35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

 
174 
Burada heç bir zorakılıq yox idi, natiqin sözünü heç bir kəsmək cəhdi də yox 
idi,  nəhəng  kütlə,  Norris  öz  tənqidçilərini  qamçıladıqca,  nəhəng  sayda  camaat 
qüdrətli  şəkildə  onu  alqışlayırdı.  Onun  quru,  sadə,  lakin  fasilə  verməyən  dili  və 
qəzəbinin  sakit  intensivliyi  auditoriyanı  əsir  etmişdi.  O,  israr  etdikcə  ki,  onların 
qəzetləri  oxucularına  heç  də  faktları  vermir  və  o,  indiyədək  unudulmuş 
obstruksiyadakı  rolundan  kənarda  dayanmasının  əksinə  həyəcan  qaldırırlar,  o, 
istəyirdi ki, bu yada salınsın. Nyu-York auditoriyasının yarısından çoxu onu axşam 
paltarında  olduğuna  görə  fitə  basmışdı.  O,  buna  sarkazmla  cavab  verdi  və 
onlardan, nə qədərinin vuruşmağa və ya uşaqlarını müharibəyə göndərməyə hazır 
olduğunu soruşdu: 
“Əlbəttə, əgər pudellər (it cinsi – tərcüməçi) əsgərlərə çevrilsəydilər, həmin 
auditoriya bütöv bir alayla təchiz edə bilərdi. Mənim kolleqam iki saat yarım billin 
xeyrinə  danışdı  və  qəhrəman  adlandırıldı.  Mən  bir  saat  yarım  bill  əleyhinə 
danışdım və satqın adlandırıldım. Hətta baxmayaraq ki, sən deyirsən ki, mən düz 
deyiləm,  hətta  sən  əminliklə  hiss  edirsən  ki,  mən  Prezidentin  tərəfini 
saxlamalıydım,  zaman  gəlib  çıxmışdırmı  ki,  bu  vaxt  Senatda  öz  rəylərimizi  hətta 
ifadə  də  edə  bilməyək,  biz  belə  məsələləri  müzakirə  etməyə,  pullu  maraqlar 
tərəfindən  satqınlar  yarlığı  vurulmadan  oraya  göndərilək?  Mən,  satqın  ittihamı 
istisna  olmaqla,  istənilən  ittiham  altında  sarsılmadan  ayağa  qalxa  və  öz  həbimi 
götürə  bilərəm.  Bütöv  ingilis  dilində,  dünyanın  bütün  dillərində  siz  bunun  qədər 
lənətləndirici bir söz tapa bilməzsiniz”. 
Bir  saatdan  çox  vaxt  keçdikdən  sonra  camaat  öz  bəyənmə  nidalarını 
qışqırırdı. Qəzetləri inandırmaq o qədər asan deyildi və ya onlar unutmağa o qədər 
hazır  deyildilər.  “World  Herald”  demişdi  ki,  “onun  yaxşı  hazırlanmış  və  səmimi 
izahatı  səfeh  bir  mənasızlıq,...  dəlicəsinə  bir  bəyanat  idi”.  “Onlar  xalqa  nifrət 
əlaməti idi”. “Senator məsələnin tələb etdiyindən çox az bir vaxtı mitinqdə keçirdi” 
–  “State  Journal”  belə  yazırdı.  “O,  tənqidçilərinin  onun  tarazlığını  narahat 
etmələrinə imkan verməyəcəkdir”. 
Lakin  Senator  Norrisdən  xahiş  edilmişdi  ki,  onun  hiss  etdiyi  həqiqi 
məsələləri izah etmək üçün müxtəlif qrupların qarşısına çıxsın, bütün ştat boyu onu 


 
175 
alqışladıqlarını görsün; və Qubernator elan etmişdi ki, o, Qanunvericilikdən xahiş 
etməyəcəkdir ki, xüsusi geri çağırılma seçkisini keçirmək üçün səlahiyyət versin, 
Senator Vaşinqtona qayıtdı ki, hələ tamam kəsilməmiş təhqirlərə qarşı daha yaxşı 
dayana bilsin. 
Sonrakı on bir il ərzində Corc Norrisin şöhrəti və siyasi xoşbəxtliyi artmışdı. 
1928-ci  ildə  Respublikaçılar  partiyası  ilə  və  onun  administrasiyası  ilə  fərqliliyin 
saxlanmasının əksinə, Nebraska Senatoru partiyanın ən görkəmli üzvlərindən biri 
olaraq qalırdı, Senatın Ədalət Komitəsinin sədri və Prezidentliyə potensial namizəd 
idi. Lakin Norris özü sonrakı məlumatlarında istehza qaydasında yazırdı: 
“Mən  Prezidentliyə  namizəd  göstərilməyimi  gözləmirdim.  Öz  siyasi  kursu 
ilə  gedən  adam  kimi  mən  vəzifəmdən  xaric  edilməliydim...  Mən  dəqiq  qərara 
aldım ki, Prezidentliyə namizədliyə gedəndə mənim ifadə etdiyim baxışları heç kəs 
müdafiə etməyəcəkdir”. 
Herbert  Huverin  prezidentlik  üçün  birgə  hərəkət  etmək  mövqeyinin  qəbul 
edilməsi  barədəki  təklifdən  o,  and  altında  imtina  etdi  və  Respublikaçılar 
Qurultayının  platformasına  və  onun  öz namizədlərini  seçmək  metodlarına  hücum 
etdi.  Bu  illərdə  başlıca  məsələ  T.V.A-nı  (Tennessi  Vadi  Hakimiyyətini  – 
tərcüməçi)  qurmaq  idi  və  Nebraskadan  olan  Senator  isə  ictimai  hakimiyyətin  ən 
çox çıxış edən milli müdafiəçisi idi; və inanırdı ki, “monopolist hakimiyyət tresti” 
Huverin namizəd göstərilməsini və Respublikaçıların platformasını diqtə etmişdir. 
Demokratik  partiyaya  keçməsinə  hazır  olmadığından,  o,  buna  daim  əks 
çıxırdı və inanırdı ki, bu partiyanın da platforması bərabər qaydada ziddir. Norris 
ölkəyə  səfərə  çıxdı  ki,  partiyaya  məhəl  qoymadan  proqressivist  yoldaşlarının 
kampaniyasında  iştirak  etsin.  Nyu-Yorkdan  olan  Demokratik  namizəd  Al  Smitin 
kampaniyadakı çıxışları Norrisin öz baxışları ilə eyni xətt üzərinə düşdükcə, o, öz 
partiyasının ən çətin problemi ilə üz-üzə dayanmalı oldu.  
Corc  Norris  Respublikaçı  idi;  Ortaqərbli  idi,  protestant  və  “quru”  (1920-ci 
illərdə  ABŞ-da  spirtli  içkilərin  istehsalı  və  satışının  qadağan  olunması 
tərəfdarlarına  “qurular”,  əleyhinə  olanları  isə  “yaşlar”  deyirdilər,  “quru”  qanun 
1920-ci ildə qüvvəyə minmişdi, 1933-34-cü illərdə isə ləğv edilmişdir – tərcüməçi) 


 
176 
idi və Herbert Huver də bütün bu şeylərin hamısı demək idi. Lakin Al Smit Nyu-
Yorkun  küçəsindən  gələn  Tammani  Zalı  (Nyu-York  şəhərində  Demokratik 
partiyanın icraiyyə komitəsinin populyar adı belə idi, tarixən tipik xeyriyyəçilik və 
himayəçiliyin  qarışığı  ilə  siyasi  nəzarəti  həyata  keçirirdi.  Bu  bütün  Delaver 
hindularının  müdrik  başçısı  Tammanendin  adından  götürülmüşdü.  Tammaninin 
qüdrəti  19-cu  əsrdə  və  20-ci  əsrin  əvvəllərində  qorxulu  idi.  Prezident  Franklin 
Delano  Ruzvelt  sonralar  onun  statusunu  aşağı  salmaqla  Nyu-York  siyasətinə 
nəzarətini kiçiltmişdi – tərcüməçi) Demokratı idi. Qadağanın (spirtli içkilər barədə 
qadağanın – tərcüməçi) ləğv edilməsi xeyrinə çalışan katolik olmaqla, onlardan heç 
kəs  deyildi.  Əlbəttə  ki,  Smit  Nebraskada  kiçik  dəstəyə  malik  olacaqdı.  Axı  ştat 
həmçinin Respublikaçı, Ortaqərbli, protestant və təbiəti etibarilə “quru” idi. Norris 
öz partiyasını tərk etsəydi, onun ştatı və seçiciləri belə şəraitdə nə edərdilər? 
O, bunu edə bilərdi. O, daim “partiya məsuliyyətini ləğv etmək və əvəzində 
şəxsi məsuliyyəti qoymağı” dəstəkləyirdi. “İstənilən adam hətta Respublikaçıların 
sərt  növü  olsaydı  da,  o,  inanmazdı  ki,  partiyanın  naminə  apardığım  mübarizə 
düzgündür,  öz  əqidəsinə  görə  hərəkət  edərdi  və  mənə  qarşı  səs  verərdi”.  Və 
beləliklə, 1928-ci ildə Norris nəhayət proqressivistlərə elan etdi: 
“Smitin  düşərgəsindən  savayı  heç  bir  yerə  malik  deyiləm...  Biz  belə  bir 
tərəfdar  olacağıqmı  ki,  partiyamızı  ölkədən  yuxarıda  qoyaq  və  yeganə  liderin 
arxasınca  getməkdən  imtina  edəcəyikmi  ki,  o,  bizə  (hakimiyyət)  trestinin 
nəzarətindən  qaçmağa  imkan  verəcəkdir?...  Bu  mənə  belə  görünür  ki,  biz  öz 
vicdanımızı  dağıda  və  bizim  çox  illər  ərzində  uğrunda  vuruşduğumuz  şeylərə 
müxalif olmağı əvvəlcədən bilən kimisə dəstəkləyə bilmərik”. 
Bəs Smitin dini baxışları necə olsun? Onun içki məsələsinə münasibəti necə 
olsun? 
“İctimai  həyatda  o  adam  üçün  bu  mümkündür  ki,  o,  öz  dini  inamını  siyasi 
fəaliyyətindən ayırsın... Mən protestantam və “quruyam”, həm də “yaş” olan adamı 
müdafiə  edəcəyəm  və  mən  inanıram  ki,  katolik  də  qanunu  həyata  keçirməyin 
xeyrinə səmimidir və iqtisadi məsələlərdə düzgündür... Mən proqressiv olan və öz 
qərarında mərd olan vicdanlı “yaşlara”, özünü “qurular” tərəfində olduğunu etiraf 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə