HƏYATIN GERÇƏK MƏNŞƏYİ
104
Archaeoraptor:
Dino-quş saxtakarlığı
Təkamül nəzəriyyəsinin tərəfdarları
arxeopteriksdə axtardıqlarını
tapmadıqlarına görə 1990-cı ildə digər bəzi fosillərə ümid bağladlar və bir sıra
ardıcıl “dino-quş fosili” iddiası bu illərdə dünya mediasında əks-səda doğurdu.
Ancaq bu iddiaların hər birinin yanlış şərh və hətta saxtakarlıq nümunəsi olduğu
qısa müddətdə başa düşüldü.
“Dino-quş” iddialarının ilk nümunəsi 1996-cı ildə böyük media təbliğatı
ilə gündəmə gətirilən “Çində tapılmış tüklü dinozavr fosilləri” hekayəsi idi.
Sinosauropteryx adlandırılan bir sürünən fosili tapılmışdı, ancaq fosili təhlil edən
bəzi təkamülçü paleontoloqlar onun məlum olan sürünənlərin əksinə olaraq quş
tüklərinə malik olduğunu irəli sürdülər. Lakin bir il sonra aparılan tədqiqatlarda
fosilin əslində quş tükünə bənzər heç bir formaya malik olmadığını məlum oldu.
“Elm” (Science) jurnalında dərc olunan “Tüklü dinozavrın tüklərini yolmaq”
(Plucking the feathered dinosaur) adlı məqalədə təkamülçü paleontoloqlar
tərəfindən “tük” kimi qəbul edilən formaların əslində tüklərlə heç bir əlaqəsi
olmadığı bildirilirdi:
Bir il əvvəl paleontoloqlar “tüklü dinozavra” aid fotoşəkillərin ortaya
çıxması ilə həyəcan yaşamışdılar. Çinin Yixian bölgəsində tapılan
sinosauropteryx adlı fosil “New York Times”ın ilk səhifəsində dərc edilmiş
və quşların mənşəyinin dinozavrlardan gəldiyinə dair təsirli dəlil kimi
təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası
Arxeopterikslə
eyni dövrdə yaşa-
mış Confudusor-
nis,
dövrümüzdə
yaşayan
quşlarla
cox oxşarlıqları
var.
downloaded from KitabYurdu.org
Gerçək Təbiət Tarixi -II-
105
toplantısında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini təhlil edən
altı qərbli paleontoloq bunların müasir quş tükləri olmadığını söylədilər...
Kanzas Universitetindən paleontoloq Lari Martin onların çürümüş kollagen
lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.
139
Daha böyük bir dino-quş qalmaqalı isə 1998-ci ildə başladı.
“National
geographic” jurnalı 1998-ci il, iyul sayında quşların dinozavrlardan təkamül
yolu ilə törədiyi iddiasının artıq tutarlı fosil dəlilinə əsaslandığını irəli sürdü.
Çində tapıldığı bildirilən fosilə məqalədə geniş yer ayrılaraq fosilin quş və
dinozavr xüsusiyyətlərini daşıdığı müdafiə edilirdi. Məqaləni qələmə alan
“National geographic” jurnalisti Kristofer P.Sloun fosil haqqında verdiyi şərhə o
qədər inanmışdı ki: “insanların məməli olduğunu necə əminliklə deyə biliriksə,
artıq quşların da teropod (dördayaqlı dinozavr) olduğunu eyni şəkildə söyləyə
bilərik”, - deyirdi. 125 milyon il əvvəl yaşadığı deyilən bu növə dərhal elmi ad
da verildi:
archaeoraptor liaoningensis.
140
Lakin fosil beş fərqli fosilin bir-birinə ustalıqla birləşdirilməsiylə hazırlanmış
saxta fosil idi! Aralarında üç paleontoloqun da olduğu bir qrup tədqiqatçı
bir il sonra kompüter tomoqrafiyasının köməyi ilə saxtakarlığı sübut etdilər.
Dino-quş əslində çinli bir təkamülçünün əl işi idi... Çinli həvəskarlar yapışqan
və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər.
Archaeoraptorun ön hissəsi bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə
birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər var idi.
İşin maraqlı cəhəti bu idi ki,
“National geographic” jurnalı bu cür səviyyəsiz
saxtakarlığı
heç
şübhələnmədən
dərc etmiş və hətta buna əsaslanaraq
“quşların təkamülü” ssenarilərinin
sübut edildiyini irəli sürmüşdü. ABŞ-
dakı məşhur Smitson İnstitutu Təbiət
Tarixi Muzeyindən dr. Storrs Olson bu
fosilin saxta olduğuna dair daha əvvəl
“National geographic”i xəbərdar etdiyini,
ancaq jurnalın rəhbərliyinin bunu
tamamilə qulaqardı etdiyini deyirdi.
Olsonun fikrincə, “onsuz da
“National
geographic” uzun zamandan bəri
sensasiyalı, əsassız və bayağı xəbərlər
yayaraq səviyyəsini aşağı
salmışdı”.
141
Olson
“National
geographic”
jurnalının idarə heyətindəki Piter
Reyven adlı elm adamına yazdığı
“ National geographic” jurnalının
quşların təkamülünə sübut olaraq
təqdim etdiyi Archaeoraptor adlı “dino
quş” un bir ildən sonra saxta fosil oldüğü
bilindi.
downloaded from KitabYurdu.org
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
106
aşağıdakı məktubunda jurnalın “tüklü dinozavrlar” qalmaqalının pərdə
arxasını hərtərəfli şəkildə izah edirdi:
“National geographic”in 1998-ci il, iyul sayında dərc edilən “Dinozavrlar
qanadlanır” (Dinosaurs take wing) sərlövhəli məqalənin dərc edilməsindən
qısa müddət əvvəl (məqaləni hazırlayan) Kristofer P.Slounun fotoqrafı Lou
Mazzatenta məni “National geographic” cəmiyyətinə çağırdı, Çində tapılan
fosillərin fotoşəkillərini göstərdi və bunlar haqqında dərc ediləcək hekayə
ilə əlaqədar fikirlərimi soruşdu. Onda
“National geographic”in göstərmək
istədiyi mənzərədən daha fərqli, alternativ düşüncələr olduğunu deyərək
etiraz etdim, amma sonda
açıq şəkildə gördüm ki, “National geographic”
quşların dinozavrlardan təkamül yolu ilə törəməsi doqmasından başqa
heç nəyə maraq göstərmirdi.
Slounun məqaləsi (quş-dinozavr əlaqəsi haqqında) ön mühakiməni
tamamilə yeni şəkilə salan və böyük ölçüdə təsdiqlənməmiş və ya
sənədləşdirilməmiş məlumatlara əsaslanaraq
xəbər yaymaq əvəzinə onları
“uydurur”. “İnsanların məməli olduqlarını nə qədər əminliklə deyə biliriksə,
quşların də teropod (ikiayaqlı dinozavr) olduğunu o qədər əminliklə deyə
bilərik” şəklindəki bəsit cümləsi bir və ya bir neçə elm adamının fikri
kimi göstərilmir, sadəcə “KİV təbliğatı” kimi qalırdı.
Bu melodramatik
iddia əslində embriologiya və müqayisəli anatomiya sahəsində aparılan
yeni tədqiqatlarla təkzib edilmişdir, amma, əlbəttə, bunlar (“National
geographic” məqaləsində) heç bildirilmir.
Ən əsası da budur ki, Slounun məqaləsində rəsmi çəkilən və quş tükləri
olduğu iddia edilən formaların heç birinin quş tükü olduğu sübut
edilməmişdir. Bunların bu cür olduğunu iddia etmək bir həqiqəti dilə
gətirmək deyil, sadəcə arzularının ifadəsidir. 103-cü səhifədə yer alan “içi
boş, saça bənzər formalar ibtidai quş tüklərini (protofeathers) xarakterizə
edir” şəklindəki ifadə cəfəngiyyatdır, çünki “ibtidai quş tükləri” sadəcə
nəzəri fərziyyədir və ona görə də bunlar sadəcə hipotezdir.
“National geographic” cəmiyyətində (National Geographic Society) hələ
də göstərilən tüklü dinozavrlar sərgisi daha biabırçıdır və bir çox ətyeyən
dinozavrın quş tüklərinə malik olduğu kimi, aldadıcı iddia irəli sürür. Heç
şübhəsiz, bir dinozavr olan
deinonychus üçün düzəldilən maket və bala
tiranozavr rəsmlərində bu canlılar tüklərlə örtülü şəkildə göstərilir. Bunların
hamısı xəyalidir və elmi-fantastikadan başqa bir şey deyil...
Hörmətlə,
Storrs L.Olson
Ornitologiya
Şöbəsinin Rəhbəri
Smitson İnstitutu, Təbiət Tarixi Milli Muzeyi 142
downloaded from KitabYurdu.org