3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   32   33   34   35   36   37   38   39   40
3-cu fesil-148-218

3.17.
 
Qazın odorizasiyası 
 
Təbii qaz, əgər hidrogen -sulfiddən təmizlənibsə, rəngsiz və iysiz olur. 
Odur ki, baş verən qaz sızmalarını aşkar etmək çox çətinlik törədir.
Qazın nəqlinin və istifadə olunmasının təhlükəsizliyini təmin etmək 
məqsədilə onu 
odorizasiya 
edirlər, yəni qaza kəskin, arzuolunmaz iy verirlər. 
Bu məqsədlə qaza xüsusi odorantlar qatılır. Bu zaman onların yanma məhsulları 
fizioloji cəhətdən ziyansız, kifayət qədər uçucu (qaynama temperaturu aşağı) 
olmalı, korroziyaya səbəb olmamalı, kimyəvi olaraq qazla qarşılıqlı əlaqəyə 
girməməli, su və ya karbohidrogen kondensatı tərəfindən udulmamalı, torpaq 
və əşyalarla güclü sorbsiya edilməməlidirlər. Odorontlar həmçinin baha 
olmamalıdır. Qeyd olunan tələblərə ən çox cavab verən odorontlardan 
etilmerkaptanları misal göstərmək olar. Lakin etilenmerkaptanlardan istifadə 
etdikdə onlara xas olan çatışmayan cəhətləri də nəzərə almaq lazımdır. 
Məsələn, toksiki cəhətdən onlar hidrogensulfid qədər zərərlidir. Əgər qaz 
emala göndərilirsə, onda onu merkaptandan təmizləmək lazımdır. Əks halda 
onlar katalizatorları zəhərləyir. Etimerkaptan metal oksidləri ilə kimyəvi 
cəhətdən qarşılıqlı əlaqəyə girdiyindən, odorizasiya olunmuş qazın nəqli 
zamanı tədricən odorantın iyi zəifləyir. 
Etilmerkaptanlardan başqa qazın odorizasiyası məqsədilə həmçinin sulfan, 
metilmerkaptan, propilmerkaptan, kalodorant, pentalaramdan və s. istifadə 
olunur. Odorant kimi tərkibində kükürd və kükürd birləşmləri olan təbii 
qazların təmizlənməsi zamanı alınan merkaptan qarışıqlarından da istifadə 


- 213 - 
olunur. Qazın odorizasiyası qaz kəmərlərinin baş tikililərində və qazpaylayıcı 
stansiyalarda aparılır.
Qazda odorant buxarlarının qatılığı elə olmalıdır ki, aşağı partlayış 
həddinin 
5
1
-dən çox olmayan qazın həcmi qatılığında kəskin iy hiss olunsun. 
Etilmerkaptanın orta illik sərf norması hər 1000 m
3
qaza 16 q təşkil edir. 
Adətən, qış vaxtlarına nisbətən yay aylarında odorantın sərfi 2 dəfə az olur. 
Qaz axınına odorantı daxil etmək üçün istifadə olunan qurğu odorizator 
adlanır. Odorizatorlar 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə