HƏYATIN GERÇƏK MƏNŞƏYİ
102
biridir. Amerikalı bioloq Conatan Uels də 2000-ci ildə nəşr edilən “Təkamülün
ikonları” (İcons of evolution) adlı kitabında
arxeopteriksin təkamül adına sanki
“ikona” (müqəddəs simvol) çevrildiyini, əslində isə dəlillərin bu canlının
“quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uelsin
fikrincə, bunun göstəricilərindən biri
arxeopteriksin əcdadı kimi göstərilən
teropod dinozavrların əslində
arxeopteriksdən daha gənc olmalarıdır:
“Yerdə
qaçan ikiayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənilən
bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) arxeopteriksdən
daha sonra üzə çıxırlar”.
133
Bütün bunlar
arxeopteriksin ara keçid
forma olmadığını, sadəcə “dişli quşlar”
adlandırılan başqa bir sinifə aid olduğunu
göstərir. Bu canlını teropod dinozavrlarla
əlaqələndirmək isə olduqca əsassızdır.
Amerikalı bioloq Riçard L.Dim də
““Quşlar dinozavrdır” nəzəriyyəsinin
sonu” (Demise of the “Birds are
dinosaurs” theory) adlı məqaləsində quş-
dinozavr təkamülü iddiası və
arxeopteriks
haqqında bunları yazır:
Son tədqiqatların nəticələri göstərir
ki, teropod dinozavrların əlləri (qabaq
qol sümüklərindəki) birinci, ikinci və
üçüncü xanələrdən törəmişdir, amma
quşların qanadları ikinci, üçüncü və
dördüncü xanələrdən törəyirlər...
“Quşlar dinozavrdır” nəzəriyyəsi
ilə əlaqədar başqa problemlər də
vardır. Teropodların qabaq ayaqları
arxeopterikslə müqayisədə bədənlərinə
görə çox kiçikdir. Bu canlıların ağır
bədənlərini də düşündükdə bir cür
“ön qanad” (proto-wing) inkişafı ehtimalı qeyri-mümkündür. Teropod
dinozavrların çoxunda (quşlardakı) semilunatik bilək sümüyü yoxdur
və
arxeopteriksdə heç bir bənzəri olmayan bəzi bilək hissələri var. Bütün
teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan
tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki
xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların çox
böyük
qisminin arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır.
134
Dövrümüzdə yaşayan
Opisthocomushoazin quşunun
qanadlarında da eynilə
Arxeopteriks kimi pəncəyə oxşar
dırnaqlar var.
downloaded from KitabYurdu.org
Gerçək Təbiət Tarixi -II-
103
Arxeopteriks və digər qədim quş fosilləri
Son dövrlərdə tapılan bəzi fosillər
arxeopterikslə bağlı təkamülçü ssenarinin
əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.
1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar
aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq
confuciusornis
adlandırdıqları yeni quş fosili tapdılar.
Arxeopteriks ilə eyni yaşda (təqribən
140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün
quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün
quşları ilə eyni olan bu quşun qanadlarında
arxeopteriksdə olduğu kimi pəncələr
vardı. Quyruq tüklərinə dəstək olan
pygostyle (büzdüm sümüyü) adlı forma
bu quşda da vardı.
135
Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən
qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən
arxeopterikslə eyni yaşda
olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət
arxeopteriksin
bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət
təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da
qarışdırdı. 130 milyon yaşındakı
liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və
Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə
xəbər verildi.
Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin
birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı
dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması
idi.
Bu vəziyyət
dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik
olmadıqlarını göstərirdi.
136
Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc
edilən şərhində
liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi
iddiasını əsassız olduğunu bildirmişdi.
137
Arxeopterikslə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə
eoalulavis oldu.
Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon
yaşında olduğu söylənilən
eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki
bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan
bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi.
138
Beləliklə,
arxeopteriks və digər arxaik quşların heç birinin ara keçid forması
olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-
birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün
quşlarının və
arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə
yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn,
confuciusornis və ya
arxeopteriksin
nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.
downloaded from KitabYurdu.org