5. Peyk rabitə sistemləri və



Yüklə 161 Kb.
səhifə2/4
tarix29.03.2023
ölçüsü161 Kb.
#103525
1   2   3   4
5-sputnikovye sistemy svjazi i ikh osobennosti

5.2. Hərəkət edən obyektlərlə PRS-nin tərkibi əsas xarakteristikaları
PRS-lərinin əsas tərkib hissələri aşağıdakılardır (şək.2.):

Şək.2.

  1. Kosmik stansiya (KS). PR olub, qəbuledici və verici qurğudan, siqnalların qəbul edilməsi və verilməsi üçün antennadan, enerji təminatı sistemlərindən, antennanın orientasiyası sistemindən, günəş batareyalarından, KS-nın orbitdə yerləşməsinin korreksiyası sistemindən və s. ibarət olur.

  2. Abonent stansiyaları. İnformasiyanın dupleks rejimində mübadiləsi üçün istifadə edilir.

  3. Mərkəzi (koordinasiya) YS (MYS). PR-in işinə və YS-ların parametrlərinə (şüalandırma gücünə, daşıyıcı tezliyə və s.) nəzarət edir.

  4. YSP-ə nəzarət və idarə olunması sisteminin mərkəzi YS (YSP-MYS). YSP-də yerləşdirilmiş bütün texniki təminatı idərə edir və onların parametrlərinə nəzarət edir.

  5. İdarə etmə mərkəzi (İM). PRS-in istismar olunmasına və inkişafına rəhbərlik edən orqandır.

5.3. PRS- istifadə olunan orbitlərin növləri
Hal hazırda mövcud olan və istifadəyə hazırlanan bütün PRS-ləri istifadə edilən orbitlərin forma və hündürlüyünə görə 3 qrupa bölünür: geostasionar orbitli PRS, elliptik orbitli PRS və aşağı orbitli PRS (şək 3.).
Geostasionar orbit YSP-nin farlanma periodunun 23 saat 56 dəqiqə olan dairəvi, ekvatorial orbitdir. Geostasionar orbitin əyilmə bucağı 0 dərəcə təşkil edir. Belə orbitə çıxarılmış YSP yerin səthinə nəzərən sükunət vəziyyətində qalır. Bu zaman YSP ekvator üzərində yerləşən peykaltı nöqtəyə nəzərən hərəkətsiz vəziyyətdə qalır.

Şək.3.

Geostasionar orbitdən istifadə olunmasının bir sıra üstünlükləri var:


- yer səthində nöqtələr arasında arasıkəsilmədən radioəlaqə təmin olunur. Bu zaman bir YSP-dən digərinə keçmək, yerüstü antennalar vasitəsi ilə YSP-i izləmək lazım olmur.
- YSP və yer səthi arasında məsafənin sabit olduğundan, YS və PR arasında siqnalın sabit zəifləməsi baş verir.
- dopler tezlik sürüşməsi demək olar ki baş vermir.
- yalnız 3 YSP-dən istifadə etməklə qlobal PRS-in yaradılması mümkünlüyü (şək 4). Bir peykdən istifadə etməklə yer kürəsinin 1/3 əhatə etmək olar.



Şək.4.

Sadalanan üstünlükləri nəzərə alaraq geostasionar orbitdən çox geniş istifadə olunur. Hal hazırda geostasionar orbitdə 300-ə yaxan YSP yerləşir. Buna baxmayaraq geostasionar orbitin bir sıra çatışamazlıqları var. Bunlardan biri siqnalın yayılması zamanı gecikmənin baş verməsidir. Bunun səbəbi YSP-nin YS-dan çox böyük məsafədə (35786 km) yerləşməsidir. Geostasionar orbitdə yerləşən YSP ilə YS arasında siqnalın ləngiməsi 240- 270 ms arasında olur. Yer səthində yerləşən iki abonent arasında bu gecikmə 600 ms təşkil edir. Gecikmənin təsiri nəticəsində rəabitənin keyfiyyətini aşağı salan exo-siqnallar meydana gələ bilər. Belə exo-siqnallarla mübarizə aparmaq üçün xüsusi avdanlıqlardan istifadə edilir.


Geostasionar orbitlərdən istifadənin ikinci çatışmazlığı şimal və cənub qütblərinin əhatə zonəsından kənarda qalmasıdır. 81 dərəcə şimal və cənub enliklərindən qütblərə doğru yerləşən nöqtələrdən PRS vasitəsi ilə əlaqə saxlamaq praktiki olaraq mümkün deyil. Bundan başqa, PRS-nin stabil işi
Yüklə 161 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə