6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


III hissə – bu hissəni səsi formalaşdıran üzvlər



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə41/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   37   38   39   40   41   42   43   44   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

III hissə – bu hissəni səsi formalaşdıran üzvlər təşkil 
edir. Səsin formalaşmasında və eləcə də müxtəlif səslərin 
yaranmasında bir sıra üzvlər iştirak edir. Həmin üzvlər 
aşağıdakılardır:
1. Udlaq boşluğu. Bu üzv qırtlaqdan yuxarı hissədə 
yerləşir. Udlaq üç hissədən ibarətdir: udlağın burun his-
səsi burunla, ağız hissəsi ağızla, qırtlaq hissəsi isə qırtlaqla 
birləşir. Udlaq boşluğu formasını dəyişməyə qadir orqan-
dır. O genişləndiyi kimi, bir qədər darala da bilir. Onun 
quruluşunda yarana bilən bu dəyişiklik əzələlərin gərgin-
ləşməsi və zəifləşməsi əsasında olur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
68
Udlaq çoxvəzifəli üzvdür. Onun vəzifələrinə həm sor-
ma, udma, həm də tənəffüs, səsi qüvvətləndirmə və s. daxil-
dir. Yuxarıda qeyd etmişdik ki, səs tellərinin titrəməsi çox 
zəif səs törədə bilir. Bu səs rezonatorlar vasitəsilə güclən-
dirilir. Udlaq boşluğu da səsi qüvvətləndirən rezonatorlar-
dan biridir. Hava rəqslərinin qüvvəsi bu üzvün daxilində 
müəyyən miqdar artır. Danışıq səsinin yaranmasında udlaq 
boşluğunun rezonator vəzifəsi ancaq bundan ibarətdir.
Nitq prosesində hava axını udlaq boşluğundan iki is-
tiqamətdə – ağız və burun boşluğuna keçə bilir.
2. Burun boşluğu. Burun boşluğu ağız boşluğunun 
üstündə yerləşir. Bunları bir-birindən damaq ayırır. Bu-
run boşluğunun arxa hissəsi oval formalı deşiklərlə, ud-
laq boşluğu ilə əlaqələnir. Bəzi səslərin tələffüzündə hava 
axını həmin deşiklərdən burun boşluğuna keçir və oradan 
da xaricə çıxır. Burun boşluğunun divarları qığırdaq və 
sümükdən ibarətdir. Buna görə də səsin tələffüzü zama-
nı burun boşluğunun quruluşunda heç bir dəyişiklik baş 
vermir. Bu və ya başqa bir səsin formalaşmasında burun 
boşluğunun iştirakı yumşaq damağın hərəkətindən asılı 
olur. Bu üzv yumşaq damağın vasitəsilə səsin tələffüzün-
də ya tam iştirak edir, ya da bu prosesdən, əsasən, təcrid 
olunur. Burun boşluğunun iştirakı ilə formalaşan danışıq 
səslərində (məsələn, [m], [n] səslərində) fərqləndirici bu-
run çalarları meydana çıxır. Burun tənəffüsü pozulduqda 
səs tutqun olur və xoşagəlməz tın-tınlıq yaranır. Ümumiy-
yətlə, aydın və rəvan nitq üçün danışıq üzvü kimi burun 
boşluğu çox vacib əhəmiyyət kəsb edir.
Burun boşluğunun rezonator vəzifəsi ikidir. Bunlar-
dan biri səsi qüvvətləndirməkdən, digəri isə bəzi səslərə 
burun çalarlığı verməkdən ibarətdir.
Danışıq səslərinin formalaşmasında ağız da iştirak 
edir. Səsin müxtəlif şəkil almasında ağız olduqca mühüm 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
69
rol oynayır. Ağız bir neçə üzvdən ibarətdir: ağız boşluğu, 
dil, dişlər, yuvaqlar, damaq, dilçək, dodaqlar, çənələr. Sə-
sin tələffüzündə ağız üzvlərinin hər biri müəyyən zəruri 
vəzifə yerinə yetirir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə