HƏYATIN GERÇƏK MƏNŞƏYİ
90
“dinozavr-quş əlaqəsinin sübutu” kimi təqdim edilir.
Məsələn, bəzi təkamülçü KİV-lərdə dinozavrların bud sümüklərindəki
fərqlərin quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəlməsi tezisinə
sübut olduğu hesab edilir. Sözügedən bud sümüyü fərqi
saurischian
(sürünənəbənzər kələzçanaqlılar) və
ornithischian (quşçanaqlılar) qruplarına
aid olan dinozavrlardadır. Elə bu “quşçanaqlı dinozavrlar” anlayışının bəzən
“dinozavr-quş təkamülü” iddiasına dəlil olduğunu düşünürlər.
Lakin sözügedən çanaq fərqi quşların əcdadlarının dinozavrlar olması
iddiasına heç bir dəlil təşkil etmir. Çünki
ornithischian (quşçanaqlı) qruplarına aid
dinozavrlar digər anatomik xüsusiyyətləri baxımından əsla quşlara bənzəmir.
Məsələn, qısa ayaqlara, nəhəng gövdəyə, zirehə bənzər iri pulcuqlu dəriyə
malik olan (hətta müharibə tanklarına bənzədilən)
ankylosaurus ornithischian
qrupuna aid quşabənzər quşçanaqlı dinozavrdır. Bunun əvəzində bəzi anatomik
xüsusiyyətləri ilə quşlara bənzədilən uzun ayaqlı, qısa ön ayaqlara malik incə
quruluşlu
struthiomimus isə
saurischian (kələzçanaqlılar) qrupuna daxildir.
111
Bir sözlə, çanaq quruluşu heç cür dinozavrlarla quşlar arasında təkamül
xarakterli əlaqə olması iddiasına dəlil deyil. “Quşçanaqlı dinozavrlar” tərifi
sadəcə bənzərlikdən irəli gələn tərifdir və iki canlı qrupu arasındakı digər
böyük anatomik fərqlər bu bənzərliyi təkamülçü nöqteyi-nəzərdən belə şərh
etməyi qeyri-mümkün edir.
Quşun ağciyərinin özünəməxsus quruluşu
Sürünən-quş təkamülü ssenarisini qeyri-mümkün edən başqa bir səbəb
quşun ağciyərinin təkamüllə açıqlanmayan özünəməxsus quruluşudur.
Quruda yaşayan canlıların ağciyərləri “iki-istiqamətli” quruluşa malikdir:
nəfəs aldıqda hava ağciyərdəki şaxələnmiş kanallar boyu irəliləyir və kiçik hava
kisəciklərinə daxil olur. Oksigen-karbondioksid mübadiləsi burada baş verir.
Ancaq daha sonra çirklənmiş bu hava tamamilə əks istiqamətdə hərəkət edir və
gəldiyi yolla ağciyərdən çıxır, əsas bronx yolu ilə xaric edilir.
Quşlarda isə hava ağciyər kanalı boyu “tək-tərəfli” hərəkət edir. Ağciyərlərin
giriş və çıxış kanalları bir-birlərindən fərqlidir və bu kanallar boyu uzanan
xüsusi hava kisəcikləri sayəsində hava daima ağciyərin içində tək istiqamətdə
axır. Bu sayədə quş havadakı oksigeni fasiləsiz qəbul edir. Beləliklə, quşun
yüksək enerji tələbatı təmin edilir. “Avien ağciyər” adlanan bu xüsusi tənəffüs
sistemi Maykl Denton tərəfindən “Böhran içində olan nəzəriyyə” (A theory in
crisis) adlı kitabında belə izah edilir:
Quşlarda əsas bronx ağciyər toxumasını təşkil edən borulara ayrılır.
“Parabronx” adlandırılan bu borular sonda yenidən birləşərək havanın
ağciyərlər boyu tək istiqamətdə davamlı axınını təmin edən sistemi meydana
downloaded from KitabYurdu.org
Gerçək Təbiət Tarixi -II-
91
Sürünən ağciyəri
Quş ağciyəri
Quşların ağciyərləri quruda yaşayan canlıların tamamilə əksinə fəaliyyət
göstərir. Quruda yaşayan canlılar havanı eyni borudan alıb verirlər. Quşlarda isə
hava ağciyərdə birtərəfli dövr edir. Bu, ağciyərlərin ətrafında olan xüsusi hava
kisəcikləri tərəfindən təmin edilir.Təfsilatı növbəti səhifədə verilən bu sistem
sayəsində quşlar bizim kimi fasilələrlə deyil, davamlı olaraq nəfəs alırlar. Uçuş
zamanı xeyli miqdarda oksigenə ehtiyacı olan quşlar üçün bu cür quruluş
xüsusi olaraq yaradılmışdır. Bu quruluşun sürünənların ağciyərindən təkamül
keçirərək meydana çıxması imkansızdır, çünki iki müxtəlif ağciyər quruluşu
arasındakı “aralıq” bir quruluşla nəfəs almaq olmaz.
bronxlar
havanın giriş-çıxışı
alveol
parabronxlar
hava girişi
hava çıxışı
gətirirlər... Quşlardakı ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin
fəaliyyəti tamamilə özünəməxsusdur. Quşlardakı bu “avien” sistemi başqa
heç bir onurğalının ağciyərində yoxdur. Bu sistem bütün quş növlərində
eynidir.
112
Mühüm olan budur ki, ikitərəfli hava axınına malik olan sürünənlərin
ağciyərlərinin təktərəfli hava axınına malik olan quş ağciyərinə təkamül yolu
ilə çevrilməsi qeyri-mümkündür. Çünki bu iki ağciyər formasının arasında
qalan “keçid” modeli mümkün deyil. Bir canlı yaşamaq üçün daima nəfəs
almaq məcburiyyətindədir və ağciyər formasını başdan-ayağa dəyişdirən
dizayn dəyişikliyi mütləq ölümlə nəticələnir. Təkamülə əsasən, bu dəyişikliyin
milyon illər boyu mərhələli şəkildə baş verməsinə gəlincə, ağciyəri fəaliyyət
göstərməyən bir canlı bir neçə dəqiqədən artıq
yaşaya bilməz.
Maykl Denton quş ağciyərinin mənşəyini təkamülçü nöqteyi-nəzərdən izah
etməyin qeyri-mümkün olduğunu belə bildirir:
Bu cür tamamilə fərqli tənəffüs sisteminin yavaş-yavaş kiçik dəyişikliklərlə
standart onurğalı dizaynından təkamül yolu ilə əmələ gəlməsi iddiası
düşünülmədən irəli sürülmüş tezisdir. Tənəffüs fəaliyyətinin
bu təkamül
prosesi boyu heç dayanmadan qorunması canlının həyatına davam
etməsi üçün labüddür. Hər hansı səhv funksiya ölümlə nəticələnir. Quş
ağciyəri içində şaxələnmiş parabronxlarla və həmçinin bu parabronxlara
hava almağı təmin edən hava kisəsi sistemi ilə birlikdə inkişaf edib ən ali
downloaded from KitabYurdu.org