35-ci prezidentin faciəli ölümünün 50 illiyinə
Con F.Kennedi
Mərdliyin profilləri
(ingiliscədən Telman Orucov tərcümə etmişdir)
Mənim xanımıma
Kitabın içindəkilər
səh.
Kerolayn Kennedinin təqdimatı
Robert F.Kennedinin ön sözü
Giriş
I. Mərdlik və siyasət
Birinci fəsil
Zaman və yer
II. Con Kvinsi Adams
İkinci fəsil
Zaman və yer
III. Deniel Uebster
IV. Tomas Hart Benton
V. Sem Hyuston
Üçüncü fəsil
Zaman və yer
VI. Edmund Q.Ross
VII. Lutsius Kvintis Tsintsinnatis Lamar
Dördüncü fəsil
Zaman və yer
VIII. Corc Norris
IX. Robert A.Taft
X. Siyasi mərdliyin digər insanları
XI. İgidliyin mənası
2
Tərcümeyi-hal
Təqdimat
Atam öyrədirdi ki, bizim hamımız ictimai xidmətdə heç vaxt o qədər qoca və
ya o qədər də gənc deyilik. Prezident Kennedinin inauqurasiya çağırışında dediyi:
“Öz ölkəndən soruşma ki, sənin üçün o nə edə bilər, soruş ki, sən öz ölkən üçün nə
edə bilərsən” – sözlər onun özünün həyatını və karyerasını yekunlaşdırırdı və bu,
qırx il əvvəl olan kimi bir həqiqət tək qulaqlarımızda səslənir. Mənə görə, onun
mühüm irsi minlərlə amerikalıda yaşayır və onları öz icmalarına, məktəblərinə,
qonşuluqlarına, Vətəndaş Hüquqları Hərəkatına və Sülh Korpusuna cəlb olunmaq
üçün ilhamlandırır. Bizim ölkəmiz nəslin enerjisi və özünü həsr etməsi hesabına
dəyişildi. İndi o bizə yenidən müəyyən olunmalı bir məsələ kimi görünür, bu isə
bizim öz dövrümüzdəki vəzifəmizdir.
Con F.Kennedi öz ictimai xidməti karyerasını İkinci Dünya müharibəsində
Cənubi Sakit okeanda PT-qayıq komandiri kimi başlamışdı. 1943-cü ilin 2 avqust
gecəsində patrul xidmətini icra edərkən PT-109 yapon hərbi gəmisi, eskadra
minadaşıyanı “Amagiri” tərəfindən tarana məruz qaldı, onu alova bürüdü və
komanda üzvlərini yanan suya tulladı. İki nəfər öldürüldü, bir nəfər isə elə pis
yanmışdı ki, o, üzə bilmirdi. Yaralanmış adamın köynəyini kəmər kimi onun
bədəninə sarıyıb, dişləri ilə bundan tutaraq leytenant Kennedi yaralı dənizçini üç
mil aralıda olan, yaxındakı adaya çıxardı. Sonrakı altı günü olduqca az qida və su
ilə adamlar yaponların onları əsir edəcəyindən qorxaraq, gizlənmişdilər. Hər axşam
Kennedi köpək balıqları ilə dolu suda üzüb kömək üçün digər adaları axtarırdı,
nəhayət Solomon adalarının iki sakini onu gördü, onlar Eroni Kumana və Biuku
Qaza idi. Onlar atamın qabığında məlumat sözlərini cızdığı kokos qozunu
tutmuşdular, ona görə də qayığın dənizçilərini Avstraliya sahilinə yaxınlıqdakı
3
sığınacağa gətirdilər, burada onlar xilas ola bilərdilər. 2002-ci ilin yayında Milli
Coğrafiya Cəmiyyətinin ekspedisiyası Con F.Kennedinin igidliyi barədəki
əfsanənin hələ də Solomon adalarından uzaqlarda da məlum olduğunu üzə çıxardı.
Uzağa nəzarət edən nəqliyyat vasitəsindən istifadə edərək tədqiqatçı Robert
Ballard və onun komandası sualtı kamera ilə batmış PT-109 qayığını tapdılar.
Ekspedisiyanın üzvləri adi bir kanoedə atamın həyatını xilas edən və tarixin xəttini
dəyişən adamları – Eroni Kumana və onun oğlu Con F.Kennedi Kumana ilə
görüşdülər.
Atamın igidliyi ona Donanma və Dəniz Korpusunun “Müstəsna qəhrəmanlıq
hərəkətinə görə” medalını qazandırdı və o, döyüşdə aldığı yaralara görə “Al
qırmızı ürək” dövlət mükafatına layiq görüldü. Bu, həmçinin onu “Mərdliyin
profilləri”nə aparıb çıxardı. Yapon eskadra minadaşıyıcısı ilə toqquşma onun
onurğa sütununu zədələmişdi və bu zədə 1954-1955-ci illərin qışında cərrahiyyə
əməliyyatı aparılmasını tələb etdi. İki il əvvəl Birləşmiş Ştatların Senatına seçilən
atam böyük senatorların mövcudluğunu mümkün edən keyfiyyətlərin dərk edilməsi
ilə maraqlanmağa başladı. Tarix elmi onun ehtirası idi və o, özünün sağalma
aylarını əfsanəvi sələflərinin xronikalarını oxumağa sərf etdi. Mənim hər iki
valideynim üçün tarix səfeh, quru xüsusiyyətli işlər olmayıb, daim ilhamlanmaq
üçün bir mənbə idi. Onlar inanırdılar ki, həqiqətən də əsl qəhrəmanlar olmuşdur və
bizim hamımız onların nümunəsindən öyrənə bilərik. Atamın qəhrəmanları da öz
ölkəsi üçün məhz düzgün olanları etməklə öz karyeraları ilə risq etməyə hazır olan
kişilər və qadınlar idi. “Mərdliyin profilləri” 1956-cı ildə nəşr edilməklə, həmin
əhvalatlardan danışır.
Senator və prezident kimi Con F.Kennedi xarici siyasətdə və daxili işlərdə
tam oxşar mərdlik nümunəsi göstərirdi. 1962-ci ildə Kubada Sovetlərin hücum
xarakterli nüvə raketlərini qurması faktı aşkar edildikdə, Prezident Kennedi
bilavasitə hava zərbələri endirmək barədəki çağırışlara müqavimət göstərərək,
nüvə müharibəsi fəlakətinin qarşısını alan diplomatik üsuldan istifadə etmək yolu
ilə getdi. Onun “təzyiq altında xeyirxahlığı” və Kuba Raket Böhranı ərzində parlaq
mühakiməsi Sovet-Amerikan münasibətlərində yeni fəsilin meydana gəlməsinə
4
aparıb çıxardı və nüvə silahlarının atmosferdə, yer ətrafından kənarda olan kosmik
məkanda və su altında sınaqdan çıxarılmasını qadağan edən ilk müqavilə barədə
danışıqların aparılmasını mümkün etdi. Kuba Raket Böhranından sonrakı yayda
etdiyi çıxışında Prezident Kennedi sülh barədə danışırdı: “Qoy biz öz
fərqliliklərimizə kor olmayaq – ancaq qoy biz həmçinin ümumi mənafelərimizə və
həmin fərqliliyi həll edə bilən mənasını verən şeylərə birbaşa diqqət yetirək. Çünki
son təhlili apardıqda belə nəticəyə gəlirik ki, bizim başlıca birləşdirici həlqəmiz
ondan ibarətdir ki, biz bütün sakinlər bu kiçik planetdə məskunlaşmışıq. Bizim
hamımız eyni hava ilə nəfəs alırıq. Bizim hamımız öz uşaqlarımızın gələcəyini
əzizləyirik. Və bizim hamımız öləriyik”.
1963-cü ildə vətəndaş hüquqları barədə vədin yerinə yetirilməsinin uzun
müddət gecikməsi ilə və dinc vətəndaş hüquqları nümayişçilərinə yerli polisin,
yanğından mühafizə şlanqları və polis itləri ilə hücum etməsi nəticəsində
Cənubdakı şəhərlər qızışanda, Prezident Kennedi federal hökumətin bütün gücünü
inteqrasiya axtarışlarına həsr etdi, çünki bu, həyata keçirilməli olan düzgün bir iş
idi. Həmin axşam televiziya ilə millətə ünvanlanmış müraciətində o, federal
məhkəmənin qərarı ilə iki qara tələbənin Alabama universitetinə buraxılması üçün
Alabama Milli Mühafizə dəstəsini səfərbər etdi. Prezident Kennedi bu
müraciətində dedi: “Biz birinci növbədə mənəvi məsələyə görə qarşıdurmadayıq.
Bu, Əhdi-ətiq kimi köhnədir və Amerikan Konstitusiyası kimi aydındır. Məsələnin
özəyi ondan ibarətdir ki, bütün amerikanlar bərabər hüquqlara malik olmağa və
bərabər imkanlardan istifadə edilməsinə razıdırlarmı, biz amerikan sirdaşlarımıza,
özümüzə istədiyimiz kimi münasibət göstərmək istəyirikmi. Əgər amerikalı yalnız
dərisinin qara olduğuna görə lançı (naharı – tərcüməçi) ictimaiyyət üçün açıq olan
restoranda yeyə bilmirsə; əgər o, öz uşağını müvafiq ən yaxşı məktəbə göndərə
bilmirsə, əgər o, onu təmsil etməli olan ictimai vəzifəlilər üçün səs verə bilmirsə,
ən qısası, əgər o, bizim hamımızın istədiyi dolğun və azad həyatdan həzz ala
bilmirsə, onda bizim aramızda olanlardan kim razılaşa bilər ki, özünün dərisinin
rəngi dəyişdirilsin və onun yerində olsun? Bizim aramızda kim bu vaxt səbirli
olmaq və gözləmək barədəki məsləhətlərlə razılaşardı?” Həmin nitqində o, elan
Dostları ilə paylaş: |