177
edən, lakin qadağanı səmərəli etmək üçün ölkədəki bütün rom qaçaqmalçılarına,
içki alverçilərinə qarşı o qədər də çox şey etməyən siyasətçilərdən daha çox etibar
edirəm”.
Bunlar mərd hisslər idi, lakin qəzəbli seçicilərə təsirini itirirdi. Onun qatarı
ştatdan keçib Omahaya istiqamət götürdükdə, orada ümummilli radio ilə, bir neçə
radio stansiyaları vasitəsilə Smit barədə danışmalı idi, uzun müddət dostluq etdiyi
adamlar və Respublikaçı liderlər qatarın üstünə dırmaşdılar ki, öz partiyaları və
karyeraları adından müraciət etsinlər. Nebraskanın qüdrətli Anti-Salon Liqasının
başçısı, əvvəllər Norrisin mühüm müdafiəçisi olan adam özünün hakimiyyət
məsələsi iynəsini boş şey adlandırdı. “Bu kampaniyadakı məsələ içki məsələsidir
və Norris onu bilir. Əgər o, Smitin xeyrinə çıxış etsə, Liqa onun vasitəsilə hərəkət
edəcəkdir”. Norrisdən soruşanda ki, belə baxışlarla 1930-cu ildəki yenidən
seçilmək üçün necə cəhd göstərəcəkdir, o, buna quru şəkildə cavab verdi: “Belə
şeylər məni onun yanına qova bilər”. Omahadakı iri baptist kilsəsinin pastoru
Senatora yazmışdı ki, “bizi ümumiyyətlə təmsil etmir və biz onun administrasiyaya
olan münasibətindən xəcalət çəkirik”. Lakin Norris öz cavabında sakitcə keşişdən
soruşdu ki, o, “öz gözündəki tiri çıxarmağa cəhd etmişdirmi ki, eləcə də öz
qardaşının gözündəki tozcuğu necə dartıb çıxarmaq barədə fikirləşir”.
Respublikaçı liderlərin köhnə mühafizəçisi əvvəlcədən ən azı özəl qaydada
israr edirdi ki, Norris “Respublikaçı olmamışdır”, bu ittihamı həmin vaxt onlar açıq
şəkildə dilə gətirirdilər. Lakin elə bu vaxt Norrisin özünü daha artıq həsr etdiyi
dostlarından çoxu bu nizə zərbəsindən qorxularını ifadə etdi. Kiçik biznesmen
Nebraska qartalı barədə deyirdi ki, “mən 20 il ərzində Norrisi dəstəkləmişəm, lakin
daha heç vaxt dəstəkləməyəcəyəm. O, siyasi cəhətdən dəyişəndir və əqli cəhətdən
pis əhval-ruhiyyədədir və Ruzvelt (söhbət prezident Teodor Ruzveltdən gedir –
tərcüməçi) vaxtından hər bir Respublikaçı administrasiyaya qarşı əks mövqedə
dayanır. Senator öz pərəstişkarlarına daha hörmətlə yanaşmalıdır, nəinki onlar öz
püşkünü “yaş” Demokratlarla birgə atmağı gözləməlidirlər”. Norrisin birinci
Konqress katibi reportyorlara demişdi ki, o, “Prezidentliyə Tammani namizədini
səlahiyyətsiz qaydada Senatorun dəstəkləməsinə sərt qaydada müxalifdir”.
178
Respublikaçıların
Qurultayında
Norrisin
Prezidentliyə
namizəd
göstərilməsini dəstəkləyən nümayəndə mətbuata demişdi ki, Norris “mənim siyasi
vicdanımı özünün jilet cibində gəzdirmir. Mən onun tutduğu yerdə dayanmasını
görəndə dərindən kədərlənirəm. Norris yeni dostlar axtarmalıdır və əgər o, Nyu-
York tərəflərdə olanları axtarmağı seçsə, bu onun üstünlüyü olacaqdır. Lakin
bədbəxtlikdən o, vəzifəyə girmək üçün Respublikaçılar partiyasını istifadə etdiyi
bir nəqliyyat vasitəsi hesab edir və bu vaxt özünün bayraq gəzdirənlərindən imtina
edir”.
Uoltillin “ Times” qəzetinin naşiri yazırdı ki, “mən bunu kədərlə deyirəm,
ancaq Norris barədə deyirəm. Siyasi cəhətdən o, səhrada, öz proqressiv
dostlarından çox uzaqda olmaqla, itmişdir”.
Linkolnun prokuroru demişdi ki, “yüzlərlə ac fermer və ya susuzluqdan
yanan “yaş” üçün orta hesabla siyasi cəzadan az da olsa, hansısa bir bağışlanma ola
bilər. Lakin Norris qabiliyyətdə və təcrübədə olan bir dövlət xadimi üçün heç bir
bağışlanma yoxdur”. Həmin prokuror Norris düşərgəsinə yaxın adam idi.
Lakin Corc Norris ac fermerə kömək etmək istəyirdi, əgər bu susuzluqdan
yanan “yaşa” kömək etmək mənasını versə də, onun müraciəti və ya hücumları
təsirsiz qaldıqda, o, Omahada Smit üçün ona haqq qazandıran bir güclü səbəb irəli
sürdü. O, dedi ki, Nyu-York qubernatoru Tammaninin diqtəsindən yuxarı
qalxmışdır, bu vaxt Respublikaçılar Qurultayının istifadə etdiyi texnikalar
“Tammani Zalına ağ xalatlı müqəddəs kimi xarici görünüş” verəcəkdi. O, öz
auditoriyasına dedi ki, əks partiyanın namizədini müdafiə edən “ən hörmətli
kampaniyada səyahət edir, çünki Herbert Huverin özü on il əvvəl buna bənzər
qaydada hərəkət etmişdi. Lakin çıxışının əksər hissəsi hakimiyyət trestinə -
“sürüşkən barmaqları olan osminoq ənamları yığıb, onları hər bir od tərəfinə
qoyur” deyə hücumdan ibarət idi, həm də “dinməz dayanmaqla günah işlətdikdə,
biz etiraz etməli olanda, bu etiraz adamlardan qorxaqlar düzəldir” məsələlərini
müzakirə etməkdən imtina etdiyinə görə Huverin üzərinə hücum idi.
Nəticədə, Norris dini məsələlər ilə qarşılaşdıqda öz müraciətini açıq
şəkildəki bu sözlərlə qurtardı:
179
“Bir vətənpərvər kimi bu bizim borcumuzdur ki, qeyri-Amerikan
doktrinasını kənara ataq və dözümsüzlük məşəlini qaldıranları məzəmmət edək.
İstənilən dinə bütün inanc gətirənlər birləşə və bizim siyasi işimizi xalqımız üçün
xoşbəxtliyin maksimum yekununa doğru irəli apara bilər”.
Lakin 1928-ci ildə Nebraska əhalisi dözümlülük mövzusunu eşitməyə və ya
məsələləri müzakirə etməyə hazır deyildi. Katoliki və “yaş”ı dəstəklədiyi üçün
Norrisin üzərinə teleqramlar axışıb gəlirdi. Norris sonralar demişdi: “Smit üçün
rəsmi Omaha bəyanatı gəldikdən sonrakı tufan nə vaxtsa rastlaşdığımdan daha çox
sərt idi. Bu yaxşı idi ki, mən təhqir məsələsində müəyyən məşq keçmişdim”. Hətta
onun arvadından qəzetlər sitat gətirərək deyirdilər ki, o, nə Smitə, nə də Huverə səs
verməyəcəkdir: “Mən bütün bunlarda Corcun arxasınca getməyəcəyəm... Mən
həmişə “quru” olmuşam və hətta əgər Corc ona səs versə də, mən ona səs verməyə
hazırlaşmıram”. Eyni qüdrətə malik olan Omahanın Demokratik “ World Herald”
qəzeti Vudro Vilsonun prinsipcə əleyhinə olduğuna görə ona hücum etmişdi, bu
vaxt isə Senator Norrisi “onun gözəl mərdliyinə və özünü həsr etməsinə görə”
alqışlamağı bacardı, digər Nebraska qəzetləri onu Tammani Zalına görə öz ştatını
ayağa verməkdə ittiham etdi. O, bunu belə bir ümidlə edirdi ki, dörd il sonra
özünün Prezidentlik seçkisinin hay-küyünü bərpa edəcəkdi. Onun çıxışı özünün
Respublikaçı liberal kolleqasının yenidən seçilməsi şansına da təhlükə törədirdi və
Senatdakı üsyançı Respublikaçı yoldaşı onun kursuna narazılığını bildirdi. Senator
öz doğma şəhərinə qayıdanda dostları və digər aparıcı vətəndaşlar ondan üz
çevirdilər, baxmayaraq ki, onlar şad olacaqdılar ki, “mənim ürəyimi kəsib
çıxarsınlar və başqalarını da xəbərdar etmək üçün həmin ürəyi çəpərin üstündən
assınlar”.
Nebraskanın hər bir qraflığının iclasında, bütün ölkədə olduğu kimi öz
kampaniyasını aparan Huver Norrisi qəzəbləndirdi. O, elan etdi ki, Huver real
problemlərin hakimiyyət və fermaların vəziyyətinin yüngülləşdirilməsi olduğu
halda, dinin və qadağanın saxta məsələlərinə görə qalib gəlmişdir. O, deyirdi ki,
xüsusi maraqlar və maşın siyasətçiləri “bu məsələni qabaqda tuturlar (baxmayaraq
ki,) onlar bilirlər ki, bu saxta, pis və düzgün olmayan məsələdir”.
Dostları ilə paylaş: |