Gerçək Təbiət Tarixi -I-
81
və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki
sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar: soyuqqanlı canlılardır (öz
temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür.
Ancaq güclü qanadlara malikdirlər və bu qanadlar sayəsində uçduqları
düşünülür.
Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən
paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda belə bir təsəvvür
canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi
üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda
yaşayan sürünənlərlə aralarında heç bir ara keçid forma olmadan bir anda və
tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış
qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur.
“Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.
Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu
cür xəyali canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ
uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala
düşəcəkdilər. Belə olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan
çıxaraq nəsli kəsiləcəkdi.
Belə ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə
onların əsla təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik
olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin
qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər
barmaqlardan təxminən 20 dəfə uzundur və qanad da bu barmağın altında
uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamül yolu
ilə törəyiblərsə, onda sözügedən
dördüncü barmaq da yavaş-yavaş, mərhələli
Pterodactylus
khoci növünə
aid uçan sürünən
fosili. Bavyera
bölgəsində tapılan
nümunə 240
milyon yaşındadır.
Ən qədim uçan sürünən növlərindən biri
olan Eudimorphodon-un fosili. Şimali
İtaliyada tapılan bü nümunə təxminən 220
milyon il yaşındadır.
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
82
şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu
təsadüfi mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün
xüsusiyyət qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə
qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Ciş bu barədə belə deyir:
Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi
fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq
yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu
tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə
dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını
fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz
görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş
əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı
digər formaların mərhələli şəkildə təkamüllə əmələ gəlməsini təmin
etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən
25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya
bilməz. 25% qanad toxuması ona nə üstünlük gətirə bilər? Aydındır ki, bu
canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.
100
Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül mexanizmləri
ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül
prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq bu gün
tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan
sürünənlər var. Heç bir ara forma yoxdur. R.Karol təkamülçü olmasına
baxmayaraq, bu məsələ ilə bağlı belə etiraf edir:
Trias dövründə üzə çıxan bütün uçan sürünənlər (pterozavrlər) uçuş
üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə olduğu
Uçan sürünənlərin qanadları digər
barmaqlarından təxminən 20 dəfə uzun
olan “dördüncü barmaq “ boyunca uzanır.
Mühüm olan məsələ bu maraqlı qanad
quruluşunun fosil qeydlərindəki bir
anda və qüsursuz şəkildə meydana
gəlməsi gerçəyidir. ”Dördüncü barmağ”ın
mərhələli şəkildə, yəni təkamüllə
uzandığını göstərən keçid fosil nümunəsi
isə yoxdur.
downloaded from KitabYurdu.org