HƏYATIN GERÇƏK MƏNŞƏYİ
138
Əsrin məşhur genetiklərindən R.A.Fişerin təcrübə və müşahidələrə
əsaslanaraq ortaya qoyduğu bir qanun bu fərziyyəni açıq şəkildə təkzib edir.
Fişer “Təbii seçmənın genetik nəzəriyyəsi” (The genetical theory of natural
selection) adlı kitabında “mutasiyanın bir canlı populyasiyasında daimi
olmasının mutasiyanın fenotip üzərindəki təsiri ilə tərs mütənasib” olduğunu
bildirir.
176
Başqa sözlə, bir mutasiya nə qədər böyük olsa da, populyasiyada
daimi olma ehtimalı da bir o qədər azalır.
Bunun səbəbini görmək çətin deyil. Əvvəlki fəsillərdə nəzərdən keçirdiyimiz
kimi, mutasiyalar canlıların genetik məlumatında təsadüfi dəyişikliklər əmələ
gətirirlər və heç vaxt canlının genetik məlumatını inkişaf etdirən təsirləri yoxdur.
Əksinə, mutasiya keçirən fərdlər ciddi xəstəlik və şikəstliyə məruz qalırlar. Ona
görə də mutasiya bir fərdə nə qədər çox təsir edirsə, yaşama ehtimalı da bir o
qədər az olur.
Darvinizmin israrlı müdafiəçilərindən Ernst Mayr bu mövzuda belə deyir:
Mutasiyalar nəticəsində genetik əcaib canlıların əmələ gəlməsi həqiqətən
də müşahidə edilən faktdır, lakin bunlar o qədər qəribə canlılardır ki, ancaq
“gözlənilməyən əcaib canlılar” kimi tərif edilə bilər. Tarazlıqları o qədər
pozulmuşdur ki, tarazlayıcı seçmə mexanizmi yolu ilə seçilməkdən xilas
olmaq üçün heç bir imkanları yoxdur...
Əslində bir mutasiya fenotipə nə
qədər çox təsir edərsə, onun (təbii mühitə olan) uyğunluğunu o qədər
azaldır. Bu cür radikal mutasiyanın fərqli uyğunlaşma təmin edəcək yeni
bir fenotip əmələ gətirəcəyinə inanmaq bir möcüzəyə inanmaq deməkdir...
Bu “gözlənilməyən əcaib canlıya” cütləşəcəyi uyğun cüt tapmaq və bunların
populyasiyanın normal fərdlərindən törəyici şəkildə təcrid edilmələri də,
məncə, əsla həll edilməyəcək çətinliklərdir.
177
Sıçrayışlı təkamül modelinin iki məşhur müdafiəçisi: Stefen Jay Quld və Nils Edriç
downloaded from KitabYurdu.org