6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə43/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   39   40   41   42   43   44   45   46   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

6. Yuvaqlar. İçəri tərəfdən dişlərin dibindəki çıxıntıya 
yuvaq, yaxud alveol deyilir. Yuvaqlar üst və alt dişlərin 
dibində olduğundan alt dişlərin dibindəki alt diş, üst diş-
lərin dibindəki üst diş yuvağı adlanır. Nitq səslərinin for-
malaşmasında yuvaqlar da müəyyən vəzifə daşıyır. Dişlər 
kimi, bunlar da dilin ucu və dilin önü üçün dayaq olur.
7. Damaq. Bu üzv ağız boşluğunun üst hissəsini təşkil 
edir. Damaq bir-birindən fərqli olan iki hissəyə bölünür ki, 
bunlardan ön hissəyə sərt damaq, arxa hissəyə isə yumşaq 
damaq deyilir.
Sərt damaq bərk olub, alveollarla yumşaq damaq ara-
sında yerləşir. Bu, həcm etibarilə, demək olar ki, yumşaq 
damaqdan iki dəfə böyükdür. Yumşaq damaq damağın 
əzələlərdən ibarət olan hissəsidir və ön damağın davamı 
olub udlaq boşluğuna tərəf olan sahəni tutur.
8. Dilçək. Yumşaq damağın qurtaracağında yerləşən 
dilçəyə, eyni zamanda, damaq pərdəsi də deyilir. Dilçək 
hərəkət edən üzvdür. O, əzələlərin zəifləməsi ilə aşağı enir 
və gərginləşməsi ilə yuxarı qalxır. Dilçək yuxarı çəkilərək 
udlağın arxa divarına sıxılanda burun rezonatorunun yolu 
bağlanır, hava axını ağız boşluğuna doğru istiqamət alır. 
Lakin dilçək aşağı düşəndə udlaq ilə burun boşluğu ara-
sında əlaqə yaranır, hava axınının burundan keçməsinə 
imkan olur. Nəhayət, burun çalarlıqlı səslər (m səsində ol-
duğu kimi) əmələ gəlir.
9. Dodaqlar. Bunlar alt və üst çənələrin ön hissəsində 
yerləşir. Qoşa üzv olan dodaqlar, obrazlı deyilərsə, ağızın 
qapılarıdır. Müxtəlif vəzifəli əzələlərdən ibarət olan do-
daqlar həmin əzələlər vasitəsilə bir çox formaya düşə bilir 
(irəli uzanır, kipləşir, dairəvi şəkil alır, yanlara çəkilir...) və 
bununla da ayrı-ayrı səslərin formalaşmasında xüsusi rol 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
72
oynayır. Danışıq zamanı dodaqların küncü, ortası, yanları 
hərəkət edir. Dodaqlar dairəvi şəklə düşüb irəli uzananda 
ağız rezonatorunun həcmini genişləndirərək [m], [ö] kimi 
səslərin əmələ gəlməsinə imkan yaradır. Üst dodaq yuxa-
rıdan aşağı hərəkət edə bilir. Ümumiyyətlə, alt dodağa nis-
bətən üst dodaq passivdir. Səslərin əmələ gəlməsində alt 
dodaq daha çox fəaliyyət göstərir və hərəkətlərində daha 
sərbəstdir. Ona görə də yalnız aşağıdan yuxarı üst dodağa 
doğru deyil, yuxarı dişlərə tərəf də hərəkət edir və bunun 
nəticəsində [v], [f] kimi diş-dodaq səsləri əmələ gəlir.
10. Çənələr. Qoşa üzvlərdən biri də çənələrdir. Çənələr 
səslərin əmələ gəlməsində xüsusi əhəmiyyətə malikdir. 
Lakin bunların ikisinin də hərəkət və vəzifəsi eyni deyil, 
üst çənə hərəkət etməyən hissədir və buna görə passivdir, 
alt çənə isə mütəhərrik olduğu üçün fəaldır. Alt çənə aşağı, 
irəli və sola-sağa hərəkət edə bilir.
Alt çənə qırtlaqdan gələn səslərin müxtəlif avazlı nitq 
səslərinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir. Ağız 
boşluğunun daralması və genəlməsində bunun rolu böyük-
dür. Belə ki, aşağı düşəndə ağız rezonatoru açılıb genişlənir, 
yuxarı qalxanda isə yığılıb daralır. Rezonatorun genişlənməsi 
səsin formalaşmasına imkan yaradır və səslənməni də artırır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə