6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə2/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Məhəmməd Peyğəmbər 
BİR NECƏ SÖZ


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
6
Bütün bunların mənimsənilməsi üçün bir sıra dilçilik 
fənləri, o cümlədən:
 
Tarixi-linqvistik fənlər: – “Azərbaycan dilinin ta-
rixi”, “Azərbaycan dilçiliyinin tarixi”;
 
Müasir dil fənləri: – Azərbaycan ədəbi dili”, “Azər-
baycan dialektologiyası”;
 
Üslubi linqvistik fənlər: – “Azərbaycan dilinin üslu-
biyyatı”, “Bədii mətnin linqvistik təhlili”;
 
Ortoloji linqvistik fənlər: – “Azərbaycan nitq mədə-
niyyəti”... və s. fənlər tədris olunur.
Bu fənlərin hər birinin özünəməxsus mövzusu
məqsədi və vəzifələri vardır.
“Müasir Azərbaycan ədəbi dili”nin mövzusu xalqımı-
zın hazırda istifadə etdiyi Azərbaycan ədəbi dilidir. Buna 
görə də həmin fənn “Müasir Azərbaycan ədəbi dili” adlanır.
Ali məktəblərin filologiya fakültələrindən fərqli olaraq, 
pedaqoji fakültələrdə dilçilik fənlərinin hamısı keçilmədiyin-
dən burada tədris olunan “Müasir Azərbaycan ədəbi dili” fən-
nindən ancaq müasir ədəbi dil məsələlərinin əhatə edilməsi 
ilə kifayətlənilmir. Həmin fakültədə, yeri gəldikcə, Azərbay-
can dilinin bu və ya digər zəruri məsələləri haqqında müasir 
ədəbi dilin müvafiq bəhslərində izahat verilir. Məsələn, müa-
sir Azərbaycan əlifbasından bəhs olunarkən oradaca onun ta-
rixindən də qısa şəkildə danışılır və s. Belə bir cəhət dərsliyin 
hər iki fakültədə istifadə edilməsinə imkan yaradır.
2
Ali məktəblərdə tədris olunan “Müasir Azərbaycan 
ədəbi dili” fənninin qarşısında aşağıdakı məqsəd və və-
zifələr durur:
• Müasir Azərbaycan ədəbi dilinin səs sistemi, onun in-
kişaf və xüsusiyyətlərinə dair məlumat vermək, dil dəki 
səs hadisələrini və səs qanunlarını aydınlaşdırmaq.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
7
• Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibi, onun 
zənginliyi, xüsusiyyətləri və inkişaf etməsi haqqında 
izahat vermək.
• Müasir Azərbaycan ədəbi dilinin qrammatik quru-
luşu, bu quruluşun orijinallığı və digər əlamətləri 
haqqında məlumat vermək.
• Müasir Azərbaycan ədəbi dilinin həm şifahi, həm də 
yazılı formaları üçün qəbul edilmiş normaları aydın-
laşdırmaq.
3
Bütün bu məqsəd və vəzifələr aşağıdakı bəhslərin təd-
risində yerinə yetirilir:

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə