M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
68
Udlaq çoxvəzifəli üzvdür. Onun vəzifələrinə həm sor-
ma, udma, həm də tənəffüs, səsi qüvvətləndirmə və s. daxil-
dir. Yuxarıda qeyd etmişdik ki, səs tellərinin titrəməsi çox
zəif səs törədə bilir. Bu səs rezonatorlar vasitəsilə güclən-
dirilir. Udlaq boşluğu da səsi qüvvətləndirən rezonatorlar-
dan biridir. Hava rəqslərinin qüvvəsi bu üzvün daxilində
müəyyən miqdar artır. Danışıq səsinin yaranmasında udlaq
boşluğunun rezonator vəzifəsi ancaq bundan ibarətdir.
Nitq prosesində hava axını udlaq boşluğundan iki is-
tiqamətdə – ağız və burun boşluğuna keçə bilir.
2. Burun boşluğu. Burun boşluğu ağız boşluğunun
üstündə yerləşir. Bunları bir-birindən damaq ayırır. Bu-
run boşluğunun arxa hissəsi oval formalı deşiklərlə, ud-
laq boşluğu ilə əlaqələnir. Bəzi səslərin tələffüzündə hava
axını həmin deşiklərdən burun boşluğuna keçir və oradan
da xaricə çıxır. Burun boşluğunun divarları qığırdaq və
sümükdən ibarətdir. Buna görə də səsin tələffüzü zama-
nı burun boşluğunun quruluşunda heç bir dəyişiklik baş
vermir. Bu və ya başqa bir səsin formalaşmasında burun
boşluğunun iştirakı yumşaq damağın hərəkətindən asılı
olur. Bu üzv yumşaq damağın vasitəsilə səsin tələffüzün-
də ya tam iştirak edir, ya da bu prosesdən, əsasən, təcrid
olunur. Burun boşluğunun iştirakı ilə formalaşan danışıq
səslərində (məsələn, [
m], [
n] səslərində)
fərqləndirici bu-
run çalarları meydana çıxır. Burun tənəffüsü pozulduqda
səs tutqun olur və xoşagəlməz
tın-tınlıq yaranır. Ümumiy-
yətlə, aydın və rəvan nitq üçün danışıq üzvü kimi burun
boşluğu çox vacib əhəmiyyət kəsb edir.
Burun boşluğunun rezonator vəzifəsi ikidir.
Bunlar-
dan biri səsi qüvvətləndirməkdən, digəri isə bəzi səslərə
burun çalarlığı verməkdən ibarətdir.
Danışıq səslərinin formalaşmasında ağız
da iştirak
edir. Səsin müxtəlif şəkil almasında ağız olduqca mühüm
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
69
rol oynayır. Ağız bir neçə üzvdən ibarətdir: ağız boşluğu,
dil, dişlər, yuvaqlar, damaq, dilçək, dodaqlar, çənələr. Sə-
sin tələffüzündə
ağız üzvlərinin hər biri müəyyən zəruri
vəzifə yerinə yetirir.
Dostları ilə paylaş: