31
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elml
ər seriyası
2012
47.09. Ядябиййат тарихи УОТ 82(091)
F.KÖÇƏRLİNİN ABDULLA ŞAİQƏ YAZILAN MƏKTUBLARI
YARADICILIQ ƏLAQƏLƏRİNİN BİR NÖVÜ KİMİ
A.R.
MİRZƏYEVA
Bak
ı Dövlət Universiteti
а_мирзойева @маил.ру
M
əqalə Firudin bəy Köçərlinin Abdulla Şaiqə yazdığı məktublarının təhlilinə həsr olun-
muşdur. Bütün dövrlərdə məktublaşmanın əsas daşıyıcısı olan funksiyalar müəyyən ictimai-
m
ənəvi məsələlərin, ehtiyacların aradan qaldırılmasına, həll edilməsinə, bununla da məktu-
bun bir forma kimi sabitl
əşməsinə yardım etmişdir. Firudin bəy Köçərlinin Abdulla Şaiqə yaz-
dığı məktublar bu ədəbi şəxsiyyətlərin bir-biri ilə ünsiyyətinin bir forması kimi diqqəti çəkir.
M
əktublaşma F.Köçərlinin ədəbi-ictimai fəaliyyətində müasirləri ilə əlaqə saxlamaq vasitəsi
kimi mühüm rol oynayır.
Açar sözl
ər: Abdulla Şaiq, Firudin bəy Köçərli, məktub, ədəbi əlaqələr, maarif, ədəbi
mühit, ana dili
Bütün dövrl
ərdə məktublaşmanın əsas daşıyıcısı olan funksiyalar müəy-
y
ən ictimai-mənəvi məsələlərin, ehtiyacların aradan qaldırılmasına, həll edil-
m
əsinə, bununla da məktubun bir forma kimi sabitləşməsinə yardım etmişdir.
M
əktubun ədəbi-ictimai forması XIX əsrdən başlayaraq, daha da aktual şəkil
almışdır. Bu dövrdə məktub yaradıcılığına ədəbi forma kimi baxan ziyalılar,
s
ənətkarlar yetişmişdir. Əgər «Kəmalüddövlə məktubları»nı epistolyar ədəbi
forma kimi M.F.Axundov z
əkasının məhsulu qəbulu etsək, onda yaradıcılıq ir-
si
nin davamı kimi ədəbi varisliyin F.Köçərliyə, A.Şaiqə, Ü.Hacıbəyova və
başqalarına qismət olması şübhə doğurmaz. M.F.Axundovdan sonrakı məktub-
laşma özünün bir çox dəyərlərinə görə yeni məzmun daşıyır. Ədəbiyyatşünas-
lıqda ictimai xadimlərin mətbuatda dərc edilərək ədəbiyyata daxil olmuş mək-
tub
ları, həmçinin məktub formasında yazılmış elmi, ədəbi və publisist əsərləri
epistolyar
ədəbiyyata daxildir (latınca epistola məktub deməkdir). Bu məktub-
laşma ilk növbədə ustadla şagird arasında olan yazışmadır, dostla dost arasında
olan münasib
ətlərin davam etdirilməsində vasitədir.
M
əktub bir-birinə yaxın insanların ünsiyyət vasitəsidir. Məktub yazışma-
sında, adətən, iki şəxs iştirak edir. Bunlar tərəf və qarşı tərəf adlanır. Tərəflər
arasında məktublaşmaya olan mənəvi ehtiyac onları birləşdirir. Bu, Abdulla
32
Şaiqə yazılan məktublarda da belədir. Abdulla Şaiqə yazılan məktubların səbə-
bi onun mehriban insan olması, kiminsə ehtiyacına qayğı ilə yanaşma keyfiy-
y
əti, bir sözlə, böyük ürəyə sahib olmasında idi. Tərəf-müqabil üçün məktub
alan o vaxt
əziz olur ki, o şəxs özünü onda tapır. Bu cəhətdən məktublara
yana
şanda A.Şaiqin də ona məktub yazanlarla mənəvi birliyi, əqidə dostluğu,
can yoldaşlığı üzə çıxır. Belə məktublaşmalar uzunömürlü olur, məktublar
k
əsiləndə məktub sahibi psixoloji cəhətdən dözümsüzləşir, öz sirdaşından
narahat olur. Bu c
əhətdən Firidun bəy Köçərlinin məktubları səciyyəvidir. 5
dekabr 1908-ci il tarixli m
əktubunda o, Abdulla Şaiqdən üzr istəyir ki, onun
m
əktubuna belə təxirlə cavab yazır (1, 402). Eyni hissləri F.Köçərli 14 iyun
1911-ci il tarixli m
əktubunda da ifadə edir. F.Köçərlinin çox yüksək mədəniy-
y
ətlə yazılmış digər məktubunda isə deyilir ki, «Sizdən çox təvəqqe edirəm ki,
m
əndən rəncidəxatir olmayasınız ki, Sizin müşviqanə, həqiqi və səmimi qəlb
il
ə yazılmış kağızın cavabını və göndərdiyiniz gözəl hədiyyənin rizamndliyini
bel
ə təxirə saldım» (1, 411).
Abdulla Şaiqlə F.Köçərli arasındakı ünsiyyətin səbəbindən görünür ki,
m
əktub gecikəndə A.Şaiq F.Köçərlidən ötrü çox narahatlıq keçirirmiş. Başqa
m
əktublara nisbətən, F.Köçərliyə məxsus məktublarda buna çox işarə vurulur.
F.Köç
ərli başqa məktubunda üzrxahlıq edir ki, «Söz yoxdur ki, mənim qaram-
ca söyl
ənirsiniz və deyirsiniz ki, filankəs nə pis adamdır ki, kağıza cavab da
yazmaq ist
əmir» (1, 413).
F.Köç
ərlinin məktublarındakı üzrxahlıqlar onların arasındakı dostluğun
ən dərin qatlarda olmasından xəbər verir. Məktublaşma bu ədəbi şəxsiyyətlərin
bir-biri il
ə ünsiyyətinin bir forması kimi həmişə diqqət çəkmişdir. Məktublaş-
ma F.Köç
ərlinin ədəbi-ictimai fəaliyyətində müasirləri ilə əlaqə saxlamaq va-
sit
əsi kimi mühüm rol oynamışdır. Onun 1884-1919-cu ilə qədər yazdığı
m
əktublar 35 illik bir dövrü əhatə edir. Bu məktubların mövzuları ədəbiyyat,
maarif m
əsələləri və mədəniyyət sahələrini əhatə edir. O, Şaiqə göndərdiyi
m
əktubların birində yazırdı ki, «bizim bu əsrişumda ağzını açıb iki kəlmə söz
danışmağa da izn vermirlər. Görək bir vaxt olar bizim də ağzımız açılar,
d
ərdlərimizi açıq söyləyərik» (8, 275). F.Köçərli bu məktublarla A.Şaiqin
yaradıcılığına ciddi təsir etmişdir. Onların arasında dostluq 1907-ci ildən
başlamış, ailəvi yaxınlığa qədər davam etmişdi. Hətta Şaiq 1912-ci ildə bacısı
Ruqiyy
ə, onun əri Mirzə Tağı F.Köçərlinin ailəsi ilə birgə Gürcüstanın
M
əngilis yaylağında istirahət etmişdi. Bundan sonra onların dostluğu xeyli
artmışdı. Onlar arasında möhkəm yaradıcılıq əlaqəsi var idi. A.Şaiqin Köçərli-
y
ə göndərdiyi 24 məktubdan heç biri əldə yoxdur. A.Şaiq onun 3 cildlik
«Az
ərbaycan türklərinin ədəbiyyatı» kitabı ilə çox maraqlanar, onun nəşrində
f
əallıq göstərərdi. F.Köçərli ona yazırdı ki, «məqsədim pul qazanmaq deyil,
ancaq
ədəbiyyatımıza cüzi xidmət etməkdir» (8, 276). A.Şaiq bu iş üçün, həm
d
ə Azərbaycan ədəbiyyatının zənginləşməsi üçün ona materiallar, Bakı
naşirləri ilə əlaqə saxlayıb ədəbiyyatımıza aid nəşrləri göndərirdi. F.Köçərli də
bu xidm
əti tarix üçün əhəmiyyətli hadisə hesab edərək 1912-ci il 14 sentyabr
33
tarixli m
əktubunda xüsusi qiymətləndirirdi. Şaiqin arxivində Köçərlinin 13
m
əktubu vardır.
Onun F.Köç
ərliyə həsr olunmuş şeirləri də vardır. 1916-cı ildə «Doğru
söz» q
əzetində F.Köçərliyə həsr etdiyi «İki kötük, yaxud iki familiyanın
m
əhvi» poemasını çap etdirmişdi. F.Köçərli də öz məktubunda ona «Lütv edib
«Doğru söz»də dostunuzu yad edibsiniz» deyə ona minnətdarlıq etmişdi.
A.Şaiq öz dərsliklərində F.Köçərlinin məsləhətlərindən tez-tez istifadə edirdi,
h
ətta 1958-ci ildə onun haqqında xatirə də yazmışdı. K.Talıbzadə qeyd edir ki,
bu m
əktublar F.Köçərlinin ictimai-siyasi və ədəbi görüşlərini, eləcə də
Abdulla Şaiqin ədəbi-pedaqoji fəaliyyətinə münasibətini aydınlaşdırmaq üçün
qiym
ətli sənədlərdir (8, 277 ). Bu məktublarda cəmiyyət, ədəbiyyat məsələləri,
şairlərin yaradıcılıq meyllərinə münasibət, çarizmin milli dilləri sıxışdırması
siyas
əti, müəllimlərin vəziyyəti və s. diqqət mərkəzində olurdu.
O ill
ərdə F.Köçərli A.Şaiqin «Əsrimizin qəhrəmanları» romanını, pyes,
hekay
ə və şeirlərini oxuyurdu. Ona yazdığı məktublarda da bu haqda söhbət
gedirdi. 26 may 1911-ci ild
ə Qoridən göndərdiyi məktubda F.Köçərli ədəbiy-
yat
şünaslığın qarşısında duran məsələlərdən, Şaiqin milli həyata baxışlarından
danışılır. O, məktublarında gənc Şaiqə realizmin əsas xüsusiyyətlərini başa
salır, onu yerli-yersiz ərəb, fars, osmanlı sözlərini işlətməkdə tənqid edir, xalq
dilind
ə yazmağa ruhlandırırdı. Məsələn, Köçərli Şaiqin «Dağlar sultanı» şeiri-
nin müv
əffəqiyyət qazanmasının səbəbini onun realizmə sadiq qalmasında,
şeiri xalq dilində yazmasında görürdü və məktubunda şairin həyatdan ilham
almasını, gördüyü hadisələri real, təbii şəkildə qələmə almasını alqışlayırdı.
F.Köç
ərli Şaiqin yaradıcılığında ən çox onun uşaq ədəbiyyatı ilə maraqlan-
masını çox qiymətləndirirdi. O, öz müasirlərini uşaq ədəbiyyatı nümunələri
yarat
mağa çağırırdı: «Qeyd etmək lazımdır ki, uşaq yazıçıları və şairləri bizdə
olmayıb və indi də yoxdur. Müasir şairlər bu sahədə nəinki yeni nəsilə kömək
etmirl
ər, hətta kor-koranə türk şairlərini təqlid edərək, amansızcasına dilimizi
korlayıb ədəbiyyatımıza yad olan ruhun ünsürlərini gətirirlər. İlk dərsliklər
üçün onların əsərlərindən hər hansı bir parçanı götürmək, bu, südəmər uşağa
ç
ətin həzm olunan qatı bir yeməyin verilməsinə bərabərdir» (7, 316).
A.Şaiq Sabirin ölümünə və yenicə vəfat etmiş qadınına həsr etdiyi
«D
əftəri-hicran» və başqa mənzumələrdə yaşanan hissləri F.Köçərli «dəruni
v
ə pak hisslərin məhsulu» kimi qiymətləndirirdi. Bu məktubların mövzuları
müxt
əlifdir. Əgər onları qruplaşdırmış olsaq, onlarda ən qiymətli fikirlərin əks
olunduğunu göə bilərik. Məsələn, Şaiq uşaqlar üçün dərslik yaratmağa da
meylli olmuşdur. O, bu məqsədlə 1908-ci ildə 3 və 4-cü siniflər üçün dərslik-
l
ər tərtib edirdi. Bu həm də o vaxtlar dərsliklərin olmaması ilə bağlı idi. Şaiq
d
ə cavan bir müəllim olaraq bu işi yerinə yetirməyə çalışırdı. F.Köçərli onun
bu t
əşəbbüsünü yazdığı məktubda xüsusi olaraq alqışlayırdı, ona öz köməyini
t
əklif edirdi, dərslikdə uşaq şeirləri ilə bağlı Sabirə müraciət etməsini məsləhət
görürdü. V
ə yazırdı ki, «Onun dəxi təbi-səlim olmağı məlumunuzdur» (8,
278). F.Köç
ərli Şaiqə göndərdiyi məktublarda ədəbi dili əcnəbi dillərin təsirin-
34
d
ən kənar edilməsi, ədəbi dil ilə oxucu arasında ünsiyyətin yaranması, dili
xalqa yaxınlaşdırmağın yollarını izah edirdi. Bununla əlaqədar F.Köçərli
yazırdı: «Gülzar»da təlim və tədrisə layiq məlumat çoxdur. Belə ki, ali sinif-
l
ərdə oxuyan şagirdlərə ən yarar və ən münasib kitabdır. Xüsusən onun üçüncü
hiss
əsi mənə xoş gəldi…» (8, 278). Tənqidçi kitab müəllifini bəzi nöqsan-
larına görə də tənqid edirdi. Onu bir tənqidçi kimi diqqətini cəlb edən dərslik-
l
ərdəki bəzi bədii parçaların dilinin mürəkkəbliyi idi. 10 fevral 1913-cü ildə
yaz
dığı məktubunda dərsliyin ikinci çapında belə dil xətalarının təmizlənməsi-
ni tövsiy
ə edirdi.
F.Köç
ərlinin dil haqqında fikirləri 26 may və 14 iyun 1911-ci il tarixlə-
rind
ə yazdığı məktublarında əks olunmuşdur. Məsələn, 14 iyun məktubunda
ya
zırdı ki, «Dünyada hər şey gündən-günə tərəqqi tapdığı surətdə dili bir halda
saxlamaq olmaz», 26 may tarixli m
əktubunda isə «Ana dilini yaxşı bilməkdən
ötrü lazımdır Qasım bəy Zakir, Molla Pənah Vaqif, İsgəndərağa Şakir kimi
milli şairlərin əsərləri oxunsun» (8, 278).
Şaiqlə Köçərlinin məktublarında «Azərbaycan türklərinin ədəbiyyatı»
kitabının yazılma prosesindən, neçə cilddən ibarət olacağından, onu təkmilləş-
dirm
əyin yollarından, çap oluna bilmə imkanlarından, Köçərlinin ədəbiyyata
göst
ərdiyi qayğıdan və s. danışılır. F.Köçərli Şaiqə göndərdiyi məktubda xalq
dilinin h
ələ yaxşı öyrənilmədiyini, onun inkişaf yollarını nəzərdə tutaraq
yazırdı: «Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil. Fars
v
ə ərəbə meyl və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri
atıb, əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük. Və
götürdüyümüz sözl
əri və ibarələri öz dilimizin şivəsinə uyğunlaşdırmayıb,
eyni halı ilə dilimizə qarışdırmışıq və naqabil pinəçilər kimi əlimizə hər nə
düşübsə paltarımıza yamamışıq» (8, 172). O, məktubunda A.Şaiqə məsləhət
görürdü ki, H.Z
ərdabinin «Əkinçi» qəzetinin nömrələrini oxusun.
Abdulla Şaiqə yazılan məktubların bəzilərində dil və üslub məsələlərinə
d
ə toxunulur. Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparan dövrün
ziyalıları ərəb, fars, qəliz türk sözlərindən qaçmağı, onları yazıda işlətməməyi
z
əruri hesab edirdilər. Buna baxmayaraq A.Şaiqə yazılan məktubların dili indi-
ki oxucu üçün q
əliz sayılsa da, dövründə başa düşülən olmuşdur. Təmiz dil
uğrunda mübarizə aparan şəxsiyyətlərdən biri də A.Şaiq olmuşdur. O, özünün
povest v
ə hekayələrinin dili ilə başqalarına da nümunə olurdu. Bunu əsas tutan
M
əhəmməd Axundov A.Şaiqə yazdığı məktubunda həmin problemə toxunaraq
yazır ki, «Arzu edirəm İstanbulda «Türk yurdu» məcmuəsinə Siz də məqalə
ya
zasınız. Çünki diliniz sadə türk dilidir. Yeni çıxmış… qəliz ibarələr işlətmir-
siniz» (1, 389).
Bu m
əktublarda dil və üslub sözün həqiqi mənasında problem kimi
mü
əllifləri cəlb etmişdir. Dil məsələsinə xüsusi həssaslıqla yanaşan F.Köçərli
A.Şaiqə məsləhət görürdü ki, «gələcəkdə yazdığınız nağıl və hekayələri daha
da sad
ələşdirib osmanlı ibarələrinin əvəzində bizim öz sözlərimizi və tərzi-
k
əlamı işlətsəniz, daha da yaxşı olar. «Yukarı» əvəzinə «yuxarı», «bakar» əvə-
35
zin
ə «baxar», «akıtma» əvəzinə «axıtma», «bən» yerinə «mən» yazsanız daha
da ovladır» (yaxşıdır) (1, 404). 25 may 1911-ci ildə Qoridən yazılmış bu mək-
tub Az
ərbaycan dilinin səlistliyinə, saflığının qorunmasına həsr olunmuşdur.
Az
ərbaycan dilinin saflığı uğrunda mübarizə aparan A.Şaiqin xidmətlərini
F.Köç
ərli yüksək qiymətləndirir: «Bu qisim sadə dildə yazılmış və malı öz
m
əişətimizdən götürülmüş əsərlər yenicə başlayır meydana gəlməyə və bu
yolda Sizin xidm
ətlərinizin qədrü qiyməti çoxdur» (1, 403). F.Köçərli A.Şaiq-
d
əki bəzi üslub xətalarını da qeyd edirdi: «Meşə içi gedirdi» - «meşə ilən» ya
«meşə ilə» yazsanız yaxşı olar. Türk dilində meşə içi, səhra içi, düz içi gedirdi
deyilmir; «Duman» c
əm siğəsində az işlənir və bir də «dumanlarla büründü»
deyilmir, «dumanlara büründü» deyilir; «çayırlar ilə» deyilmir, «çayırlara
büründü» deyilir (1, 405).
F.Köç
ərlinin 14 iyun 1911-ci il məktubundan görünür ki, A.Şaiq ilə
F.Köç
ərli arasında dil məsələləri üzərində çoxlu müzakirələr getmişdir. F.Kö-
ç
ərli cavab məktubunda yazır ki, «Kağızınızda dilimiz xüsusunda etdiyiniz
irad
ları qəbul edə bilmərəm. Əvvəla, dilimiz Siz zənn etdiyiniz qədər kasıb və
f
əqir deyil. Biz dilimizi bilmirik və bunda təqsir bizdədir, dilimizdə deyil, fars
v
ə ərəbə meyl və rəğbətimiz o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri
atıb, əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük»; «Ərə-
bin c
əm siğəsi dilimizin evini yıxıbdır, «Əfkari-aliyyə», «düvəli-xaricə», «mə-
hafili-siyasiyy
ə», «miləli-müxtəlifə» və bu qisim hədd və hesabı olmayan ibar-
ələr deyilmi dilimizi çətinləşdirib, dolaşıq hala salan?!» (1, 406). Ümumiy-
y
ətlə, A.Şaiqə yazılan məktubların dilini və üslubunu indiki dil normalarına
gör
ə qiymətləndirmək imkanımız olsa, onların bəzilərinin indiki dil faktlarına
heç uyğun gəlmədiyini də görə bilərik. Lakin bu məktubların dilini öz dövrü
üçün müt
ərəqqi hadisə hesab etmək olar. Məktublar sadə cümlələrlə ifadə
olun
muşdur.
F.Köç
ərlinin də məktublarında gerçəklik və dünyagörüşü təkcə yaradıcı-
lıq əlaqələrində yox, milli düşüncənin o zamankı problemlərinin həll olunma-
sında olan arzunu ifadə edir. F.Köçərli arzulayır ki, millətin təhsilli ziyalıları
çox olsun, ana dilind
ə məktəb kitabları nəşr olunsun, bu kitabların dili xalq
dilinin t
ələbatına cavab versin. Köçərli yazır: «Bizim şüəranın təlimi-ətfala
dair
əsərləri çox azdır, demək olar ki, heç yoxdur» (1, 402). Ədəbiyyatşünas
rus
şairlərinin əsərlərindən türkcəyə tərcümə üçün Abbas ağa Qayıbov Nazir
t
əxəllüslü şairə müraciət etməyi A.Şaiqə məsləhət görür. F.Köçərli millətin
g
ələcəyində rolu olan yazıçı və şairləri də unutmur. Xüsusilə M.P.Vaqif,
Q.Zakir,
İsgəndər ağa Şair kimi el sənətkarlarının əsərlərinin xalqa çatdırılma-
sında iş görməyin zamanının çatdığını deyir. «Çifayda, bunlar da çap olunma-
yıbdır və bu əsərlərin çoxu itib-batıb, tərk olubdur. Ələ düşəni mən toplayıb
bir qayda üzr
ə tərtib etmişəm» (1, 404).
F.Köç
ərlini düşündürən bir məsələ də milli gerçəkliyə birbaşa bağlı olan
t
əhsil, tədris məsələləridir. O, A.Şaiqin «Gülzar» kitabını tədris işində mühüm
nailiyy
ət kimi qiymətləndirir, lakin onun türk danışıq dilinə üstünlük verməsi-
36
ni d
ə qəbul edə bilmir və yazır ki, «Allah bizə verən dili əlimizdən almağa heç
k
əsin ixtiyarı yoxdur. Amma hamı borcludur o dilə rövnəq verib onu dövlət-
l
əndirsin. Siz isə «ana» sözünü «validəyə» və ya «anaya», «ata» sözünü
«p
ədərə», «uşaq» sözünü «çocuğa», «bala» sözünü «yavruya» çöndərməklə
dilimizi
əlimizdən almaq istəyirsiniz. Məgər «ana» «anna»dan pisdir? (1, 414).
Görk
əmli ədəbiyyatşünasın dünyagörüşünü göstərən digər bir cəhət onun
mill
ət yolunda yorulmadan yazmasında, yazdıqlarının əvəzində heç bir xeyir
güdm
əməsindədir. O, özü bu haqda yazır ki, «bu zəhmətimin çap olunmasında
m
ənim niyyətim pul qazanmaq deyil, ancaq ədəbiyyatımıza cüzi bir xidmət
etm
əkdir» (1, 415).
Ümumiyy
ətlə, bu məktublardan müəlliflərinin zamanla ayaqlaşmasının
n
ə qədər çətin olduğu görünür. Milli dünyagörüşünün aşağı olduğu bir ölkədə
mill
ət ziyalısı öz dünyagörüşü ilə gerçəkliyə təsir etmək iqtidarındadır.
Ünsiyy
ət vasitəsinin geniş olmadığı bir dövrdə milli ziyalılarımızın əlaqə
saxlamaq vasit
əsi kimi bir-birinə məktub yazması üsulu həmişə milli birliyə
xidm
ət etmişdir. Bu ziyalılar yerlərdə olan milli geriliyi aradan qaldırmaq
üçün m
əktub vasitəsilə bir-birindən dəstək alır, xalq üçün çalışırdılar. Bu
c
əhətdən məktublaşmaya yazılı ənənə forması kimi yanaşmaq düzgün olardı.
Biz A.
Şaiqə yazılan məktubların içərisində düşüncələrini bir-biri ilə bölüşən
mü
əlliflərə çox rast gəlirik. Məhz bu ənənənin nəticəsidir ki, Cabbar Məm-
m
ədzadənin 24 məktubu, F.Köçərlinin 13 məktubu, H.Cavidin 3 məktubu qey-
d
ə alınmışdır. Bu məktubların qarşılığı olaraq A.Şaiq tərəfindən yazılan cavab
m
əktublarını hesablasaq, məktub formasının yazılı ənənə üsulu kimi dostluğa,
milli birliy
ə xidmət etdiyini görmüş olarıq.
Eyni s
əmimiyyəti F.Köçərlinin də məktublarında görürük. Məktub yaz-
ma
ənənəsi insanların şəxsiyyət kimi yetişməsində mühüm amil rolunu
oynayır. F.Köçərlinin hal-əhval tutmasından aydın olur ki, o nə dərəcədə
A.
Şaiqə səmimi hisslərlə yanaşır. Bu isə onun yüksək insani keyfiyyətlərindən
x
əbər verir. F.Köçərli yazır ki, «Allah Sizi səlamət və xoşbəxt eləsin ki, bən-
d
ənizi unutmayırsınız. Kağız yazmaqda qüsur etmişəmsə də, doğruluqla ərz
edir
əm ki, xatirimdən Sizi çıxartmamışam» (1, 415).
Bütün bu s
əmimi hisslərdən, üzrxahlıqlardan və s. sonra məktub struktu-
runun qay
əsi, əsas hissəsi qələmə alınmışdır. Bunu da məktubun yazılmasının
h
əm də səbəblərindən biri kimi qiymətləndirmək olar. Bəzi məktublarda bu
struktur hiss
əni hissləri bölüşmə kimi də qiymətləndirmək olar. F.Köçərlinin
15 dekabr 1913-cü il m
əktubunda daxili struktura tam əməl edilmişdir. Mək-
tubdan
aydın olur ki, F.Köçərli A.Şaiqin yaradıcılığını daim izləyir, «Gülzar»
d
ərsliyinə yüksək qiymət verir, çünki bu dərsliyin dili sadədir. F.Köçərli də
onun d
ərsliyini bu xüsusiyyətinə görə çox yaxşı qarşılayır (1, 416-417). Yaxud
m
əktub müəllifləri bu struktur hissədə millətin qayğılarından bəhs edirlər,
Şaiqin problemlərə olan fikrini, münasibətini öyrənmək istəyirlər. Məhəmməd
Axundov (11 yanvar 1913)
xalqın dərdini belə izhar edir ki, «Zira, hər bir xəlq
olunmuşu zəlil edən, cəhalətə düçar edən kibr və qürurdur. Zənnimcə, insan
37
da, bel
ədir. Kəndi cavanlığına, gözəlliyinə, parasına, qüvvətinə məğrur olmasa
az zamanda qoca, çirkin, f
əqir, aciz olmaz!» (1, 388).
H
ər bir məktub öz-özlüyündə fərdi təfəkkürün məhsuludur. İnsanlar mək-
tub yazark
ən öz hisslərini fikir süzgəcindən keçirərək emosional-idraki hallarına
uyğun ifadə edirlər. Bu cəhətdən yanaşanda A.Şaiqə yazılan məktubların hər
birinin
arxasında yetkin bir fərd durur. Hər bir məktub sahibinin öz təfəkkür
dünyası vardır. Onlar öz məktublarında xalq kədərini, qarşılaşdıqları çətinlikləri,
çap, d
ərslik, dil problemlərini qeydə alırlar. Lakin bu problemlərdən və fərdi
t
əfəkkürdən asılı olaraq hər bir məktub öz ifadə formalarına malikdir. Bu isə
m
əktub strukturunda müxtəlifliyə gətirib çıxarır. Məsələn, F.Köçərlinin mək-
tubları ilə Cabbar Məmmədzadənin məktubları təfəkkür müxtəlifliyinə gətirib
çıxarsa da, forma və məzmun etibarilə bir-birinə uyğun gəlir. Məktubların fərdi
t
əfəkkürlə bağlı olmasını dünyagörüşləri müxtəlif olan şəxsiyyətlərin yazış-
masında da görmək olar. F.Köçərlinin A.Şaiqə məktubları ilə Əli Rai Yusif-
zad
ənin, İ.Zöhrabbəyovun, H.Cavidin Şaiqə yazdığı məktublar arasında bu
t
əfəkkür müxtəlifliyi asanca seçilir. Hətta bəzi məktub sahiblərinin, məsələn,
Abbas S
əhhətin, Əli Rai Yusifzadənin poetik təfəkkürün vasitəsilə fikirlərini
ifad
ə etməsinə rast gəlirik. A.Şaiqə yazılan məktubların ümumi əhatə dairəsinə
v
ə səciyyəsinə nəzər yetirsək, onların 13 təfəkkürün məhsulu olduğunu da görə
bil
ərik. Daha doğrusu, A.Şaiqə yazılan məktubların içərisindən 13 məktub
mü
əllifinin düşüncəsini əsas götürərək dövrün ümumi səciyyəsini verməyə ça-
lışdıq. Bunların içərisində isə geniş təfəkkürlü məktub sahibləri kimi H.Cavidi,
A.Suru, F.Köç
ərlini, M.Axundovu, İ.Zöhrabbəyovu, C.Məmmədzadəni, A.Səh-
h
əti, T.Şahbazini, Ə.R.Yusifzadəni, Ə.Əkbərovu fərqləndirdik. Bu məktub-
lardan da göründüyü kimi, Abdulla
Şaiqin mühiti, xüsusilə ədəbi və pedaqoji
mühiti onun bu
şəxsiyyətlərlə yazışmasından ayrı düşünülə bilməz. A.Şaiq də
daxil olmaqla bu
şəxslər eyni dövrün yetişdirdiyi insanlardır. Onları birləşdirən
m
əktəb, maarif, təhsil, tədris üçün vəsait və s. məsələlərdir. Bu da həmin dövrü
əks etdirən mühitin istənilən yaradıcılıq imkanlarını və problemlərini müxtəlif
vasit
ələrlə həll etməyə səbəb olur. Deməli, A.Şaiqin ədəbi və pedaqoji mühiti
onun
yaradıcılığının bir çox sahələrini özündə birləşdirir. O, yazıçı, pedaqoq,
şair, tərcüməçi, tədqiqatçı ictimai xadim kimi ən çox onu yetişdirən mühitə
borcludur. Görk
əmli şəxsiyyətlərlə yazışması isə onun yaradıcılıq imkanlarının
daha da d
ərinləşməsinə gətirib çıxarmışdır.
ЯДЯБИЙЙАТ
1.
Abdulla Şaiq. Əsərləri. 5 cilddə. V c. Bakı: Yazıçı, 1978, 502 s.
2.
Ağamirov M. Abdulla Şaiqin dünyagörüşü. Bakı: Maarif, 1983, 244 s.
3.
Arif M. S
ənətkar qocalmır. Bakı: Yazıçı, 1980, 368 s.
4.
X
əlilova T. Abdulla Şaiqin həyat və yaradıcılığı. Bakı: Yazıçı, 1980, 180 s.
5.
Köç
ərli F. Azərbaycan ədəbiyyatı. I hissə. Bakı: Elm, 1978, 596 s.
6.
Köç
ərli F. Seçilmiş əsərləri. Bakı: Azərbaycan EA, 1963, 340 s.
7.
Talıbzadə K. Ədəbi irs və varislər. Bakı: Azərnəşr, 1974, 320 s.
8.
Talıbzadə K.Sənətkarın şəxsiyyəti. Bakı: Yazıçı, 1978, 378 s.
38
ПИСЬМА Ф.КОЧАРЛИ АБДУЛЛА ШАИГУ КАК
ОДИН ИЗ ВИДОВ ТВОРЧЕСКИХ СВЯЗЕЙ
А.Р.МИРЗОЕВА
РЕЗЮМЕ
Статья посвящена анализу писем, написанных Ф.Кочарли Абдулла Шаигу. Во
все периоды письма, написанные выдающимися представителями литературы и про-
свещения, являются основными носителями социальных и нравственных проблем, ко-
торые необходимо было устранить. Письма Ф.Кочарли Абдулла Шаигу содержат цен-
ные научные сведения, раскрывающие творческие взаимоотношения этих двух выдаю-
щихся представителей азербайджанской культуры.
Ключевые слова: Абдулла Шаиг, Фирудин бей Кочарли, письма, литературные
связи, просвещение, литературная среда, родной язык
LETTERS OF F.KOCHARLI TO ABDULLAH SHAIG AS A TYPE
OF CREATIVE RELATIONS
A.R.MIRZAYEVA
SUMMARY
This article analyzes letters written by F.Kocharli to Abdullah Shaig. In all periods
letters written by prominent members of literature and education are the main carriers of social
and moral issues that needed to be addressed. Letters of F.Kocharli to Abdullah Shaig contain
valuable scientific information that reveal the creative relationship between these two
outstanding representatives of the Azerbaijani culture.
Key words: Abdullah Shaig, Firudin bey Kocharli, letters, literary communication,
education, the literary environment, the native language
Dostları ilə paylaş: |