  məhz  insan 
əməyinin məhsuludur. 
Maddi  və  mənəvi  sərvətlərin  yaradılmasının  əsas 
amili sayılan əmək yalnız insana məxsusdur. İnsan şüurlu 
və  məqsədəuyğun  şəkildə  təbiətin  verdiyi  nemətlərdən 
özünün,  habelə  cəmiyyətin  konkret  tələblərinə  uyğun 
məhsullar yaradır. Bu mənada, əmək öz mahiyyətinə görə 
həmişə ictimai xarakter daşıyaraq, əkinçinin əməyi maşın-
qayıranın  və  nəqliyyatçının  əməyi  isə  mədənçinin  əməyi 
ilə qarşılıqlı təsirdə fəaliyyət göstərmişdir. 
Əmək öz  məzmununa  görə sadə (xüsusi hazırlıq tə-
ləb  etməyən,  yaxud  ixtisassız)  və  mürəkkəb  (ixtisaslı) 
əməyə  ayrılır.  Müasir  elmi-texniki  inqilab  şəraitində  ixti-
saslı, yaxud mürəkkəb əməyə olan tələbin artması təbiidir. 
Xalq təsərrüfatının  müxtəlif sahələrində  əmək  məhsuldar-
lığının,  yəni  vaxt  vahidi  ərzində  daha  çox  və  keyfiyyətli 
məhsul istehsalı, şübhəsiz işçinin ixtisasından, peşə hazır-
lığı səviyyəsindən xeyli dərəcədə asılıdır. Bu mənada yük-
sək  ixtisaslı  mütəxəssis  kadrlara,  hazırlıqlı  «insan  amili-
nə»  lazımı  qayğı  göstərməyən  ölkə,  müasir  elmi-texniki 
tərəqqi əsrində qarşısında duran ciddi iqtisadi-sosial prob-
lemləri uğurla həll edə bilməz. 
Əmək cismi - istehsal prosesi gedişində əməyin təsir 
etdiyi  bütün  maddi  ünsürlərdir.  İnsan  əmək  vasitələri  ilə 
əmək cisimlərinə təsir edərək, onları öz konkret tələblərinə 
uyğunlaşdırır.  Təbii  sərvətlər,  materiallar,  xammal  əmək 


91 
 
cismi  sayıla  bilər.  Lakin  hər  hansı  bir  əmək  cismi  hələ 
xammal deyildir. Əmək cisminin xammala, xammalın ya-
rımfabrikata,  onun isə  hazır  satış  məhsullarına  çevrilməsi 
üçün, şübhəsiz müəyyən əmək sərf olunmalıdır. 
Əmək vasitələri dedikdə, ilk növbədə əmək alətləri 
nəzərdə tutulur. Əmək vasitələrinə torpaq sahələri, müxtə-
lif istehsal binaları,  yollar, kanallar, körpülər, anbarlar və 
sairə daxildir. 
Cəmiyyət inkişaf edib irəlilədikcə, yeni təsərrüfat sa-
hələri  meydana  çıxıb  fəaliyyət  göstərdikcə,  daha  mükəm-
məl  əmək  vasitələrinə  ehtiyac  yaranır.  Dünya  ölkələrinin 
təsərrüfat həyatının təcrübəsi sübut edir ki, cəmiyyətin və 
istehsal  sahələrinin  müəyyən  ehtiyacları  yarandıqda,  ona 
uyğun da əmək vasitələri hazırlanır, kəşflər edilir, texniki 
baza  formalaşır.  Doğru  deyilmişdir  ki,  müxtəlif  iqtisadi 
dövrlərin fərqi nə istehsal etmələrində deyil, necə və hansı 
əmək vasitələri ilə istehsal etmələrindədir. Ona görə də in-
sanlar  ən  qədim  zamanlardan  başlayaraq  bu  günə  qədər 
əmək  vasitələrini    tədricən  təkmilləşdirib,  yeniləşdirmək 
sahəsində, həqiqətən ciddi uğurlar qazanmışlar. Əmək cis-
mi  ilə  əmək  vasitəsi  birlikdə  cəmiyyətin  istehsal  vasitə-
lərini təşkil edir. 
b) İnsanların varlığı, yaşayışı və inkişafı, həyatda hə-
mişə  əmək  fəaliyyəti,  habelə  istehsal  prosesi  ilə  bağlı  ol-
muşdur. Lakin aydındır ki, insan cəmiyyətinin inkişafı bo-
yunca  istər  əmək  fəaliyyəti,  istərsə  istehsal  prosesi  daima 
dəyişib  təkmilləşərək  yeni  formalar  almışdır.  Məsələn, 
oddan  ilk  istifadə  edən,  sadə  əmək  alətləri  ilə  silahlanan, 
təbiət  qüvvələri  qarşısında  aciz  qalan  insanlarla,  müasir 
nəsillərin əmək fəaliyyəti, istehsalı, tələbləri, yaşayış tərzi 
arasında çox böyük fərqlər vardır. İnsan cəmiyyəti inkişa-


92 
 
fının  müxtəlif  mərhələlərində  iqtisadi  həyatda  müəyyən 
ümumi təsərrüfat formaları, yaxud tipləri fəaliyyət göstər-
miş  və  göstərməkdədir.  Aydındır  ki,  cəmiyyətin  iqtisadi 
həyatının formaları, sabit və dəyişməz bir anlayış deyildir. 
Vəziyyət  dəyişdikcə,  insanların  tələbatları,  əmək  bacarığı 
və fəaliyyəti, istifadə etdikləri avadanlıq və texniki vasitə-
lər  təkmilləşdikcə,  təsərrüfatın  təşkili  (aparılması,  həyata 
keçirilməsi) əvvəlkindən fərqlənir. Həyat özü tələb edir ki, 
cəmiyyətin  təsərrüfat  həyatı  köhnə  qaydalarla  deyil,  yeni 
daha mütərəqqi, səmərəli, faydalı surətdə təşkil olunsun. 
Cəmiyyətin tarixi təkamül və inkişaf prosesi gedişin-
də, məhsuldar qüvvələrin inkişafı və istehsal münasibətlə-
rinin  dəyişilməsi  nəticəsində,  iqtisadi  həyatda  mövcud 
olan,  fəaliyyət  göstərən  təsərrüfat  formaları,  tipləri  də 
dəyişirBu həyatın, təsərrüfatın inkişaf qanunudur. Çünki 
qədim  yunan  müdriklərinin dediyi kimi “hər  şey axır, hər 
şey dəyişir”. 
c) Hər bir cəmiyyətdə və onun iqtisadi sistemində iki 
istiqamətli münasibətlər vardır. Bu münasibətlərdən birin-
cisi insanların, cəmiyyət üzvlərinin təbiətə olan münasibə-
tidir.  İkincisi  isə  istehsal  prosesində,  yəni  maddi  nemət-
lərin  yaradılması  və  müxtəlif  xidmətlər  göstərilməsində 
insanların bir-birinə olan qarşılıqlı münasibətləridir. 
Cəmiyyətin  məhsuldar  qüvvələri  dedikdə,  istehsal 
vasitələri  (əmək  cisimləri  ilə  əmək  vasitələri)  və  bunları 
hərəkətə gətirən insanlar nəzərdə tutulur. 
Məhsuldar qüvvələr cəmiyyət həyatının əsası sayılan 
çoxcəhətli  istehsal  prosesində,  insanların  təbiətlə  olan  bi-
lavasitə  əlaqəsini,  qarşılıqlı  münasibətlərini  ifadə  etməklə 
yanaşı,  həm  də  onların  bu  real  amillərdən  nə  dərəcədə 
faydalanmaq imkanlarını göstərir.  Təbiətin və cəmiyyətin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə