3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
3-cu fesil-148-218

 
 
 
Şəkil 3.24. Qazın adsorbsiya üsulu ilə qurudulması 
1 və 5-separatorlar; 2 və 3-adsorberlər; 4-soyuducu; 6-qaz çiləyici;
7-qızdırıcı; K-kondensat; NQ-nəm qaz; QQ-quru qaz; İQ-isidilmiş qaz; 
QİQ-quru, qızdırılmış qaz; TT-təzyiq tənzimləyicisi 


- 208 - 
Qazları daha dərindən qurutumaq üçün seolitlərdən-malekulyar ələklər-
 
dən istifadə olunur. Seolitlər mürəkkəb qeyri-üzvi polimer birləşmələri olmaqla 
kub şəkilli yarığı olan kristallik quruluşa malik olur. Onların bütün məsamələri 
standart ölçülərə malik olur, məsln, 5, 7, 112, 13 A
0
və s. Bunun hesabına 
seolitlər əsasən kiçik malekulları ayıraraq sorbsiya edir, iri malekullar isə 
adsorbsiya olunmur. Seolitlər poroşok və ya qranul şəklində (3mm-dən) istifadə 
olunmaqla yüksək məsaməliliyə (50 %-dən) malik olmaları və məsamələrin 
böyük səthləri ilə seçilirlər.
Molekulyar ələklərin regenerasiyası üçün 473-573 K-dən qızdırılmış 
quru qazdan istifadə olunur. Bu məqsədlə qurudulma zamanı qaz axınının 
əksinə olaraq qızdırılmış quru qaz seolit qatından buraxılır. 
3.16.
 
 Qazın soyudulmaqla quruduluması 
 
 
Qazın qurudulması, qaz-kondensat yataqlarından çıxarılan qazlardan aşağı 
temperaturlu separasiya qurğularında kondensatın ayrılması, individual qaz 
komponentlərinin alınması, qazların mayeləşməsi zamanı və s. hallarda 
soyudulma prosesindən istifadə olunur. Aşağı temperaturlu separasiya (ATS) 
soyutma dərinliyindən asılı olaraq qazdan 80-90%-dən ağır karbohidrogenlərin 
çıxarılması və qazın nəqli zamanı onun əhəmiyyətli dərəcədə qurudulmasına 
imkan verir. Praktikada lay təzyiqindən (qazın droselləşməsi yolu ilə) və süni 
soyuqdan istifadə etməklə nisbətən kiçik temperaturlar fərqi olan ATS tətbiq 
olunur.
Detander (porşenli və ya turbinli) qazın daha dərindən soyudulmasına 
imkan verməklə yanaşı ATS qurğularının xidmət müddətini də artırır.


- 209 - 
ATS qurğularında süni soyuqdan (soyuducu maşınlardan) istifadə 
olunması yataqların işlənməsi başa çatana kimi qazları emal etməyə imkan 
verir, ancaq bu zaman mədənin abadlaşdırılmasına qoyulan kapital xərcləri 1,5 
-2,5 dəfə çoxalır. 
ATS-in prinsipial texnoloji sxemi şəkil 3.25-də göstərilmişdir.
Quyulardan xam qaz kompleks hazırlanma qurğusuna daxil olur, ilkin 
droselləmədən sonra (və ya onsuz) maye damlalarından ayrılmaq üçün 1-ci 
pilləsinin separatoruna (3) göndərilir.
Sonra qaz istilikdəyişdiriciyə (5) göndərilir və orada aşağı temperaturlu 
separatordan (7) boru arxası, fəzaya daxil olan qazla soyudulur. İstilik dəyiş 
diricidən ejektor (6) vasitəsi ilə qaz aşağı temperaturlu separatora daxil olur
harada ki, temperaturun azalması hesabına həm istilikdəyişdirici, həm də 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə