3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi


damcılı ,  buxarlandırıcılı



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə36/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   32   33   34   35   36   37   38   39   40
3-cu fesil-148-218

damcılı
,
 buxarlandırıcılı
və 
barbotajlı
olurlar. Damcılı 
odarizatorların köməyi ilə odorant qaz kəmərinə damlalar və ya nazik şırnaqla 
daxil edilir (şəkil 3.26).
 
Şəkil 3.26. Diafraqmalı damcılı odorizator 
1-odorant üçün baçok; 2-çökdürücü-süzgəc; 3-süzgəc; 4- üzgəcli
kamera; 5,8-birləşdirici borucuqlar; 6-nazik diafraqma; 7-baxış şüşəsi;


- 214 - 
9-qaz kəmərində diafraqma; 10-qaz kəməri; 11-əl nasosu; 12-ehtiyat 
tutum 
Odarizator diafraqmanın köməyi ilə yaradılan təzyiqlər fərqinin hesabına 
fəaliyyət göstərir. Odorant üzgəcli kameradan, diafraqmadan, baxış şüşəsindən 
keçməklə nazik borucuqla qaz kəmərinə daxil olur. Üzgəc kamerasında bütün 
vaxt sabit səviyyə saxlanılır. Odorantın sərfinin dəyişməsinə diafraqmanın 
dəyişdirilməsi ilə nail olunur.
Hal-hazırda ən çox geniş tətbiq olunan odarizator buxarlandırıcılı və 
barbotajlı odarizatorlar hesab edilir. Bu odraizatorlar uyğun olaraq şəkil 3.27 
və 3.28-də göstərilmişdir.
 
Şəkil 3.27. Buxarlandırıcı (fitilli) odarizator 
1-diafraqma; 2- qaz kəməri; 3- çən; 4-şaquli asılmış fitillər;
5-tənzimləyici ventil; 6-ölçü şüşəsi 
 
Bu odarizatorlar üçün odorantın sərfi ilə qazın sərfi arasında düz mütənasib 
asılılıq yoxdur. Belə ki, odorantın daxil edilməsi kəmərdən keçən qazın
miqdarından asılı olmayaraq dəyişən maye sütununun təsiri ilə baş verir. 


- 215 - 
Gün ərzində sərfin dəyişməsi (rəqsi) zamanı qurğunun iş rejiminin tez-tez 
dəyişdirilməsi tələb olunur. Bu zaman tənzimləmə işi əl ilə aparıldığı üçün, 
dozalamanın dəqiqliyi xidmət göstərən personalın təcrübəsindən asılı olacaqdır. 
Hal-hazırda bir sıra qazpaylayıcı stansiyalarda qazın odarizasiyası üçün 
yarımavtomatik qurğular tətbiq olunur. Bu qurğular konstruksiya baxımından 
sadə, etibarlı olmaqla praktiki olaraq odaranatın və qazın sərfləri arasında 
mütənasib asılılığı da təmin edir (şəkil 3.29).

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə