M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
73
a) Fəal üzvlər. Bu və ya başqa səsin yaranmasında
mütəhərrik
olan üzvlərə fəal üzvlər deyilir.
Fəal üzvlər bunlardır:
dil, dodaqlar, səs telləri, alt
çənə, yumşaq damaq, dilçək.
Bu üzvlər öz forma və həcmini çox müxtəlif şəkildə
dəyişdirə bildiyi üçün rəngarəng səslərin formalaşmasına
səbəb olur.
b) Qeyri-fəal üzvlər. Bu və ya digər səsin əmələ gəl-
məsində qeyri-mütəhərrik və ya az mütəhərrik olan danı-
şıq
üzvləri qeyri-fəal üzvlər adlanır.
Qeyri-fəal üzvlər bunlardır:
dişlər, yuvaqlar, sərt da-
maq, nəfəs borusu, ağciyərlər.
SƏSİN MƏXRƏCİ (ARTİKULYASİYASI)
§25. Nitqdəki bu və ya digər səsin yaranmasında danışıq
üzvlərinin aldığı
vəziyyətə məxrəc (artikulyasiya) deyilir.
Şəkil 4. (m) səsinin məx rə-
cin də danışıq üzvlərinin
vəziyyəti
Şəkil 5. (x) səsinin məx rə cin də
danışıq üzvlərinin vəziyyəti
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
74
Dilimizdəki [
m] səsinin məxrəcində (4-cü şəkil) dilçək
aşağı enərək ağız boşluğunun yolunu bağlayır, səsə çevril-
miş hava axınının bütövlükdə oradan keçməsinə mane olur.
Buna görə də həmin hava axını burun boşluğundan keçir.
Dilin ikinci hissəsi azacıq yuxarı qabarır, dodaqlar isə kiplə-
şir və hava axınının qüvvətli təzyiqi olmadan açılır.
Kar [x] səsinin məxrəcində (5-ci şəkil) isə dilçək yuxarı
qalxıb burun boşluğunun yolunu kəsir, dil arxa tərəfə çəkilir
və yumşaq damağa doğru qalxır, dilin arxa hissəsi ilə yumşaq
damaq və dilçək arasında dar cığır əmələ gəlir və buradan
hava çox gərgin vəziyyətdə keçir. Bu zaman ağız boşluğun-
dan keçən havanın sərbəst çıxmasına dodaqlar mane olmur.
Dostları ilə paylaş: